Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4702/2024 16.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-nin nümayəndəsi X3, şikayət vermiş şəxsin müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X4 nümayəndəsi Vəkil Binəqədi RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Vəkil Binəqədi RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X4 müdafiəçisi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 22 mart 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı olmuş və həmin qərardan tərəfindən şikayət 04 aprel 2024-cü il tarixində verilmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 3067/2024 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin X12 şöbəsinə geri göndərilmişdir. Bir müddətdən sonra, yəni 29 iyul 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin X12 şöbəsi tərəfindən şikayətçi X2 Yol Polisi şöbəsinə dəvət edilmiş və ona xx.xx.2024-cü il tarixli 636067 saylı qərar təqdim olunmuşdur. Qərara əsasən “yol nəqliyyat hadisəsi üzrə toplanmış materiallara yenidən baxılmış və sonuncunun inzibati xəta törətməsi öz təsdiqini tapmışdır” bildirilmişdir. Qərar 29 iyul 2024-cü il tarixində vətəndaş X6 tərəfindən imzalanaraq qəbul edilmişdir. Yeni qərara əsasən yenə də X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə yenə də təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Binəqədi rayon məhkəməsinin qərarı əsasında yenidən işin faktiki hallarının araşdırılması üçün Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin X12 şöbəsinə qaytarılmış inzibati xəta barədə iş, hesab edirik ki araşdırılmamış, şikayətçi kimi tərəf olaraq sürücü dəvət edilməmiş, sübutların araşdırılmasında iştirak etməmişlər. Qərarda yeni hansı sübutların olması barədə heç bir məlumat verilmir. Qərardan göründüyü kimi avtoqəzada digər tərəf barəsində,sürücünün adı,soyadı, avtomobilin markası və nömrəsi barədə ümumiyyətlə heç bir məlumat belə verilmir. Məhkəmə iclasında X1 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun çıxış edərək, X6 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, hadisə qarşı tərəfin qeyd etdiyi kimi olmamış, “KRAN MAZ” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı yük maşını həkətdə olmamış, dayanmış vəziyyətdə olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 36-cı mddəsinin müddəaları nəzərə alınaraq, şikayətin təmin edilməməsini, Binəqədi RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3067/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə geri göndərilmişdir. xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, yenidən araşdırılması üçün göndərilmiş, vətəndaş X6 barəsində ərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola yenidən baxılmış və X4 inzibati xəta törətməsi öz təsdiqini tapmışdır. X4 nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş video-görünütüdən görünür ki, “KRAN MAZ” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük maşını yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman əsas yolda hərəkətdə olan “Kamaz 5320” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhkəmə təqdim olunmuş video görüntünü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlər və şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X6 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən ”Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin “Hərəkətə başlama, manevr etmə” İV hissəsində göstərilir: «Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, vanacaqdoklurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİİ-hissəsində göstərilir: «Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi verdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqlivvat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sag kənarına yaxın hərəkət etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİİİ hissəsinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntüdə “KRAN MAZ” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük maşını yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin tələblərini pozaraq qabaritini nəzərə almamış, hərəkət təhlükəsizliyini təmin etməmiş və nəticədə əsas yolda hərəkətdə olan “Kamaz 5320” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞnin xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X6 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4702/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4702/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver