Məhkəmə qərarları › İş №3(001)-4658/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4658/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4658/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 25 sentyabr 2023-cü il tarixli EP № ******* №-li inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 14 noyabr 2023-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 sentyabr 2023-cü il tarixli 6-1-16/2-7475/2023 №-li məktubu ilə hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 25 sentyabr 2023-cü il tarixli EP № ******* №-li Protokol daxil olmuşdur. Protokola əsasən cəmiyyət 1153339,09 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 1153339,09 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, 25 sentyabr 2023-cü il tarixli EP № ******* №-li inzibati xəta haqqında Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü xarici valyutanın növü düzgün göstərilməmişdir. Protokola əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 1153339,09 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Protokola əlavə edilmiş "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş cədvəldən görünür ki, Şəxs MMC tərəfindən 1153339,09 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən xx.xx.2021-ci ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməmişdir. Göründüyü kimi ödəniş sənədində hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyü xarici valyuta Rusiya rublu ilə olsa da, inzibati xəta haqqında Protokolda xarici valyutanın növü düzgün olmayaraq ABŞ dolları kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Məhkəmə cərimənin ifadə olunacağı milli valyuta vahidinin göstərilən xarici valyutalar ilə ifadə olunmuş qiymətinin kifayət qədər fərqli olduğunu nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Protokol - həmin Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunmamışdır. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 25 sentyabr 2023-cü il tarixli EP № ******* №-li inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar