Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-46/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, H.Aslanov küçəsi ev 15 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m : Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi tərəfindən inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə, idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə YPX əməkdaşları tərəfindən saxlanmışdır. Həmin vaxt o, spirtli içki qəbul etməsə də, gecə saatlarında spirtli içki qəbul etdiyini, həmin vaxta spirtli içkinin təsirinin qalacağını bilmədiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 bilavasitə tabe olan YPX Alayının 9-cu tağımının YPX inspektoru polis baş sesrjantı X1 tərəfindən tərtib edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* saylı protokoldan görünür ki, Şəxs özü pivə qəbul etdiyini etiraf etmiş və həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs tərəfindən Azərbaycan Respubllikasını İnzibati Xətalar Məcələsinin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu barədə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran halın olduğunu müəyyən etməmişdir. Məhkəmə inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən İXM-nin 333.1ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol üzrə 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-46/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-46/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver