Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4748/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, vəsatət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək inzibati tənbeh olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, 06 noyabr 2023 tarixində Bakı şəhər Binəqədi rayon məhkəməsinə, tərəfindən, Bakı şəhər X6 İdarəsinin 26 sentyabr 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi verilmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Aynurə Sadıqova 13 noyabr 2023-cü il tarixli qərardad ilə onun şikayətini geri qaytarmışdır. Əsas kimi inzibati tənbeh vermə haqqında qərarın nə vaxt alınmasını təsdiq edən sənəd əlavə edilməməsi, müddətin bərpası barədə ərizə təqdim etmədən, şikayət ərizəsi ilə məhkəməyə müraciət etməyi olmuşdur. İnzibatı tənbeh vermə haqqında qərarın surətinin ona xx.xx.2023 tarixində Bakı şəhəri, DYPİ-nin inzibati binasında, polis mayoru X2 otağında rəsmi şəkildə verilməsini hadisə barədə izahatında qeyd etmişdir. Lakin sözügedən izahatın barəsində aparılan icraat materiallarının məhkəməyə şikayət verilən orqan tərəfindən təqdim ediləcəyini zənn etdiyindən, şikayətə əlavə edilməmişdir. Ona görə də, Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 vəsatətin məzmununa uyğun çıxış edib, Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilmədiyindən vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X3 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsində verilmiş izahatın surətindən görünür ki, o, barəsində tərtib edilmiş qərarı xx.xx.2023-cü il tarixdə almışdır. Həmçinin iş materiallarına əlavə edilmiş “İnzibati xətalara dair işlər üzrə elektron uçot-qeydiyyat kartoçkası”ndan görünür ki, X3 tərəfindən Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, X3 Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2023-cü il tarixdə alsa da həmin qərardan şikayəti məhkəməyə qanunla müəyyən edilmiş müddətdə təqdim etməmiş, həmçinin məhkəmədə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətinin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, X3 tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhəri Baş Polis İdarəsinin X6 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4748/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4748/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver