Məhkəmə qərarları › İş №3(001)-4704/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4704/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4704/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili (müqavilə üzrə) Vəkil2 və Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Vəkil1 iştirakı ilə xx.xx.2001-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabuncu rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11.40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəz adlanan ünvanında mobil telefonla danışarkən uca səslə ünvansız nalayiq (söyüşlər) ifadələr işlətməklə, həmçinin ətrafdakı insanlar üçün narahatçılıq yaratmaqla, ictimai asayişi pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı və xx.xx.2023-cü il tarixli, MN №1869273 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis şöbəsinin sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11.40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəz adlanan ünvanında mobil telefonla danışarkən uca səslə ünvansız nalayiq ifadələr (söyüşlər) işlətməklə ictimai asayişi pozmaqla xırda xuliqanlıq etmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır.Buna görə də, yuxarıda göstərilənləri nəzərə alaraq həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, qeyri-rəsmi olaraq Dəniz adlı müğənninin köməkçisi kimi çalışır.Həmin mügənninin müəyyən şəxslərlə pul mübahisəsi olduğuna görə, hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər göndərmişdir və həmin şikayətlərin hazırlanmasında o, da operator kimi kömək etmişdir.O, hesab edir ki, onun polisə çağrılması ola bilsin ki, həmin şikayətlərlə bağlıdır və ona və mügənniyə təzyiq etmək məqsədi daşıyır.Belə ki, həmin gün o, atası ilə birlikdə Binəqədi RPİ-nin X4 ünvan qeydiyyatı ilə əlaqədar getmiş, idarədən çıxdıqdan sonra atası polis əməkdaşları tərəfindən geri çağrılmış və bu zaman polis idarəsinin tam qarşısından polis əməkdaşları tərəfindən maşına əyləşdirilərək 43-cü PB-nə gətirilmişdir.İdarədə atasına və ona qarşı təzyiqlər olmuş və ondan istifadə etdiyi mobil telefonun kodu tələb olunmuş və onun telefonuna polis tərəfindən baxış keçirilməsinə razı olmamışdır.Buna görə də, onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır.O, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, onun əməlində hər hansı inzibati xəta olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçisi Vəkil2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyri-rəsmi olaraq Dəniz adı müğənninin köməkçisi kimi çalışır.Həmin mügənninin müəyyən şəxslərlə pul mübahisəsi olduğuna görə, hüquq mühafizə orqanlarına çoxsaylı şikayətlər göndərmişdir və həmin şikayətlərin hazırlanmasında o, da operator kimi kömək etmişdir.O, hesab edir ki, onun polisə çağrılması ola bilsin ki, həmin şikayətlərlə bağlıdır və ona və mügənniyə təzyiq etmək məqsədi daşıyır.Belə ki, həmin gün o, atası ilə birlikdə Binəqədi RPİ-nin X4 ünvan qeydiyyatı ilə əlaqədar getmiş, idarədən çıxdıqdan sonra atası polis əməkdaşları tərəfindən geri çağrılmış və bu zaman polis idarəsinin tam qarşısından polis əməkdaşları tərəfindən maşına əyləşdirilərək 43-cü PB-nə gətirilmişdir.İdarədə atasına və ona qarşı təzyiqlər olmuş və ondan istifadə etdiyi mobil telefonun kodu tələb olunmuş və onun telefonuna polis tərəfindən baxış keçirilməsinə razı olmamışdır.Buna görə də, onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır.Bundan başqa, müdafiəçi göstərmişdir ki, saxlanılan şəxsin ailəsi arasında müqavilə bağlanmasına baxmayaraq onun vəkil kimi həmin şəxslə görüşməsinə imkan yaradılmamış və müdafiə hüququ polis əməkdaşları tərəfindən pozulmuşdur.O, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində hər hansı inzibati xəta olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında çıxış edən müdafiəçisi Vəkil1 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, müdafiəçilərinin çıxışlarını, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatların və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11.40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi mərkəz adlanan ünvanında mobil telefonla danışarkən uca səslə ünvansız nalayiq (söyüşlər) ifadələr işlətməklə, həmçinin ətrafdakı insanlar üçün narahatçılıq yaratmaqla, ictimai asayişi pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır.Beləliklə də, müəyyən edilir ki, iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, müdafiəçi Vəkil1 sərf etdiyi 5 saat hüquqi xidmət haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Müdafiəçi Vəkil1 məhkəmə baxışı zamanı hüquqi 5 (beş) saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,he sab№AZ48AİİB**********0321701115,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar