Məhkəmə qərarları › İş №3(001)-4641/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4641/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4641/2025 02.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs İXM-in 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş məlumata əsasən Şəxs tərəfindən 09 yanvar 2025-ci il tarixə işçilərlə icbari sığorta müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Bununla bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində həmin fakt öz təsdiqini tapdığına görə Şəxs barəsində İXM-in 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X7 izahat verərək bildirmişdir ki, 25 yanvar 2025-ci il tarixdə X5 Xidmətinin Bakı şəhər İdarəsindən 15 yanvar 2025-ci il tarixli məktub daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortalanması təmin etməlidir. Həmçinin məktubda qeyd edilmişdir ki, işçilərin 7 gün ərzində icbari sığortalanması təmin edilməli və bununla bağlı X5 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməlidir. Bununla bağlı 36 nəfər işçi ilə bağlanmış icbari sığorta müqaviləsi 28 yanvar 2025-ci il tarixdə yenilənmiş və X5 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat göndərilmişdir. 07 fevral 2025-ci il tarixdə mobil telefonuna 23 yanvar 2025-ci il tarixdə barəsində İXM-in 469.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi barədə SMS daxil olmuşdur. İşçilərin icbari qaydada sığorta olunması ilə bağlı məktub MMC-yə inzibati xəta haqqında protokol tərtib edildikdən 2 gün sonra daxil olsa da, Əmək Müfəttişliyi Xidməti 7 günlük müddətin hesablanmasını əsassız olaraq məktubun yazılma tarixi ilə, yəni 15 yanvar 2025-ci il tarixdən hesablanmışdır. O, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş, şikayəti məhkəmə tərəfindən təmin edilmiş və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Həmin qərardan X5 Xidməti apelyasiya şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 469.2-cimaddəsində nəzərdə tutulmuş nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş işdə olan: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-3276/2025 nömrəli məktubun surətindən görünür ki, və X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxsnə müraciət olunaraq icbari sığorta bürosunun məlumatına əsasən 37 nəfər işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığının müəyyən edildiyi, qanunvericiliyin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günü ərzində işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməli olması və görülmüş tədbirlər barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə məlumat verilməli olması bildirilmişdir. SS922916779AZ ştrix kodlu sifarişli zərfin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-3276/2025 nömrəli məktub Şəxsnə həmin zərfin içərisində çatdırılmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-cici il tarixdən AR-nın Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçlərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs tərəfindən X5 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və qoşmadan görünür ki, "xxxx" siğorta şirkəti ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2023 tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşması təqdim edilmiş, müqavilə ili xx.xx.2025-ci ildən xx.xx.2026-cı ilə kimi dövrü əhatə etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İcbari sığorta bürosu tərəfindən ötürülmüş məlumata əsasən xx.xx.2025-cici il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçlərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Nəticədə Şəxs MMC-nin direktoru X7 İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə AZ1114 saylı poçt şöbəsi vasitəsilə Şəxs MMC-yə ünvanlanmış SS922916779AZ ştrix kodlu sifarişli məktub, xx.xx.2025-ci il tarixdə ünvan üzrə xidmət göstərər AZ1130 saylı poçt şöbəsi tərəfindən qəbul edilərək, xx.xx.2025-ci il tarixində poçtalyon Sarıyeva Sevda tərəfindən alıcı Həsənli Həsənağaya imza edilməklə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-854/2025 nömrəli qərarından görünür ki, X7 tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-1091/2025 nömrəli qərarından görünür ki, X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 3(001)-854/2025 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X5 Xidməti Bakı şəhər İdarəsi Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-3276/2025 nömrəli məktubu ünvanlayaraq işçilərin 7 iş günü ərzində istesalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sğortalanması təmin edilərək görülmüş tədbirlər barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb edilmişdir. Qeyd edilən məktub 25 yanvar 2025-ci il tarixdə "Venatura Azərbaycan MMC-yə çatdırılmış və cəmiyyət 28 yanvar 2025-ci il tarixdə "xxxx" ASC ilə müqavilə bağlayaraq 36 işçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığortalamış və bu barədə əmək müfəttişliyinə rəsmi məktubla məlumat verilmişdir. X6 Xidməti Bakı şəhər İdarəsinin cəmiyyətə göndərdiyi göstəriş məktubu xx.xx.2025-ci il tarixdə çatmasına baxmayaraq həmin xidmət tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan Şəxs barəsində əsassız halda İXM-in 469.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, Şəxs İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 469.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-cimaddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 469.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar