Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-466/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş X6 protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 17 yanvar 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə X6 protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 17 yanvar 2023-cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib olunmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, "xxxx" MMC barəsində tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli EP № ******* saylı X6 Protokoldan görünür ki, BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılmış sözügedən X6 iş üzrə icraatda "xxxx" MMC-in nümayəndəsi qismində qanuni təmsilçi X3 nümayəndə qismində iştirak etmiş, faktla bağlı izahat verib, X6 protokolu imzalamışdır. X6 Protokola əlavə edilmiş Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, X3 "xxxx" MMC-in qanuni təmsilçisi deyil, təsisçisidir, cəmiyyətin qanuni təmsilçisi isə başqa bir şəxs - X2r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məhdud Məsuliyyətli Cəmiyyətdə idarəetməni tənzimləyən 91-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Göründüyü kimi, Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən şəxs deyil və bu mənada yalnız təsisçi olmasına əsaslanaraq şəxsin X6 iş üzrə icraata cəmiyyətin təmsilçisi kimi buraxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinin mənasına və təyinatına cavab vermir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan X6 işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-ni inzbati xəta haqqında iş üzrə icraatda qanuni təmsilçisi X4 (etibarnamə tələb olunmadan), yaxud müvafiq qaydada səlahiyyət verilmiş (etibarnamə) X3 təmsil edə bilərdi. Hazırkı işdə isə buna riayət edilməmiş, müvafiq qaydada səlahiyyət verilməmiş (etibarnamə) X3 "xxxx" MMC barəsində BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsində aparılmış X6 iş üzrə icraatda səlahiyyəti olmadığı halda cəmiyyətin nümayəndəsi qismində iştirak edərək faktla bağlı izahat vermiş, hətta X6 protokolu imzalamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1 və 100.1.7-ci maddəsinə əsasən X6 protokolda barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində X6 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. İşin təsvir edilmiş hallarını və sadalanmış hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 17 yanvar 2023cü il tarixli EP № ******* saylı X6 Protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən X6 protokol onu tərtib etmiş orqana –Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..X6 protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə X6 işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X9 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" MMC barəsində tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli EP № ******* saylı X6 protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-466/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-466/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver