Məhkəmə qərarları › İş №3(001)-4718/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4718/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4718/2024 05.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4, müdafiəçi “Kamandar Nəsibov və Partnyoları” Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Masallı rayonu, Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, bərbər işləyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə sahə inspektoru, polis baş leytenantı X8 izahat verərək bildirmişdir ki, BDYPİ-nin YPXA-nın polis nəfələri xidmətdə olan zaman **-LX-*** dövlət qeydiyyat nişanlı BMW markalı nəqliyyat vasitəsini Binəqədi şossesində hərəkətdə olan saxlamışdır. Polis nəfələri yaxınlaşıb özlərini sürücüyə təqdim etdikdən sonra nəqliyyat vasitəsində olan konstruktiv dəyişiklikləri ona izah etmiş, sənədləri təqdim etməsini tələb etmişdir. Bu zaman sürücü qayda pozuntusu etdiyini başa düşsə də, avtomobilin duracağa yerləşdirilməsindən imtina etmişdir. Sürücü məsuliyyətdən yayınmaq üçün polis əməkdaşına qeyri-qanuni üsullarla “məsələni həll etməyi” təklif etmişdir. Polis əməkdaşı qanunsuzluğa yol vermədiyindən, sürücü onu hədələməyə başlamış, əlindəki telefonla çəkiliş apararaq məsələni ictimailəşdirəcəyini bildirmişdir. Sürücü polis əməkdaşı tərəfindən nizam-intizama dəvət olunsa da, o, polisə tabe olmaqdan yayınmışdır. Bundan sonra sürücü 6-cı Polis Bölməsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində idarə etdiyi BMW markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirdikdən sonra YPX xidmətinin avtomobili ona “saxla” əmri vermişdir. Polis inspektoru avtomobilə yaxınlaşıb özünü təqdim etdikdən sonra avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirmişdir. O, avtomobilin yenicə texniki baxışdan keçdiyini və tam yararlı olmasına dair akt tərtib olunduğunu bildirmişdir. Hətta onlara avtomobildə hər hansı problem varsa dərhal aradan qaldıra biləcəyini bildirmişdir. Polis əməkdaşı avtomobilin duracağa təmin olunmalı olduğunu bildirdikdə, o, polis əməkdaşının avtomobili idarə etməsinə imkan verməmiş və protokol tərtib olunmasını tələb etmişdir. Polis əməkdaşı protokolun cərimə meydançasında tərtib olunacağını bildirmişdir. Bu zaman o, 102 xidmətinə zəng vurmuş və polis əməkdaşının qanunsuz hərəkətindən şikayət etmişdir. Polis əməkdaşı onu təhqir etdikdən sonra, o, yenidən 102 xidmətinə şifahi şikayət ünvanlamışdır. Qeyd edir ki, o polisə qarşı heç bir tabesizlik nümayiş etdirməmiş, polisin nüfuzuna xələlə gətirəcək heç bir hərəkətə yol verməmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi “Kamandar Nəsibov və Partnyoları” Vəkil Bürosunun vəkili X5 çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Belə ki, sözgüedən avtomobil inzibati xəta haqqında protokol tərtib edildiyi gün, yəni 03 avqust 2024-cü il tarixdə yenicə alqı-satqı olunmuş, texniki baxışdan keçirilmişdir. Hətta texniki baxışdan keçirilən zaman avtomobilin arxa tərəfində quraşdırılmış 2 əlavə qurğu sökülmüş, yalnız bundan sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən avtomobilin yararlı vəziyyətdə olmasına dair akt tərtib olunmuşdur. Yol polisi əməkdaşları Şəxs idarə etdiyi avtomobili saxlayarkən çoxsaylı qanunsuzluqlara yol vermişlər. Belə ki, polis əməkdaşı inzibati xəta aşkar etdiyini bildirsə də, inzibati xəta haqqında protokolu yerindəcə tərtib etməkdən imtina etmişdir. Həmçinin polis əməkdaşı qanunsuz olaraq Şəxs avtomobilində axtarış aparmış, daha sonra isə vətəndaşın şərəf və ləyaqətini təhqir etmişdir. Şəxs tərəfindən İXM-nin 535-ci maddəsinin tərkibini yaradan hər hansı hərəkətlərə yol verilmədiyini nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPX alayının Xüsusi taqımı yol patrul xidmıti baş inspektoru, polis baş leytenantı X3 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “BMW” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilin konstruktiv quruluşunda olan dəyişikliyə və əlavə avadanlıq quraşdırılmasına görə “saxla” əmri vermişdir. Avtomobilə baxış keçirdikdə sonra avtomobilin duracağa təmin olunmalı olduğunu sürücüyə bildirmişlər. Lakin sürücü polis əməkdaşına qeyri-qanuni təkliflər etmiş, yaranmış problemi başqa formada həll etməyi təklif etmişdir. Sürücü protokol tərtib olunduqdan sonra avtomobilin duracağa təmin olunmasını tələb etdikdə, polis əməkdaşı ona protokolun duracaqda tərtib olunacağını bildirmişdir. Bundan sonra Şəxs icazəsiz olaraq video-çəkiliş etməyə başlamış, sonra da 102 xidmətinə şikayət etmişdir. Daha sonra Şəxs polisə göstərdiyi tabesizliyə görə 6-cı Polis Bölməsinə dəvət olunmuş və burada ona AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə avtomobili aldıqdan sonra yol polis əməkdaşları avtomobili saxlamış, avtomobildə əlavə avadanlığın olduğunu bildirmişdir. Polis əməkdaşı avtomobilə baxış keçirmiş, əlavə hər hansı qurğu tapmamışdır. Daha sonra, polis əməkdaşı avtomobilə əyləşmiş, avtomobilin içərisindən tapdığı “pult”un nə olduğunu soruşmuş, onlar isə maşın yeni aldıqlarını, “pult”un onlara aid olmadığını və avtomobilin yenicə texniki baxışdan keçirildiyini bildirmişlər. Daha sonra polis əməkdaşı avtomobilin duracağa yerləşdirilməsinin təmin olunmalı olduğunu bildirmişdir. Onlar bu barədə akt tərtib etməsini tələb etdikdə polis əməkdaşı aktın duracaqda tərtib olunacağını bildirmişdir. Buna görə onlar avtomobilin duracağa təmin olunmasına etirat etmiş və Şəxs 102 xidmətinə zəng vurmuşdur. Daha sonra polis əməkdaşı onları təhqir etdiyinə görə Şəxs yenidən 102 xidmətini yığmışdır. Onlar polis əməkdaşlarına heç bir tabesizlik göstərməmiş və onların şərəf və ləyaqətinə toxunacaq hərəkət etməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN 018917 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyat şəhadətnaməsindən görünür ki, **-LX-*** dövlət qeydiyyat nişanlı, BMW 520 minik markalı avtomobil X1 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, **-LX-*** dövlət qeydiyyat nişanlı, BMW 520 minik markalı avtomobili idarə etmək üçün Şəxs etibarnamə verilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar