Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4745/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Buna görə də xx.xx.2024cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-329/2019 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs əmlak tələbi üzrə 5048 manat tələbkar X3 xeyrinə ödənilməlidir. Bundan başqa Quba Rayon Məhkəməsinin 2(027)-1985/2022 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2013-cü ildə anadan olmuş X1 üçün X3 xeyrinə uşaq yetkinlik yaşına çatanadək hər ay 193 (yüz doxsan üç) manat alimet tutulmalıdır. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iş materiallarında olan çıxarışda Şəxs "xxxx" MMC-də (VÖEN: **********) “elektrik montyoru” vəzifəsində çalışdığı və əmək haqqının 784 AZN təşkil etdiyi qeyd olunmuşdur. Bunun tam əksi olaraq Şəxs bundan əvvəl çalışdığı iş yerlərinə verilmiş sorğuların cavabı barədə məlumatlar protokola əlavə edilməmişdir. Borclunun əmək haqqından tutulmalar aparılıb aparılmaması müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanmış məktubdan görünür ki, Şəxs 1237 manat məbləğində aliment borcu olduğu qeyd edilmiş və onun əmək haqqından 70 faiz pul tutularaq X4 ödənilməsi qeyd edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə ünvanlanmış sorğudan görünür ki, Şəxs 565 manat borcu qaldığı müəyyən edilmişdir. Görünür ki, icra sənədi icraatda olduğu müddətdə borclu Şəxs iş yeri olmuş, buna görə də onun əmək haqqında pul tutulmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, Şəxs vaxtaşırı ödənişlər etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hal-hazırda "xxxx" MMC-də “elektrik montyoru” vəzifəsində çalışması barədə elektron sistemdə olan ziddiyyət araşdırılmamış, Şəxs hazırda işlədiyi iş yeri barədə hər hansı bir sual verməmiş, bundan başqa sözügedən müəsisəyə rəsmi şəkildə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən müəssisədə çalışıb-çalışmamasını dəqiqləşdirməmiş, icra vəqələri üzrə vəsaitlərin tutulması üçün onun sonuncu iş yerinə hər hansı bildiriş göndərilməmişdir. Odur ki, şəxsin həqiqətən sözügedən müəssisdə çalışmasını təkzib edən yaxud öhdəliyinin sonuncunun əmək haqqına yönləndirilməsini mümkünsüz edən hər hansı bir sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri görülməməsinə baxmayaraq, borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4745/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4745/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver