Məhkəmə qərarları › İş №3(001)-4766/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4766/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4766/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi YPX İnzibati qrup tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi YPX İnzibati qrupunun xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il səhər saatlarında ** XE *** dövlət qeydiyyat nişanlı JEEP GRAND CHEROKEE markalı minik avtomobili ilə Quba şəhəri, Fətəli xan küçəsi ilə hərəkət etmişdir. Bu zaman foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə onun istifadəsində olan ** XE *** dövlət qeydiyyat nişanlı JEEP GRAND CHEROKEE markalı minik avtomobilinin fototoşəkillərini çəkmişdir. Bunun nəticəsində də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyinə dair EQ 22758681 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta törədilməsi barədə protokol tərtib edilmişdir. Bu protokola əsasən inzibati tənbeh vermə barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Bu qərara əsasən ona 100 manat miqdarında cərimə yazılmışdır. Bu protokol ona elektron olaraq göndərilmişdir. Protokolla yanaşı idarə etdiyi maşının foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə çəkilmiş şəkilləri də ona elektron olaraq göndərilmişdir. Qəbul edilən bu qərar və yazılan cərimə isə tamamilə qanunsuz və əsassızdır. Ona İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmuşdur. Onun hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu iddia edilir. Lakin o, bu sadalanan əməllərdən heç birini etməmişdir. Çünki onun hərəkət etdiyi Quba şəhəri, Fətəli xan küçəsində heç bir yola ayırıcı nişan yox idi. əks istiqamətli hərəkət zolağı ilə hərəkət etdiyi istiqamətdəki hərəkət zolağı heç bir xəttlə ayrılmamışdır. O, hərəkət zolaqları, yol hərəkət nişanlarına uyğun hərəkət etmişdir. Lakin yerdə olan nişanların yanlış olması və ya ümumiyyətlə olmaması onun səhvi deyildir. Bu səbəbdən bu əməl ümumiyyətlə inzibati xəta əməli kimi dəyərləndirilməməlidir. Qeyd olunan maddədə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozma ifadəsindən və maddənin məğzindən də görünür ki, bu maddə yanlış yol hərəkəti nişanları və yerdəki hərəkət zolaqlarına uyğun olmayaraq hərəkət etdikdə tətbiq oluna bilər. Lakin o, yol hərəkət nişanları və hərəkət zolaqlarına uyğun olmayan heç bir xəta etməmişdir. Onun barəsində protokol hərəkət etdiyi yolda ümumiyyətlə hərəkət zolağı və xəttlər olmadığına görə tərtib olunmuşdur. Bu isə tamamilə yanlışdır. Hərəkət etdiyi istiqamətdə heç bir göstərici xətt olmadığından o, hərəkəti zamanı əks istiqamətli yola keçib-keçmədiyini bilə bilməzdi. Ümumiyyətlə, əks istiqamətli yolu göstərən hər hansısa bir nişan olmadığı üçün onun əks istiqamətli yola qanunsuz olaraq keçdiyi barədə olan ittihamlar da tamamilə qanunsuzdur. O, tamamilə yol hərəkət nişanlarına uyğun olaraq hərəkət etdiyi üçün heç bir inzibati xəta əməli törətməmişdir. Onun sözügedən inzibati xəta əməlini törətməsinə dair sübutlar-şəkillər də ona elektron olaraq göndərilmişdir. Bu şəkillərdən də açıq-aşkar görmək olar ki, yerdə heç bir ayırıcı xətt, nişan yoxdur. Həmçinin qeyd edir ki, sözügedən protokol və qərarın surəti ona təqdim edilməmişdir. Bundan başqa bu qərarın surətinin onun tərəfindən də əldə edilməsi mümkün olmamışdır. Qərarı qəbul edən orqan - YPX ona bu qərarın surətini təqdim etməmişdir. Bütün sənəd və sübutlar ona elektron olaraq göndərilmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs AR DİN Baş X7 İdarəsinə və şikayət vermiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, şikayət vermiş şəxsə və Baş X7 İdarəsinin nümayəndəsinə “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatdırılmasına baxmayaraq, şikayət vermiş şəxs X4 və Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin çıxarışından görünür ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozduğuna görə 100 manat məbləğində cərimlənmişdir. Fotoşəkillərdən görünür ki, “JEEP GRAND CHEROKEE” minik markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman əks yola çıxaraq ötmə əməliyyatı etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən şikayət ərizəsinə əlavə edilmiş fotoşəkillərdə də, X2 idarə etdiyi ** XE *** dövlət qeydiyyat nişanlı JEEP GRAND CHEROKEE markalı minik markalı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkət etməsi, bu zaman əks istiqamətli hərəkət zolağında digər nəqliyyat vasitəsinin hərəkət etməsi əks edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X2 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi YPX İnzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22758681 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar