Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-470/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin inspektoru, polis leytenantı X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, 04.01.1988-ci il tarixdə Sabirabad rayonu, Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Sabirabad rayonu, Quruzma Ərazi dairəsi, Qəzli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 3TAL7GP FİN-ə malik olan X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29.12.2021-ci il tarixdə Bakı-Sumqayıt yolunda Bakı şəhərinə istiqamətdə ** JY *** dövlət qeydiyyat nişanlı, “X7 yük” markalı avtomobillə hərəkətdə olarkən tıxac yaranmışdır və o avtomobili saxladığı halda arxadan “Toyota Prado” markalı avtomobil ara məsafəsi saxlamadan avtomobili vurmuşdur. Yol hərəkəti qaydaları həmin avtomobili idarə edən şəxs tərəfindən pozulmuşdur. Lakin barəsində 06.01.2022-ci il tarixdə Binəqədi rayon DYPŞ tərəfindən əsassız olaraq protokol tərtib edilmiş və elə həmin gün bu protokol əsasında, 06 yanvar 2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilməyi göstərilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Onun tərəfindən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir, o hərəkət zolağında avtomobili saxlamış, heç bir manevr etməmiş və bu hallar qətiyyən araşdırılmamışdır. Hətta əməkdaşlar tərəfindən avtomobil test edilmişdir və dayandığı halda arxa tərəfə hərəkət etmədiyi müəyyən edilmişdir. Protokol onun iştirakı ilə tərtib edilməmişdir, hadisə baş verdiyi gündən 8 gün sonra tərtib edilmişdir və heç bir sübut olmadığı halda inzibati məsuliyyətə cəlb edilmiş, kamera görüntüləri əldə edilməmiş və araşdırılmamışdır. Halbuki inzibati xətaya yol verdiyi təqdirdə yerində hal şahidlərinin iştirakı ilə protokol tərtib edilməli və protokola imza etməkdən imtina etdiyi halda bu barədə qeyd yazılmalı idi və protokolun surəti ona təqdim edilməli idi. Göründüyü kimi protokol qanunvericiliyin tələbləri pozulmaqla onun iştirakı olmadan tərtib edilmişdir. Həmçinin protokol tərtib edilərkən sübutlar əlavə edilməlidir, foto-video çəkiliş və s. İş materiallarından da aydın olur ki, onun tərəfindən hər hansı qayda pozulmasına dair heç bir sübut yoxdur. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində qərəzli qərar qəbul edilmişdir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul eilmişdir. Ona görə də Binəqədi rayon X9 Şöbəsi tərəfindən qəbul edilmiş 06 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinin pozulması şəratində çıxarıldığı üçün ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon DYPŞ-nin polis baş leytenantı X3 məhkəmə iclasında bildirmişdir ki, X6 oğlu barəsində qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. X2 şikayətində göstərdiyi dəlillər əsassızdır. Həmin zaman yolda sıxlıq olmuş, E.Əhmədovun idarə etdiyi maşında ağır yük olmuş, eyni zamanda yolda meyllilik olduğundan avtomobili arxaya doğru sürüşmüş və arxadan “Toyoda Prado” markalı avtomobilə dəymişdir. Hadisə baş verən yerdə kamera olmadığı üçün görüntülərin əldə edilməsi mümkün olmamışdır. İnzibati xəta haqqında protokol şikayətçinin iştirakı ilə tərtib olunmuşdur. Göstərilənlərə əsasən X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “X8 yük” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın törədilməsi faktı protokol tərtib etmiş şəxsin izahatlarında öz təsdiqini tapır. X4 şikayətində göstərdiyi, avtomobili saxladığı halda arxadan onun avtomobilinin vurulması kimi dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-470/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-470/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver