Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4759/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi RPİ-nin 4-cü PŞdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi RPİnin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri xidmətdə olarkən yol patrul xidmətinin kömək çağırışına əsasən Binəqədi şossesində yerləşən “White palace” şadlıq sarayının qarşısına getmiş və burada 1 nəfər şəxsin polisin qanuni tələblərinə tabesizlik göstərdiyini görmüşdür. Polis əməkdaşları həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim etmiş, ona patrul maşına əyləşərək 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxs polisə tabesizlik göstərəkdə davam etmişdir. Polis əməkdaşları onun müqavimətini qırıb, patrul maşınına əyləşdirərək onun polis şöbəsinə gətirilməsini təmin etmişlər. Şöbədə olan zaman məlum olmuşdur ki, həmin şəxs Şəxsdur.Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qayda pozuntusu törətdiyinə görə yol polisi onu saxlamışdır. Polis əməkdaşları onu sərxoşluğun müayinəsi üçün həkim müayinəsindən keçməli olduğunu bildirmiş, lakin o içkili olduğu üçün öz davranışını idarə edə bilməmiş, polisin qanuni tələbindən yayınaraq mübahisə yaratmışdır. Hadisə zamanı qızının halının pisləşdiyinə görə avtomobilini sürətlə idarə etmişdir. Hazırda etdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində daha yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin X10 Şöbəsinin YPX inspektoru, polis serjantı X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:52 radələrində Binəqədi şossesində xidmət apararkən **-GB-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı nəqliyyat vasitəsi işıqforun qadağan edici işığında keçərək, qarşı nəqliyyat yoluna çıxıb idarə etdiyi avtomobili qəflətən sürətləndirərək şosse boyunca yüksək sürətlə hərəkət edərək kobud qayda pozuntusuna yol verdiyinə görə saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sənədlərini yoxlayan zaman həmin şəxsin Şəxs olduğunu aşkar etmişlər. Sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün ondan sükan arxasını tərk etməsi tələb olunmuş, ona patrul maşınına minərək sərxoşluğun müayinəsi üçün həkim müayinəsinə getməli olduğunu bildirmişlər. Lakin bu zaman Şəxs tabesizlik göstərərək, sükan arxasından düşməmiş, müxtəlif bəhanələrlə polisin qanuni tələblərindən yayınaraq qaçmağa çalışmışdır. Polis əməkdaşlarını itələyərək onlara mane olmağa çalışmışdır. Daha PPXB-nin əməkdaşları köməyə çağırılmış və onların köməyi ilə şəxs 4-cü PŞ-yə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 digər şahid X1 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün saat 19:00-da inzibati qaydada tutulmuşdur. AR Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinədən görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şahid Binəqədi RPİ-nin X10 Şöbəsinin YPX inspektoru, polis serjantı X1 məhkəmə iclasında təqdim etdiyi video-görüntüdən görünür ki, Şəxs polisin qanun tələblərinə tabesizlik göstərərək, inzibati məsuliyyətdən yayınmağa çalışmışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, həmçinin inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılığını və himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-4759/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4759/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver