Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4618/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin inzibati ərazisində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P90057 nömrəli ödənişli parklanma yerində saat 13:25:08da park etmiş, saat 14.11.19-da tərk etmişdir. Tərk etməmişdən əvvəl həmin ərazidə 1 saat parklanma üçün müəyyən edilmiş tarifə uyğun olaraq 1 manat bank kartımdan ödənilmişdir. Buna baxmayaraq bir neçə saatdan sonra ona məlum olmuşdur ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİ hissəsinin tələbini pozaraq nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə AYNA tərəfindən barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. O, həmin gün AYNA-ya müraciət edərək, tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini, həmin parklanma ərazisində cəmi 46 dəqiqə olduğunu, tərk etmədən parklanmaya görə 1 saat üçün nəzərdə tutulmuş 1 manat parklanma haqqını ödədiyini bildirmiş və müvafiq araşdırma aparılaraq məsələnin obyektiv həllini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə onun elektron poçt ünvanına məktub daxil olmuşdur. Həmin məktubda bildirilmişdir ki, müraciəti araşdırılarkən müvafiq foto görüntülərə və digər məlumatlara baxılmış və inzibati xəta hadisəsinin mövcudluğu təsdiqini tapmışdır. Tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, parklanma məntəqələrində avtomobilin parklanması “1181” qısa nömrə və ya “Azparking” mobil tətbiq üzərindən həyata keçirilir. Nəqliyyat vasitəsi ödənişli parklanma yerinə daxil olan zaman dərhal “1181” qısa nömrəsinə avtomobilin dövlət qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsi qeyd edilərək sms göndərilir. Parklanma başa çatdıqdan sonra “son” yazılaraq sözügedən qısa nömrəsinə təkrar sms göndərilir. “Azparking” mobil tətbiqdə parklanma ödənişini etmək üçün ilk olaraq məntəqə seçilərək avtomobilin park edilməsinə start verilir. Parklanma müddəti başa çatdıqdan sonra tətbiqdə “Dayandır və ödə” düyməsi sıxılaraq ödəniş olunur. Parklanmaya görə müəyyən edilmiş ödəniş, qaydalara uyğun olaraq bilavasitə parklanma məntəqəsini tərk edərkən həyata keçirilməlidir. Bu qaydalara riayət edilmədikdə, parklanma qaydalarının pozulması əməlinin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunursunuz. Eyni zamanda Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən, yəni parklanma yerindən istifadə edilməsinə görə müəyyən edilmiş məbləğin ödənilməsindən şəxsi azad etmir.” Hesab edir ki, tərəfimdən parklanmadan istifadə etdiyi müddət üçün müvafiq ödəniş etdiyindən, parklanma məntəqəsini ödəniş etdikdən sonra tərk etdiyimdən barəmdə tətbiq edilmiş inzibati tənbeh qanunsuz olmuşdur. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsaslıdır. X1 idarə etdiyi “CHANGAN UNİ-K İDD PLUG-İN HİBRİD MİNİK” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 13:04:00-dən 13:24:54-yədək Nizami küçəsindəki 90057 nömrəli parklanma yerində müvafiq qaydada ödəniş edilmədən saxlanılması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərlə tam sübuta yetirilmişdir. X4 xx.xx.2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə də şikayət ünvanlamış, həmin müraciətə baxılaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın tam qanuni və əsaslı olduğu müəyyən edilmiş, bu barədə müraciət müəllifinə məlumat verilmişdir. Odur ki, X1 şikayətinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Abbasova X2 İlahə Namiq- Kamal qızı idarə etdiyi “CHANGAN UNİ-K İDD PLUG-İN HİBRİD MİNİK” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami küçəsində yerləşən 90057 nömrəli parklanma yerində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticədə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat məbləğində inzibati cərimə olunmuşdur. “Azericard” ödəniş sistemindən çıxarışdan görünür ki, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami küçəsində yerləşən 90057 nömrəli parklanma yerində park edilməsi ilə bağlı 1 manat ödəniş edilmişdir. Məhkəmə, proses iştirakçısını izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi X3 idarə etdiyi “CHANGAN UNİ-K İDD PLUG-İN HİBRİD MİNİK” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami küçəsində yerləşən 90057 nömrəli parklanma yerini tərk etməzdən əvvəl müvafiq ödənişi etməklə parklanma yerini tərk etmişdir. Buna baxmayaraq X3 barəsində əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4618/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4618/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver