Məhkəmə qərarları › İş №3(001)-4726/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4726/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4726/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam ali təhsilli, Türkiyə Respublikası İzmir 9 Eylül Universitetinin tələbəsi, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2024cü il tarixdə, təxminən 22.00 radələrində adının gizli qalmasını istəyən vətəndaş DİN-nin 102 xidmətinə zəng edərək, Binəqədi rayonunda yerləşən 20 saylı poliklinikanın yaxınlığındı bir nəfərlə arasında yaranan münaqişədə taxta parçası il baş nahiyyəsindən vurularaq xəsarət alması və döyülməsi barədə müraciəti 4-cü PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 1451 sayla qeydə alınmış, daxil olmuş məlumatla bağlı hadisə yerinə çıxan əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 4-PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Fuad Kərimov raportla şöbə rəhbərliyinə müraciət edərək, HK-1/1451 nömrəli daxil olmuş məlumatla bağlı X3 4-cü PŞ-nə dəvət edən zaman oğlu Şəxs qəsdən səs-küy salaraq tabesizlik göstərərək, atasının polis şöbəsinə aparılmasına mane olmuş, polis əməkdaşları ilə sözlü mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə inspektoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən 22.00 radələrində adının gizli qalmasını istəyən vətəndaş DİN-nin 102 xidmətinə zəng edərək, Binəqədi rayonunda yerləşən 20 saylı poliklinikanın yaxınlığındı bir nəfərlə arasında yaranan münaqişədə taxta parçası il baş nahiyyəsindən vurularaq xəsarət alması və döyülməsi barədə müraciəti 4-cü PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 1451 sayla qeydə alınmış, daxil olmuş məlumatla bağlı hadisə yerinə çıxan əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 4- PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Fuad Kərimov raportla şöbə rəhbərliyinə müraciət edərək, HK-1/1451 nömrəli daxil olmuş məlumatla bağlı X3 4-cü PŞ-nə dəvət edən zaman oğlu Şəxs qəsdən səs-küy salaraq tabesizlik göstərərək, atasının polis şöbəsinə aparılmasına mane olmuş, polis əməkdaşları ilə sözlü mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, tələbə olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçidən imtina etməsi və məhkəmə iclasının müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etdiyini nəzərə alaraq məhkəmə iclasını müdafiəçinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalıdır. Belə ki, iş materiallarında olan raportdan, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, təxminən 22.00 radələrində adının gizli qalmasını istəyən vətəndaş DİN-nin 102 xidmətinə zəng edərək, Binəqədi rayonunda yerləşən 20 saylı poliklinikanın yaxınlığındı bir nəfərlə arasında yaranan münaqişədə taxta parçası il baş nahiyyəsindən vurularaq xəsarət alması və döyülməsi barədə müraciəti 4-cü PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 1451 sayla qeydə alınmış, daxil olmuş məlumatla bağlı hadisə yerinə çıxan əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 4-PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Fuad Kərimov raportla şöbə rəhbərliyinə müraciət edərək, HK-1/1451 nömrəli daxil olmuş məlumatla bağlı X3 4-cü PŞ-nə dəvət edən zaman oğlu Şəxs qəsdən səs-küy salaraq tabesizlik göstərərək, atasının polis şöbəsinə aparılmasına mane olmuş, polis əməkdaşları ilə sözlü mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hallar kimi gənc olmasını, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatların və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən 22.00 radələrində adının gizli qalmasını istəyən vətəndaş DİN-nin 102 xidmətinə zəng edərək, Binəqədi rayonunda yerləşən 20 saylı poliklinikanın yaxınlığındı bir nəfərlə arasında yaranan münaqişədə taxta parçası il baş nahiyyəsindən vurularaq xəsarət alması və döyülməsi barədə müraciəti 4-cü PŞ-nin “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”nda 1451 sayla qeydə alınmış, daxil olmuş məlumatla bağlı hadisə yerinə çıxan əməliyyat qrupunun üzvü Binəqədi RPİ-nin 4-PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Fuad Kərimov raportla şöbə rəhbərliyinə müraciət edərək, HK-1/1451 nömrəli daxil olmuş məlumatla bağlı X3 4-cü PŞ-nə dəvət edən zaman oğlu Şəxs qəsdən səs-küy salaraq tabesizlik göstərərək, atasının polis şöbəsinə aparılmasına mane olmuş, polis əməkdaşları ilə sözlü mübahisə etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, müəyyən edilir ki, iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edisin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar