Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4750/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X23 Şöbəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2, 327.6, 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi rayon X23 Şöbəsi tərəfindən Şəxs barəsində İXMin 327.2, 327.6, 332.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi rayon DYPŞ YNH üzrə inspektoru, polis baş leytenantı X7 izahat verərək bildirmişdir ki, 16 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində “KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil S.Bəhlulzadə küçəsində hərəkətdə olarkən yol ayırıcından baş yola çıxarkən **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobilə yol verməmiş və həmin maşının sağ yan hissəsinə çırpılmışdır. **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobilin sürücüsü zərbənin təsirindən idarəetməni itirib onunla üzbəüz yoldan qarşıdan gələn **-TZ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTO LAND-CRUİSER- PRADO” minik markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs “KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Hadisə baş verdikdən sonra Şəxs hadisə yerini qaçaraq tərk etmişdir. Hadisədən bir neçə gün sonra Şəxs dostu X1 qismində göndərmiş, lakin sözügedən şəxslə aparılan söhbət zamanı o, məsuliyyəti dərk etmiş və hadisə zamanı sürücü qismində olmadığını etiraf etmişdir. Aparılan araşdırma zamanı hadisə vaxtı KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Şəxs olduğu aşkar olunmuşdur. Daha sonra tərəflərin izahatı alınmış və onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Belə ki, 16 iyul 2024-cü il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.Bəhlulzadə küçəsində hərəkətdə olarkən yol ayırıcından baş yola çıxan zaman **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobilə yol verməmiş və həmin maşının sağ yan hissəsinə çırpılmışdır. **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobilin sürücüsü idarə etməni itirib onun üzbəüz yoldan gələn **-TZ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTO LAND-CRUİSER-PRADO” minik markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. O, avtomobili sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz idarə etdiyini etiraf edir və əməlindən səmimi peşmançılıq hissi keçirdiyini bildirir. Bu səbəbdən, məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Yol-Nəqliyyat hadisəsinin sxemindən görünür ki, “KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil S.Bəhlulzadə küçəsində hərəkətə olarkən yol ayırıcından bş yola çıxan zaman **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobilin qabaq sağ hissəsinə çırpılmış, idarə etməni itirən “FORD FUSİON” minik markalı avtomobilin sürücüsü üzbəüz yoldan qarşıdan gələn **-TZ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTO LAND-CRUİSER-PRADO” minik markalı avtomobillə toqquşmuşdur və nəticədə həmin avtomobillərin sahiblərinə maddi ziyan dəymişdir. AC 335238 nömrəli X8 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixdək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. AC 356694 nörməli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-TZ-*** dövlət qeydiyyat nişanlı, “TOYOTO LAND-CRUİSER-PRADO” minik markalı avtomobil X9 məxsusdur. X14 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixdək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2024-cü il tarixli, 897311 nömrəli etibarnamənin surətindən görünür ki, “KHAZAR LX” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 tərəfindən X14 etibar olunmuşdur. xx.xx.2023-cü il tarixli, 994114 nömrəli etibarnamənin surətindən görünür ki, **-GZ- *** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobil X11 tərəfindən "xxxx" MMC-yə etibar olunmuşdur. "xxxx" MMC-nin 04 nömrəli etibarnaməsindən görünür ki, **-GZ-*** dövlət qeydiyyat nişanlı “FORD FUSİON” minik markalı avtomobil X12 idarə edilməsi üçün etibar edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli İXM-in 327.2, 327.6, 332.4cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. “AzeMis” elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X2 Kamran Hikmət oğlunun övladıdır. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-in 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6, 332.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4750/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4750/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver