Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4760/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru Samir Həbibovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təsilli, işləməyən, ailəli (himayəsində iki yetkinlik yaşına çatmayan övladı var) ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən 22.50 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində Mercedes Benz 190 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəflətən nəqliyyat vasitəsini sürətləndirməklə təkər səsləri və təkər izləri buraxılmasına səbəb olan hərəkətlər edərək, asfalt örtüyündə yığılmış su gölməçəsinə salaraq avtomobili sürüşdürmüş, polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmiş, o, idarə etdiyi maşını saxlayan zamanı avtomobilin işıq cihazlarının nasaz olduğu aşkar edilmiş və avtomobil mühafizə olunan duracağa aparılmışdır. Hadisədən təxminən bir saat sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs DİN-nin 102 xidmətinə zəng edərək özünü yandıracağı barədə məlumat vermiş, əlində benzin olan butulka ilə polis əməkdaşlarına yaxınlaşaraq avtomobilin duracaqdan buraxılmasını tələb etmiş, əks halda özünü yandıracağını bildirmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələblərini əməl etməsi bildirilsə də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru Samir Həbibov tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü PŞ-nin sahə rəisi, polis mayoru Samir Həbibov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən 22.50 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində Mercedes Benz 190 markalı, ** CB *** dövlət qeydiyyat nişanlıavtomobili ilə qəflətən nəqliyyat vasitəsini sürətləndirməklə təkər səsləri və təkər izləri buraxılmasına səbəb olan hərəkətlər edərək, asvalt örtüyündə yığılmış su gölməçəsinə salaraq avtomobili sürüşdürmüş, polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmiş, o, idarə etdiyi maşını saxlayan zamanı avtomobilin işıq cihazlarının nasaz olduğu aşkar edilmiş və avtomobil mühafizə olunan duracağa aparılmışdır. Hadisədən təxminən bir saat sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs DİN-nin 102 xidmətinə zəng edərək özünü yandıracağı barədə məlumat vermiş, əlində benzin olan butulka ilə polis əməkdaşlarına yaxınlaşaraq avtomobilin duracaqdan buraxılmasını tələb etmiş, əks halda özünü yandıracağını bildirmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələblərini əməl etməsi bildirilsə də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. O, məhkəmədən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə 23.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Araz Marketin qarşısında idarə etdiyi Mercedes Benz 190 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxla işarəsi verildi və o, avtomobili kənara verib saxlamışdır. Ona avtoxuliqanlıq etdiyi bildirilmiş, o isə protokol tərtib olunmasını tələb etsə də, ona protokol tərtib olunmamış, avtomobili isə duracağa aparılmışdır. O, qaynar xəttə dəfələrlə yığaraq intihar edəcəyini bildirmiş, benzinlə özünü yandırmaq qərarına gəlmişdir. Hazırda əməlindən peşmandır, bu səbəbdən barəsində həbslə bağlı olmayan cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X4 hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq şəxs barəsində həbslə bağlı olmayan cəza tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən 22.50 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ərazisində Mercedes Benz 190 markalı ** CB *** dövlət qeydiyyat nişanlıavtomobili ilə qəflətən nəqliyyat vasitəsini sürətləndirməklə təkər səsləri və təkər izləri buraxılmasına səbəb olan hərəkətlər edərək, asvalt örtüyündə yığılmış su gölməçəsinə salaraq avtomobili sürüşdürmüş, polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmiş, o, idarə etdiyi maşını saxlayan zamanı avtomobilin işıq cihazlarının nasaz olduğu aşkar edilmiş və avtomobil mühafizə olunan duracağa aparılmışdır. Hadisədən təxminən bir saat sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs DİN-nin 102 xidmətinə zəng edərək özünü yandıracağı barədə məlumat vermiş, əlində benzin olan butulka ilə polis əməkdaşlarına yaxınlaşaraq avtomobilin duracaqdan buraxılmasını tələb etmiş, əks halda özünü yandıracağını bildirmişdir. Həmin şəxsi dəfələrlə qanuni tələblərini əməl etməsi bildirilsə də, şəxs öz qanunsuz əməllərini davam etdirmiş, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri etiraf etməsini, əməlindən peşman olması, il ərzində ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 5 saata görə 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx" ASCnin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ**********00********.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4760/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4760/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver