Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4698/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17317369 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2023-cü il tarixli, EQ 17317369 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, protokolun tərtib olunmasına əsas olmuş surət həddini ölçən cihazın (yol-patrul xidməti avtomobilinin kamerası) göstəriciləri ilə razı deyil. Belə ki, tərəfindən inzibati xətanın törədilməsi istinad olunan yolla hərəkət edən zaman yolda müəyyən olunmuş surət həddi ilə hərəkət etmiş, lakin naməlum səbəblərdən, mənşəyi məlum olmayan cihazlar vasitəsi ilə guya surət həddini aşmağı müəyyən olunmuşdur. Belə ki, yolda müəyyən olunmuş hərəkət surətinin müəyyən olunması yalnız sertifikatlaşdırılmış və metroloji sınaqdan keçmiş xüsusi texniki vasitələr tərəfindən müəyyən oluna bilər. Bundan əlavə, nəqliyyat vasitələrinin hərəkət surətinin ölçülməsi üçün həmin xüsusi texniki vasitələrdən qabaqda radarın mövcudluğu barədə müəyyən olunmuş qaydada məlumat verilməlidir. Həmçinin bildirir ki, elektron kabinetdə göstərilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın tarixi göstərilsə də, nömrəsi qeyd olunmamış, eləcə də inzibati xəta haqqında protokolda xüsusi texniki vasitələr haqqında məlumat öz əksini tapmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərar əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla tanış edilməmişdir, yalnız elektron kabinetində həmin qərar barədə məlumatla tanış olmuşdur. Qərarın nömrəsi elektron kabinetdə göstərilməmiş, istifadəsində olan əlaqə nömrəsinə də həmin qərar haqqında SMS məlumat verilməmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmədiyindən, tərəfindən həmin qərarın məhkəməyə də təqdim olunması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X4 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, inzibati xəta hadisəsi xüsusi texniki vasitə ilə aşkar olunmuşdur. X3 əməlində inzibai xəta tərkibi var. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli EQ 17317369 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X1 məhkəmə iclaslarında iştirak etməmişdir. X5 elektron kabinet vasitəsi ilə verdiyi ərizədə işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Naziriyinə e-müraciət portal çıxarışının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının Daxili İşlər Naziriyi Baş X9 İdarəsinin qərarından şikayət ərizəsi ilə müraciət etmişdir. Elektron kabinetdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17317369 saylı inzibati tənbehvermə haqqında qərar ilə X5 İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto şəkillər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** CT *** dövlət qeydiyyat nişanlı “Hyundai Solars” minik markalı avtomobili idarə edən X5 tərəfindən Bakı-Quba-Rusiya yolu, 124 km-liyində baş vermişdir. Həmin ərazidə sürət həddi 90 km/s olduğu halda, X5 avtomobili 101 km/s sürətlə idarə etdiyi üçün İXM-in 328.1-ci maddəsi ilə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. İXM-in 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddini aşması **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış ''e-patrol'' sistemi vasitəsi ilə müəyyən edilmişdir. “E-Patrol” sistemi ilə təchiz edilmiş yol polisi xidməti avtomobillərinin sürücülərin sürətini ölçərək cərimə protokolu tərtib etməsi qanunverici tərəfindən nizamlanmışdır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İş materialları ilə də konkret olaraq müəyyən edilmişdir ki, X5 tərəfindən inzibati xətanın törədildiyi “Bakı-Quba-Rusiya yolu, 124 km” ünvanında yolun hər iki hərəkət istiqamətində yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmışdır. Həmçinin sürət həddinin aşılmasını müəyyən edən “E-Patrul” sistemi dövlət yoxlamasından keçmiş və yoxlama nəticəsində yararlı hesab edilmiş, buna dair RN 010244 nömrəli şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17317369 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17317369 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2023-cü il tarixli, EQ 17317369 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4698/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4698/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver