Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4711/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Biləcəri stansiyası X24 ictimai təhlükəsizlik qrupunun baş-inspektoru, polis kapitanı X7, zərər çəkmiş şəxs X5,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X14, inzibati binada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ dəmir yolu nəqliyyatında polis idarəsinin Biləcəri st. X23 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ dəmir yolu nəqliyyatında polis idarəsinin Biləcəri st. X23 Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Biləcəri stansiyası X24 ictimai təhlükəsizlik qrupunun baş-inspektoru, polis kapitanı X13 izahatında bildirmişdir ki, X8 24 avqust 2023-cü il tarixdə DİN-in "102" Xidmətinə müraciət edərək həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşadıqları yerdə qohumu Şəxs mübahisə zəminində əlindəki bıçaqla onun anası X3 üzərinə gələrək öldürməklə hədələdiyini bildirmişdir. Aparılmış təhqiqat araşdırmasının nəticəsində müəyyən edilmişdir ki, 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində aralarında yaranmış mübahisə zəminində vətəndaş Şəxs qohumu X1 əlinin baş barmağını dişləyərək sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Nəticədə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Odur ki, Şəxs barəsində 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X9 onun qaynı arvadıdır. Uzun müddətdir ki bir yerdə yaşayırlar, buna baxmayaraq münasibətləri heç bir zaman normal olmamış hər zaman mübahisə etmiş, yola gedə bilməmişdirlər. X9 öz həyat yoldaşı ilə mübahisə edən zaman bildirmişdir ki, “sənə Aytən kimi arvad lazımdır". Bunu eşitdiyindən X4 onun adını çəkməməsini tələb etmişdir. Aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı X9 onun saçlarından tutub yolmuş, saçlarını buraxmadığından o da X2 əlinin baş barmağını dişləmişdir. xx.xx.2023-cü il tarixdə o su ilə dolu vannanı öz yaşadığı evin qapısına qoymuşdur. X19 ayağı ilə vuraraq vannanın içərisində olan suyu yerə dağıtmışdır. O da öz övladlarından suyun kim tərəfindən yerə dağıdıldığını soruşmuş, övladları isə suyun onlar tərəfindən dağıdılmadığını bildirmişdirlər. Sonradan ona məlum olmuşdur ki, Mahizər Cəfiyeva təpiklə vuraraq suyu yerə dağıtmışdır. Bununlada yenidən aralarında mübahisə yaranmış onlar ailəlikcə onun üzərinə hücum çəkdiklərindən o da məcbur olub mətbəxdən bıçağı götürüb özünü müdafiə etmək üçün yaxın gəldiyi halda öldürməklə hədələmişdir. Hədələməsinin məqsədi sadəcə özünü müdafiə etmək olmuşdur. Aralarında barışıq əldə edilmədiyini və barışaq istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ilə uzun müddətdir bir evdə yaşamalarına baxmayaraq münasibətləri hər zaman pis olmuşdur. xx.xx.2023-cü il tarixdə anidən gələrək ona irad bildirmişdir. O, Şəxs haqqında nəsə danışmadığını, adını çəkmədiyini bildirsə də, Şəxs nalayiq ifadələr işlədərək onu təhqir etmiş və mübahisə etmişdir. Mübahisə zamanı Şəxs onun sağ əlinin baş barmağını dişləmişdir. Lakin o Şəxs hər hansı bir xəsarət yetirməmiş, saçını yolmamışdır. xx.xx.2023-cü il tarixdə isə içəri keçmək istəyən zaman istəmədən qapının ağzında olan su vannasını aşırtmış və vannada olan su yerə dağılmışdır. Bundan sonra Şəxs nalayiq ifadələrlə onu təhqir etmiş, söyüşlər söymüşdür. O, məhəl qoymaraq keçmək istəyəndə Şəxs bıçaqla onun üzərinə hücum çəkmişdir. Şəxs onu ölümlə hədələdiyi üçün övladı DİN 102 xidmətinə zəng etmişdir. Aralarında barışıq əldə edilmədiyini və barışaq istəmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs və X5 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X20 1754 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ əlin İ barmağının əsas falanqasının arxa və ovuc səthlərinin incə çapıq toxumaları həmin nahiyələrdə olmuş səthi əzilmiş yaraların izləri olub məhdud təsir səthli bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 21 avqust 2023-cü il tarixdə qeyd olunan nahiyələrin kənar şəxs tərəfindən dişlənməsi zamanı dişlərin küt təsirindən əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X20 1763 nömrəli ekspert rəyindən görünür ki, 13 sentyabr 2023-cü il tarixli məkəmə-tibbi ekspertizası zamanı Şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxsın barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. AZ-İİ 613454 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Şəxsın xx.xx.2010-cu il təvəllüdlü X10 adında övladı var. “AzeMis” elektron informasiya sistemindən olan çıxarışdan görünür ki, Şəxsın xx.xx.2014-cü il təvəllüdlü X11 adında övladı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs və X5 arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs X2 əlinin baş barmağını dişləmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6 fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Şəxs iki övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4711/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4711/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver