Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4588/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonu, 2-ci Yüzbaşılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fəhlə işləyən, evli, orta təhsilli, Ağdam rayonu, 2-ci Yüzbaşılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X9 izahat verərək bildirmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat təxmin 23:30 radələrində Şəxs idarə etdiyi “Kia” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərdiyindən onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında tərəfindən protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun inzibati məuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Kia” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edərəkən 30 iyul 2024-cü il tarixdə saat təxmin 23:30 radələrində polis əməkdaşları ona saxla əmri vermişlər. Avtomobili saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq sənədləri təqdim etməsini tələb etmiş, eyni zamanda içkili olub-olmamasını soruşmuşdur. O isə cavabında içkili olmadığını bildirmişdir. Hadisə zamanı yanında olan dayısı oğlu X3 polis işçilərinin onları saxlamasına etiraz edərək mübahisə etməyə başlamışdır. Dayısı oğlu mübahisə etdiyi üçün o da polis işçilərinə onu saxladığı üçün etirazını bildirmiş, bunun nəticəsində də mübahisə yaranmışdır. Əməlindən peşman olduğunu qeyd edərək ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 Yol Patrul Xidməti inspektoru X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat axşam saat 23:30 radələrində **-VE-*** dövlət qeydiyyat nişanlı avomobili idarə edən sürücünün sənədlərinin qaydasında olub-olmaması yoxlamaq üçün saxla əmri vermişlər. Həmin nəqliyyat vasitəsinin sürücüsü Şəxs avtomobil saxlayaraq maşından düşərək səsküy salmağa, söyüş söyməyə başlamışdır. Hətta ətrafdakı insanlar bu haldan narazılığını bildirmişdilər. Yanındakı şəxs X4 da sürücünün sənədlərini yoxmlamaq istəyərkən onların fəaliyyətinə müdaxilə edərək maneəçilik törətmişdir. Hər iki şəxsi nizam-intizama dəvət etsələr də onlar aqressiya göstərərək qışqırmağa davam edərək söyüşlər söymüşlər. Daha sonra həmin şəxslər aqressiyalarını davam etdirdiklərindən efir vasitəsi ilə kömək tələb etmişlər və ərazidə xidmət aparan X12 əməkdaşlarının köməkliyi ilə həmin şəxslər 5ci Polis Bölməsinə gətirilmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs saxla əmrinə tabe olsa da, avtomobili saxladıqdan sonra yanındakı şəxsin etdiyi etirazlara qoşularaq sənədləri təqdim etməkdən imtina etmiş və yanındakı şəxsə qoşularaq mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 yol patrul xidməti inspektoru X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 23:30 radələrində Kia” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avomobili idarə edən sürücünün sərxoş olub-olmamasını müəyyən etmək üçün saxla əmri vermişlər. Sürücünün sərxoşluğunu və sənədlərinin qaydasında olmasını yoxlamaq istəyərkən sürücünün yanında olan vətəndaş X3 adlı şəxs onlara etiraz edərək xidməti fəaliyyətlərini aparmağa maneəçilik törətmiş, səs küy salaraq söyüşlər söyməyə başlamışdır. Avtomobilin sürücüsü də həmin şəxsə qoşularaq xidməti fəaliyyətlərini aparmaqda onlara maneəçilik törətmiş, aqresiya nümayiş etdirərək söyüşlər söyməyə başlamışlar. Hər iki şəxsi nizam intizama dəvət etsələr də onlar hərəkətlərini davam etdirdikləri üçün efir vasitəsi ilə kömək tələb etmişlər və ərazidə xidmət aparan X12 əməkdaşlarının köməkliyi ilə həmin şəxslər 5-ci Polis Bölməsinə gətirilmişlər. Həmin şəxslər bir saatdan çox onların xidmət aparmasın mane olmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZ 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova ünvanlanan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində təxminən saat 23:30 radələrində polis əməkdaşları Binəqədi rayonunun 7-ci mikrorayonunda xidmətdə olarkən **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşına işarə vermiş və saxlamışlar. Vətəndaş Şəxs Mehi oğlu avtomaşından düşərək qışqırmağa başlamış, həmçinin onun yanında olan qohumu X3 da onunla birlikdə səs-küy salmış, söyüş söymüşdür. Onlar nizam-intizama dəvət olunsa da, buna məhəl qoymayaraq öz əməllərinə davam edərək polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuşdurlar. Buna görə də həmin şəxslər ərazidə olan ÇPA-nın əməkdaşlarının köməyi ilə 5-ci PB-nə gətirilmişdirlər. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlama əmri veriləndən sonra o maşından düşərək dayısı oğlu ilə birlikdə səs-küy salmış, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuşdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən yönələn tələbin qanuni olubolmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1-ci maddəsində fiziki şəxslərin hansı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması konkret olaraq göstərilmişdir. Dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır (İXM 96.1.4) Məhkəməyə verilən ifadələrdən müəyyən edilmişdir ki, Şəxs saxlama əmrinin verilməsi səbəbi onun alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasının güman edilməsi olmuşdur. Saxlanıldıqdan sonra şəxsdən içkili olub-olmaması soruşulduqdan sonra onun sərxoş olmadığı bəlli olmuşdur. Lakin, buna baxmayaraq o, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuş, səs-küy salmışdır. Göstərilənlərə əsasən yol-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs nəqliyyat vasitəsinin saxlanması ilə bağlı yönələn tələb tam qanuni olmuşdur. Şəxs yol-patrul xidmətinin əməkdaşlarının saxlama əmrindən sonra səs-küy salması, bununla da polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına mane olması ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 23:40-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4588/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4588/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver