Məhkəmə qərarları › İş №3(001)-4746/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4746/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4746/2024 26.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9 iştiraklarıı ilə, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola əsasən barəmdə Xidmətin rəis müavini X7 tərəfindən xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə tənbehi tətbiq edilib. MN ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xx.xx.2024-cü il tarixdə barəmdə tərtib edilmiş MN ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarar və MN ******* nömrəli protokol əsassız və sübutsuz qəbul edilmişdir. Həmin protokolun tərtib edilməsinə səbəb kimi qeyd edilən hal baş verməmişdir. xx.xx.2024-cü il tarixli. MN ******* nömrəli qərarın surəti mənə xx.xx.2024-cü il tarixdə təqdim edilib. Şikayətçinin inzibati xətanı törətməyim hər hansı bir sənəd və ya sübutla öz təsdiqini tapmır. Buna görə də onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib bildirmişdir ki, direktoru olduğu "xxxx" MMC-nin barəsində hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Eyni məsələ ilə bağlı vəzifəli şəxs qismində onun barəsində də tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. İşçinin işə cəlb edilməsi ilə bağlı bildirmişdir ki, X4 ilə aralarında əmək müqvailəsi olmuş və o, şirkətin Qarabağda olan fəaliyyətində işlərə cəlb edilmişdir. Lakin inzibati protokol və qərarda göstərilən vaxtda həmin işçi artıq onlarla işləməmişdir. Bu hadisənin də səbəbi kimi portalda olan problemlə əlaqədar onun bizim şirkətin işçisi olması müəyyən edilmişdir. Hal-hazırda artıq 4 aydır ki, Qarabağda iş görmədiklərini qeyd etmişdir. X2 nə vaxt işə daxil olması və nə vaxt işdən çıxması barədə bütün sənədlər məhkəməyə təqdim edildiyini qeyd etmişdir. Odur ki, məhkəmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, işçinin Qarabağa daxil olması üçün portala daxil edilməsindən ötrü ilkin olaraq o rəsmi qaydada işə götürülməldir. İşə götürüldükdən sonra onun Qarabağa daxil olmasına icazə ilə bağlı portala qeydiyyatdan keçirildiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında X5 qeyd etmişdir ki, X4 21 noyabr 2023-cü il tarixdə 1 ay müddətinə işə qəbul edilmiş və 1 ay tamam olduqdan sonra işdən azad edilmişdir. Lakin onun icazəsi 2024-cü ilin may ayınadək olduğu üçün may ayında Qarabağa gedərkən protal məlumatlarına əsasən onların işçisi olması faktı aşkar edilmişdir. X1 hal-hazırda onlarla işlədiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X10 bildirmişdir ki, inzibati xəta faktı portal məlumatları əsasında aşkar edilmişdir. Həmin portal məlumatlarında olan müəyyən problemlər nəticəsində bir çox şirkətlərə protokollar tərtib edildiyini qeyd etmişdir. Hazırki iş üzrə də "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verildiyini qeyd edərək, X5 barəsində qəbul edilmiş qərarı müdafiə etdiyini və onun şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 şikayətin təmin edilməməsini və məhkəmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində iştirak edən X4 izahatında bildirmişdir ki, "xxxx" MMC-də 21 noyabr 2023-cü il tarixdə 1 ay müddətinə işə qəbul edilmiş və 1 ay tamam olduqdan sonra işdən azad edilmişdir. Fərdi sürücü kimi yük daşınması ilə əlaqədar hal-hazırda da Qarabağa gedib-gəldiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC üçün 2024-cü ilin dekabr ayında Qarabağa yük aparmış, ondan sonra onlarla işləməmişdir. May ayında "xxxx" MMC-də işləmədiyini həmin şirkət üçün heç bir xidmət göstərmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, X5 tərəfindən vətəndaş X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)- 4086/2024 saylı qərarından görünür ki, "xxxx" MMC-nin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X4 arasında əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında 14 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən X4 ilə bağlanmış əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi, səlahiyyətli nümayəndəni və iş üzrə dindirilmiş şahidi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X5 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə X5 tərəfindən vətəndaş X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə araşdırması zamanı X2 inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X3 direktoru olduğu "xxxx" MMC-də işləmədiyi, onun xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi təsdiqini tapmışdır. X2 izahatı, eləcə də tədqiq edilmiş sənədlərlə də müəyyən edilir ki, inzibati təhbeh vermə haqqında qərarla müəyyən edilmiş müddətlərdə X2 X3 direktoru olduğu "xxxx" MMC-də işləmədiyi, lakin işdən azad olunduqdan sonra da Qarabağa fərdi qaydad fəaliyyət göstərən sürücü kimi yük daşınması ilə əlaqədar gedib gəlmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X3 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, səlahiyyətli orqan tərəfindən X5 barəsində inzibati xəta haqqında icraat aparılarkən onun izahatı alınmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan müvafiq araşdırma aparsaydı məhkəmə iclasında müəyyən edilmiş hallar səlahiyyətli orqan tərəfindən də aşkar edilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyi üçün onun tərəfindən verilmiş şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. X5 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar