Məhkəmə qərarları › İş №3(001)-4589/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4589/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4589/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1988-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, A.Kunanbayev küçəsində yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq, polis bölməsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə Abay Kunanbayev küçəndə yerləşən yaşadığım binanın qarşısında olan vaxt bibisioğlu ** VE *** qeydiyyat nömrəli avtomobildən düşüb binanın qarşısında durmuşdurlar. Bu zaman polis əməkdaşları bibisioğlu X1 içkili olub-olmamasını soruşmuş, o isə cavabında içkili olmadığını bildirmişdir. Polis işçilərinin onları əsassız olaraq saxladıqlarına görə etiraz edərək mübahisə etmişdir. O, əsəbləşmişdir. Onlar onun bibisioğluna ilişdilər deyə o, onları söymüşdür. O, dövlətə, polisə hörməti olduğunu bildirmişdir. Hətta onun olduğu küçədə kamera olduğunu və öz internetini onlarla bölüşdüyünü söyləmişdir. Kamera işləsin deyə. O, kameranın açılmasını tələb edir. Ağır şəkər xəstəsi olduğunu və himayəsində 02 azyaşlı övladının olduğunu bildirərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, A.Kunanbayev küçəsində yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 Yol Patrul Xidməti inspektoru Şahid2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat axşam saat 23:30 radələrində **-VE-*** dövlət qeydiyyat nişanlı avomobili idarə edən sürücüyə saxla əmri vermişlər. Həmin nəqliyyat vasitəsinin sürücüsü X5 avtomobil saxlayaraq maşından düşərək səs-küy salmağa, söyüş söyməyə başlamışdır. Hətta ətrafdakı insanlar bu haldan narazılığını bildirmişdilər. Yanındakı şəxs Şəxs da sürücünün sənədlərini yoxmlamaq istəyərkən onların fəaliyyətinə müdaxilə edərək maneəçilik törətmişdir. Hər iki şəxsi nizam intizama dəvət etsələr də onlar aqressiya göstərərk qışqırmağa başlayaraq söyüşlər söymüşlər. Daha sonra həmin şəxslər aqresiyalarını davam etdirdiklərindən efir vasitəsi ilə kömək tələb etmişlər və ərazidə xidmət aparan X12 əməkdaşlarının köməkliyi ilə həmin şəxslər 5-ci Polis Bölməsinə gətirilmişlər. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 yol patrul xidməti inspektoru Şahid1 izahatında bildirmişdir ki,xx.xx.2024-cü il tarixdə axşam saat 23:30 radələrində Kia” markalı 99-VE407 dövlət qeydiyyat nişanlı avomobili idarə edən sürücünün sərxoş olub-olmamasını müəyyən etmək üçün saxla əmri vermişlər. Sürücünün sərxoşluğunu və sənədlərinin qaydasında olmasını yoxlamaq istəyərkən sürücünün yanında olan vətəndaş Şəxs adlı şəxs onlara etiraz edərək xidməti fəaliyyətlərini aparmağa maneəçilik törətmiş, səs küy salaraq söyüşlər söyməyə başlamışdır. Avtomobilin sürücüsü də həmin şəxsə qoşularaq xidməti fəaliyyətlərini aparmaqd onlara maneəşilik törətmi., aresiya nümayiş etdirərək söyüşlər söyməyə başlamışlar. Hər iki şəxsi nizam intizama dəvət etsələr də onlar hərəkətlərini davam etdirdikləri üçün efir vasitəsi ilə kömək tələb etmişlər və ərazidə xidmət aparan X12 əməkdaşlarının köməkliyi ilə həmin şəxslər 5-ci Polis Bölməsinə gətirilmişlər. Həmin şəxslər bir saatdan çox onların fəaliyyət göstərməsinə mane olmuşlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı onun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə minimum həddə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 03 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 23:45 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 03 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar