Məhkəmə qərarları › İş №3(001)-4766/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4766/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4766/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, «xxxxxxxxxxxx» MMC-nin direktoru X1 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, müəyyən etdim: «xxxxxxxxxxxx» MMC-nin direktoru X2 məhkəməyə müraciət edərək, barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, qeyd olunan şikayət üzrə toplanmış material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallından müəyyən olunmuşdur ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən başlanmış inzibati xəta haqqında icraat üzrə «xxxxxxxxxxxx» MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. «xxxxxxxxxxxx» MMCnin direktoru X2 inzibati qaydada məsuliyyətə cəlb edildiyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazı olduğundan «xxxxxxxxxxxx» MMC-nin yerləşdiyi yer üzrə məhkəməyə şikayətlə müraciət etmişdir. İşə əlavə edilmiş materiallardan müəyyən edilmişdir ki, «xxxxxxxxxxxx» MMC-nin hüquqi ünvanı ünvan 1 yerləşir. Məhkəmənin portal çıxarışından isə müəyyən edilmişdir ki, «xxxxxxxxxxxx» MMC-nin direktoru X2 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, Korp-A, Giriş 2, 45/133 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu da onu göstərir ki, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından həm fiziki şəxsin, həm də hüquqi şəxsin şikayət vermək hüququnu təsbit etmiş, bunun qaydasını isə fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etmişdir. Bu da onu göstərir ki, fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayəti yalnız yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verə bilər. İş materiallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar «xxxxxxxxxxxx» MMC-nin direktoru X2 barəsində tərtib edildiyindən və sonuncunun yaşayış yeri Bakı şəhəri Yasamal rayonu ərazisi olduğundan qeyd edilən şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkməsində baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1 və 131.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olubolmaması həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, «xxxxxxxxxxxx» MMC-nin direktoru X1 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 129 və 132-ci maddələrini rəhbər tutaraq, qərara aldım: «xxxxxxxxxxxx» MMC-nin direktoru X1 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar