Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4594/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X3, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin inspektoru X8 tərəfindən ona saxla işarəsi verilmişdir. O, idarə etdiyi **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıqdan sonra avtomobildə sport tipli yayların quraşdırılması və sükan çənbərinin dəyişdirilməsi ilə bağlı ağırlıq mərkəzinin pozulmasına görə avtomobili dayanacağa yerləşdirilmişdir. O, avtomobilin ağırlıq mərkəzinin pozulmadığını, avtomobilin texniki baxışdan keçirildiyini, texniki baxışda heç bir qüsur aşkar edilmədiyini demişdir. Lakin inspektor onun sözlərinə qulaq asmayaraq protokol tərtib etmişdir. Odur ki, məhkəmədən TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, atasına məxsus olan, etibarnamə əsasında idarə etdiyi “KİA RİO MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildə ağırlıq mərkəzinin dəyişilməsinə səbəb olan heç bir dəyişiklik edilməmişdir. Həmçinin avtomobili YPX inspektoru tərəfindən saxlanılarkən aradan qaldırılması mümkün olmayan heç bir nasazlıq olmamışdır. Buna baxmayaraq YPX inspektoru tərəfindən əsassız yerə İXM-in 342.2.3 və 342.5-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, protokolla razı olmadığı halda barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X6 bildirmişdir ki, X2 etibarnamə əsasında idarə etdiyi “KİA RİO MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Binəqədi RPİnin DYPŞ-nin YPX inspektoru X8 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Boksol yolunda saxlanılmışdır. Həmin avtomobildə ağırlıq mərkəzinin dəyişilməsinə səbəb olan dəyişiklik edildiyi üçün İXM-in 342.2.3 və 342.5-ci maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və avtomobil müvəqqəti duracağa yerləşdirilmişdir. Qeyd edilən protokol əsasında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 19:27-də “Bakı, Dəmiryol döngə 3, 6” ünvanında “KİA RİO MİNİK” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 342.5-ci maddələri ilə təqsirli bilinib, 150 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs inzibati xəta ilə bağlı sübutların təqdim edilməsini, hər hansı inzibati xəta törətmədiyini bildirmiş, lakin ona inzibati xəta ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. X2 idarə etdiyi “KİA RİO MİNİK” markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yayların dəyişdirilməsi nəticəsində ağırlıq mərkəzinin pozulmasının vizual müşahidə müəyyən edilməsi mümkün olmadığı halda, sürücü Həsən Fərəcullayevə xüsusi texniki avadanlığın istifadəsi ilə və ya mütəxəssis rəyi ilə təsdiqini tapan qayda pozuntusu izah edilməmiş, sübutlar təqdim edilmədən, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4594/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4594/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver