Məhkəmə qərarları › İş №3(001)-464/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-464/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-464/2023 03.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00093/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100- 00093/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilən mallarla bağlı təqdim edilən **********0858 nömrəli idxal bəyannaməsi ilə nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl təqdim edilən invoys sənədi arasında uyğunsuzluq olmuşdur. Ona görə də Şəxs barəsində İXM-in 485.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli 24 nömrəli invoys sənədindən görünür ki, həmin sənədin 2-ci mal mövqeyində göstərilən ümumi çəkisi 6530 kq. olan yükün 1 tonunun qiyməti 980 ABŞ dolları olduğu göstərilsə də dəyəri 214.62 ABŞ dolları kimi qeyd olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, **********4427 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına İran İslam Respublikasından gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, qısa idxal bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 16953,42 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, **********0858 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə ünvanına İran İslam Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 16953,42 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00093/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/000919 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən "xxxx" MMC-nin ünvanına İran İslam Respublikasından 90AA381/90AA382 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən, 24 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə müşayiət edilən yüklər **********0858 sorğu nömrəli xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı 24 saylı xx.xx.2023-ci il tarixli invoys sənədinin 2-ci mal mövqeyində göstərilən cəmi çəkisi 6530 kq olan yükün 1 tonunun qiymətinin 980 dollar bəyan edildiyi halda ümumi dəyəri 6399.4 ABŞ Dolları əvəzinə 214.62 ABŞ Dolları olaraq qeyd olunmuşdur. Bununla da **********0858 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dǝyǝri 23138.20 ABŞ Dolları əvəzinə 16953.42 ABŞ Dolları göstərilmişdir. Həmçinin həmin protokoldan görünür ki Şəxs nümayəndəsi X1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə **********0858 saylı xx.xx.2023-cü il tarixli bəyannaməyə düzəlişlər edilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinə ərizə ilə rəsmi formada müraciət etmişdir. 24 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədinin 2-ci mal mövqeyində göstərilən yükün 1 tonunun qiymətinin 980 ABŞ dolları olduğunu və həmin yükdən 6530 kq. idxal edildiyini, texniki səhv nəticəsində 6530 kq. idxal edilən yükün invoys dəyərinin 214.62 ABŞ dolları olaraq göstərildiyini, lakin həmin invoys sənədinin özündə belə yükün 1 tonunun çəkisinin 980 ABŞ dolları olduğu və 6530 kq. idxal edildiyinin qeyd edildiyi, 6530 kq-1980-e vurub və həmin yükün invoys dəyərinin 6458.2 ABŞ dolları göstərməli olduğu halda invoys sənədində sözügedən yükün invoys dəyərinin 214.62 ABŞ dolları göstərildiyini, göndərən şirkətdən aldıqları məlumata əsasən, başqa mala aid invoys sənədinin üzərində işlədiklərini və 24 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədinin 2-ci mövqeyində göstərilən yükün invoys dəyərinin dəyişdirilmədiyini və başqa mala aid invoys dəyərinin göstərildiyini, **********0858 saylı xx.xx.2023-cü il tarixli bəyannamə ilə bəyan edilən malların ümumi invoys dəyərinin 23128.2 ABŞ dolları olduğunu bildirmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmiş xx.xx.2023-cü il tarixli 24 nömrəli invoys sənədində 2-ci mal mövqeyində göstərilən yükün ümumi invoys dəyəri düzgün göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki Şəxs tərəfindən təhrif olunmuş məlumatın verilməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs nin İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs nin əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar