Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4704/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax rayonu, Aran ərazi dairəsi, Aran qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Sumqayıt şəhəri, Yeni Y/M, məhəllə 7 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXMin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 20 iyun 2024-cü il saat 17 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrində yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş hadisə nəticəsində o özü xəsarət almış, həmçinin avtomobilinə xeyli ziyan dəymişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Onun dəymiş xəsarət isə ekspert rəyi ilə YÜNGÜL zərərvurmaya aid xəsarətlərə aid edilmişdir. Hazırda onun avtomobil cərimə meydançasındadır, imkanı olmadığı üçün avtomobili cərimə meydançasından çıxara bilmir. Lakin baş vermiş yol nəqliyyat hadisəsindən sonra təqsirkar olmasına baxmayaraq Şəxs bir dəfə belə olsun onunla maraqlanmamış, avtomobilə dəymiş ziyanı ödəmək üçün heç bir səy göstərməmişdir. Sadalanan hərəkətlərinə görə Şəxs şikayətçidir. Ona təxminən 3500 ( üç min beş yüz) AZN dəyərində maddi ziyan dəymişdir. Həmin günü onun sığortasının müddəti başa çatmamış, lakin o icbari sığorta müqaviləsinin müddətinin başa çatmasından məlumatlı olmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o ibtidai araşdırmanı aparan müstəntiqi sözünə aldanmışdır. Belə ki, müstəntiq onu arxayın salmışdır ki, Zərərçəkmiş şəxs dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Həmin səbəbdən o, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Onun da barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərarla 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. Hal-hazırda zərər çəkmiş şəxslə aralarında barışıq əldə edilməsi, sonuncuya dəymiş ziyanın ödənilməsi istiqamətində zəruri addımlar atmaq üçün məhkəmə iclasının təxirə salınmağını xahiş etmişdir xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, avtomobilinin təmirsiz vəziyyətdə qalması ona mühim ziyan vurur. Çünki o, həmin avtomobillə qazanc əldə edirdi. Belə ki, sürücü olaraq məktəbli uşaqları məktəbə aparıb-gətirirdi, lakin artıq 3 aydır ki, o işsiz qalmışdır. Ona dəymiş ziyan təqribi 3500 ( üç min beş yüz) AZN dəyərində göstərilsə də, ziyanın daha artıq olmağı ehtimalı da mövcuddur. Tək istəyi avtomobilinin təmir olunaraq ona qaytarılmasıdır, ona görə də məhkəmə iclasının təxirə salınmasına etiraz etmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı sığorta şirkəti ilə danışıqlar aparmışdır. Təxminən 10 gün müddətində avtomobilə vurulmuş ziyanın onun tərəfindən yoxsa sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən olacaqdır. Sığorta şirkətinin qiymətləndirmə etməsi, gəlib avtomobilə baxış keçirməsi təqribən bir qədər müddət tələb etdiyindən məhkəmə iclasının 10 gün təxirə salındığı halda zərər çəkmişə vurulmuş ziyanın ödənilməsi istiqamətində müsbət irəliləyiş əldə ediləcəkdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə sığorta şirkətinin nümayəndələri gələrək onun avtomobilinə baxış keçirmiş, lakin hələ də ona heç bir pul ödənilməmişdir. Hazırki halda Şəxs heç bir şikayəti yoxdur, aralarında razılıq əldə olunmuşdur., xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilmişdir, birlikdə sığorta şirkətində də olmuşlar. Hazırda sığorta şirkətinn nümayəndələri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs avtomobilinə də baxış keçirmişdir. İXM-nin 327.8-ci maddəsi ilə özünü təqsirli bilir. Belə ki, baş vermiş hadisə zamanı o “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, 1256 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması barədə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddə ilə barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ilə aralarında vurulmuş ziyanın ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20 iyun 2024-cü il saat 17 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, 1256 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər olması müəyyən edilmişdir. Odur ki, yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə toplanmış material üzrə 19 iyul 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, 20 iyun 2024-cü il tarixdə Şəxs istifadəsində olan nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər almışdır. Bu fakt inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz etirafedici izahatı, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini, həmçinin zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4704/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4704/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver