Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4698/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nin nümayəndəsi X4 iştirakı ilə, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞnin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Binəqədi rayon DYPŞ-nin polis leytenantı X7 tərəfindən İXM-in 327.1-ci maddəsi üzrə xx.xx.2024-cü il tarixli İXP6350062 nömrəli protokol tərtib edilmiş və çıxarılmış xx.xx.2024-ci il tarixli TP6568532 saylı İnzibati tənbeh vermə haqqında qərar ilə ona 40 manat miqdarında inzibati tənbeh növü kimi inzibati cərimə tədbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 08:15-də 22-ci Dağlıq küçəsi ərazisində onun idarə etdiyi “GEELY COOLRAY MİNİK” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. X14 Orqanı tərəfindən verilən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, təqsiri olan şəxs qismində o müəyyən olunmuşdur. Səlahiyyətli orqan tərəfindən ona bildirilmişdir, yolun 2 zolaqdan ibarət olmaqla ümumi eni 4m-dir və o, guya xx.xx.2024-cü il tarixdə saat 08:15 də 22-ci Dağlıq küçəsi ərazisində “GEELY COOLRAY MİNİK” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən öz hərəkəti üçün ayrılmış 2m-lik zolaqda əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam etmişdir. Lakin bunun barəsində heç bir sübut ona təqdim olunmamışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, qeyd olunmuş ərazi üçün müəyyən olunmuş sürətdə və düz istiqamətdə hərəkət etmiş, heç bir pozuntu halına yol vermədən nəqliyyat vasitəsini idarə etmişdir. Tərtib olunan protokol onun iştirakı olmadan tərtib olunmuşdur və hadisə ilə bağlı sübut qismində təqdim oluna biləcək video görüntülər və sair materiallar mövcud olmamaqla yanaşı, işin materialları ilə tanış olmaq istədikdə də dəfələrlə müraciət etməyinə baxmayaraq ona təqdim olunmamışdır. Hesab edir ki, İXM-in 327.1-ci maddəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, inzibati xəta haqqında İXP6350062 nömrəli protokol və xx.xx.2024-cü il tarixli, TP6568532 saylı tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nin nümayəndəsi X6 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, məhkəməyə də təqdim etdiyi video görüntüdən müşahidə olunur ki, şikayətçi tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin Vİİ bəndinin tələbləri pozulmuşdur. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilərək mübahisələndirilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 40 manat inzibati cərimə olunmuşdur. “Qüsur aktı”ndan görünür ki, ** NB *** dövlət qeydiyyat nişanlı, GEELY markalı avtomobilə dəyən zərərə görə sifarişçi tərəfindən yekun olaraq 2130 manat məbləğində ödəniş olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-4698/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1868/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-4698/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və şikayətin icraata qəbul edilib baxılması üçün iş həmin məhkəmənin hazırlıq mərhələsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** NB *** dövlət qeydiyyat nişanlı “GEELY COOLRAY” minik markalı avtomobili idarə edən X5 tərəfindən ünvan 1 ünvanında baş vermişdir. X5 idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qarşısına maneə çıxmış, bu zaman o, ötmə və qarşılıqlı keçmə qaydaları və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin Vİİ bəndinin tələblərini pozulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 51-ci maddəsinin Vİİ bəndinə əsasən qarşılıqlı keçmə çətinləşən hallarda hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4698/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4698/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver