Məhkəmə qərarları › İş №3(001)-4700/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4700/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4700/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 373852, EQ 758302, EQ 1760911, EQ 1592454, EQ 1929940, EQ 6759056, EQ 6513988, EQ 6299656, EQ 6060942, EQ 5872682, EQ 5705119, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 373852, EQ 758302, EQ 1760911, EQ 1592454, EQ 1929940, EQ 6759056, EQ 6513988, EQ 6299656, EQ 6060942, EQ 5872682, EQ 5705119, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X1 müraciətinə baxılması üçün verilmiş şikayət ərizəsi düzgün tərtib edilmədiyindən, həmçinin verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarlar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət verilən qərarlar ayrı-ayrı vaxtlarda tərtib edilmişdir. Bu səbəbdən, hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət edilməli idi. Həmçinin, X2 məhkəməyə ünvanladığı şikayət ərizəsində sözügedən qərarlardan 2022-ci ildə məlumatlı olduğunu qeyd etmişdir. Buna baxmayaraq, şikayət vermiş şəxs müddətin bərpası barədə ərizə təqdim etmədən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 373852, EQ 758302, EQ 1760911, EQ 1592454, EQ 1929940, EQ 6759056, EQ 6513988, EQ 6299656, EQ 6060942, EQ 5872682, EQ 5705119, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 373852, EQ 758302, EQ 1760911, EQ 1592454, EQ 1929940, EQ 6759056, EQ 6513988, EQ 6299656, EQ 6060942, EQ 5872682, EQ 5705119, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair müraciəti geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar