Məhkəmə qərarları › İş №3(001)-462/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-462/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-462/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP5520022 qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP5520022 qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayətdən görünür ki, X1 yaşayış yeri (yazışmaların aparılması üçün ünvan) şikayətdə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Göründüyü kimi, qanun hakimin üzərinə icraatında olan inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına inzibati xəta haqqında iş üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsi vəzifəsini qoymuşdur. Məhkəməyə müraciət etmiş inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısının yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) şikayətdə göstərməməsi isə bu vəzifəni həyata keçirməyə, yəni inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısına inzibati xəta haqqında iş üzrə sənədlərin sifarişli poçt göndərişi ilə çatdırılması və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilməsini mümkünsüz edir. Belə olan halda aydın olur ki, X2 şikayətinə bu vəziyyətdə baxılması mümkün deyil və o, sözügedən şikayətinə yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) əlavə etməklə yenidən məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.2-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasını istisna edən hallar mövcud olub-olmadığını həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D I M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP5520022 qərardan verdiyi şikayət geri qaytarılsın. X3 izah edilsin ki, sözügedən şikayətinə yaşayış yerini (yazışmaların aparılması üçün ünvanı) əlavə etməklə yenidən məhkəməyə müraciət etmək hüququ var. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar