Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4700/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, X1 xx.xx.2024-cü il tarixli EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərardan verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində İXM-nin 454-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarının baxılmağa hazırlanması müəyyən edilmişdir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində hər hansı inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının, tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin, əgər qərar qəbul edilmişsə hansı səlahiyyətli orqan tərəfindən qəbul edilməsinin müəyyən edilməsi mümkün deyildir və sonuncu barəsində tənbeh tətbiq edilməsinə dair qərar varsa belə, həmin qərar iş materiallarına əlavə olunmamışdır. Bundan başqa mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması və inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi zəruridir. Çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar varsa, həmin qərar iş materiallarına əlavə olunmalı, bundan sonra məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, X2 ünvanlandığı şikayətdə Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli EXP seriyalı, ******* saylı protokolu əsasında qəbul edilmiş qərarı nə zaman əldə etməyini göstərməmiş, həmçinin ərizəsinə sözügedən inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı rəsmi qaydada nə vaxt almasını təsdiq edən hər hansı bir sübut da əlavə etməmişdir. Məhkəməyə təqdim edilmiş ərizənin poçt qəbzindən isə görünür ki, şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə məkhəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.2024-cü il tarixli EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayət vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 xx.xx.2024-cü il tarixli EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4700/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4700/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver