Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-477/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, məhəllə 32/45 ünvanında xx.xx.2023-cü il tarixdə “1inci tantuni köftə dönər pizza” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilərək və müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Şəxs məktub ünvanlayaraq qanun pozuntusunun aradan qaldırılması üçün icrası məcburi olan göstəriş ünvanlayaraq, 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmağına baxmayaraq, göstərişə riayət olunmamışdır. Bu səbəbdən, Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən vəzifəli şəxs Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən ünvan 3əşən “1inci tantuni köftə dönər pizza” adlı obyekt fəaliyyətini dayandırmışdır. Həmçinin, onunla sözügedən obyektin işçiləri arasında bağlanmış əmək müqavilələrinə də xx.xx.2023-cü ildə xitam verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qanun pozuntusunun aradan qaldırılması üçün icrası məcburi olan göstərişdən məlumatı olmamış, belə bir sənəd onların ünvanlarına çatdırılmamışdır. Bu səbəbdən, qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 08 fevral 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Şəxs arəsində İXM-in 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsasızdır. Belə ki, müdafiəçis olduğu şəxsin göstərilən obyektlə ümumiyyətlə heç bir bağlılığı yoxdur. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş həmin obyektə məxsus şəkillər isə hazırki iş üzrə sübut növündə qəbul edilə bilməz, belə ki, həmin şəkillərin nə vaxt çəkilməsi, şəkillərin çəkilən zaman həqiqətən Şəxs orada fəaliyyət göstərməsini sübut etmək mümkün deyil. Şəxs ünvan 1 ünvanında yerləşən “1inci tantuni köftə dönər pizza” adlı obyektlə heç bir bağlılığının olmadığını təsdiq edən frdi sahibkar kimi ona məxsus olan “Vöen” lə bağlı sənədlərin məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 15 fevral 2023-cü il tarixli iclasında Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuş yazılı etirazın dəlillərini müdafiə edərək bildirmişdir ki, şəxsin təqsirini sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür, bu səbəbdən həmin sübut məhz onlar tərəfindən məhkəməyə təqdim edilməlidir. Hazırki vəziyyətdə isə Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən “1inci tantuni köftə dönər pizza” adlı obyektin Şəxs məxsus olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin 15 fevral 2023-cü il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Polad Səbizov çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi sahibkar kimi fəaliyyət göstərib-göstərməməsi, eyni zamanda nə vaxta kimi fəaliyyət göstərməsinin müəyyənləşdirilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə sorğu verilməsini xahiş etmişdir. Eyni zamanda məhkəməyə inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərin çəkilməsi vaxtlarını əks etdirən fotoşəkilləri təqdim edərək bildirmişdir ki, göründüyü kimi həmin fotoşəkillər 18 yanvar 2023-cü il tarixdə saat 14:37, saat 14:38 radələrində çəkilmişdir. Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Polad Səbizov tərəfindən verilmiş şifahi vəsatət təmin edilmiş və Şəxs məxsus VÖEN-in hansı müddət ərzində aktiv olması, hazırda fəaliyyətini dayandırıb-dayandırmaması, müsbət halda hansı tarixdən dayandırması, həmçinin həmin VÖEN-inhansı ictimai iaşə obyekti ilə bağlı olması barədə məlumat əldə edilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə sorğu verilmişdir. Məhkəmənin 22 fevral 2023-cü il tarixli iclasında Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 çıxış edərək Şəxs ünvan 1 ünvanında yerləşən “1inci tantuni köftə dönər pizza” adlı obyektdə fəaliyyət göstərsə belə, X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilən zaman “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun və “Açıq Məkanda reklam Yerləşdirilməsinə İcazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydaları”nın tələblərinə riayət olunmadığını, belə ki, müvafiq qanun pozuntularının aradan qaldırılması məqsədi ilə icrası məcburi olan göstərişin Şəxs təqdim edilmədiyini bildirmişdir. Məhkəmənin 22 fevral 2023-cü il tarixli iclasında Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Polad Səbizov çıxış edərək onlar tərəfindən “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun və “Açıq Məkanda reklam Yerləşdirilməsinə İcazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydaları” nın tələblərinə riayət olunduğunu, müvafiq qanun pozuntularının aradan qaldırılması məqsədi ilə icrası məcburi olan göstərişin ünvan 1 ünvanında yerləşən “1inci tantuni köftə dönər pizza” adlı obyektə çatdırılmasını, “Şükürov” adlı şəxs tərəfindən qəbul edildiyini və həmin çatdırılmanı təsdiq edən xəbərnamənin də inzibati xəta haqqında iş üzrə materiala əlavə edildiyini bildirmişdir. Məhkəmənin 22 fevral 2023-cü il tarixli iclasında Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 “1inci tantuni köftə dönər pizza” adlı obyektdə “Şükürov” adlı şəxsin işləmədiyini, Şəxs ilə işəgötürən kimi “Şükürov” soyadlı şəxs arasında əmək müqaviləsinin imzalanmadığını, “Şükürov” soyadlı şəxsin kim olması barədə onlarda heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmənin 22 fevral 2023-cü il tarixli iclasında Polad Səbizov çıxış edərək bildirmişdir ki, icrası məcburi olan göstəriş Şəxs çatdırılmışdır, bunu təsdiq edən xəbərnamə iş materiallarında mövcuddur. Müdafiəçinin göstərdiyi ziddiyyətli hala aydınlaşdırılması məqsədi ilə həmin göstərişi çatdıran poçt kuryerinin məhkəmə iclasında şahid kimi iştirakının təmin edilməsini və izahatının alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Polad Səbizov tərəfindən verilmiş şifahi vəsatət təmin edilmiş, X1 məhkəmə iclasında şahid kimi izahatının alınması məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Məhkəmənin 27 fevral 2023-cü il tarixli iclasında Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 məhkəməyə “Vergilər Nazirliyi” tərəfindən təqdim edilmiş arayışı və əmək müqavilələrinə xitam verilməsi barədə əmrləri təqdim edərək bildirmişdir ki, həmin arayışdan da görünür ki, Şəxs “1inci tantuni köftə dönər pizza” adlı obyektdə 19 yanvar 2023-cü il tarixdə fəaliyyətini dayandırmışdır, eyni zamanda o 17 yanvar 2023-cü il tarixdə həmin “Dönərxana” da fəaliyyət göstərən işçilərlə əmək müqavilələrinə xitam vermişdir. Şəxs həmin obyektdə fəaliyyət göstərən işçilərlə əmək müqaviləsinə xitam verdiyi halda 18 yanvar 2023-cü il tarixdə həmin obyektin işçilərsiz fəaliyyət göstərməsi mümkün deyil. Eyni zamanda məhkəməyə dəftərxana vasitəsi ilə daxil olmuş sorğuya cavabla tanış olaraq, həmin sorğuya cavabda verilən məlumatın dəqiq olmadığını, Şəxs fəaliyyətini 19 yanvar 2023-cü il tarixdən dayandırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 həqiqətən “Region Ekspress” sürətli poçt daşımalarında işləməsinin təsdiq edilmədiyini, həmin xəbərnamədə kuryerin imzasının görünmədiyini, X1 onun tərəfindən verilmiş suallara cavab olaraq həmin icrası məcburi olan göstərişi hansı ünvan və kimə təqdim etməsinə düzgün cavab vermədiyini bildirərək şahidin izahatının sübut qismində qəbul edilməməsini xahiş etmiş, məhkəmədə inzibati xəta haqqınd protokola baxılan zaman araşdırılan bütün məsələlərin nəzərə alınmasını, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 27 fevral 2023-cü il tarixli iclasında Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə1 çıxış edərək tərəflərindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs təqsirinin tam olaraq sübuta yetirilməsini, müdafiəçi tərəfindən təqdim edilən arayışda Şəxs fəaliyyətinin 19 yanvar 2023-cü il tarixdə dayandırdığının göstərilməsini, şəxsin barəsində isə inzibati xəta haqqında protokolun 18 yanvar 2023-cü il tarixdə tərtib edildiyini bildirirək, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 27 fevral 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, Azərbaycan Respublikasının X3 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs ünvanlanmış məktubu ünvan 3əşən “1inci tantuni köftə dönər pizza” adlı obyektdə tanımadığı şəxsə təhvil vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, məhəllə 32/45 ünvanında “1inci tantuni köftə dönər pizza” adlı obyktin üzərində müvafiq icazə olmadan yayımlanmış 20 ədəd 14 kv.m ölçüdə reklam (reklam daşıyıcısı) aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Şəxs icrası məcburi olan göstərişi aldığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** nömrəli VÖEN almışdır. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, məhəllə 32/45 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 14:40-da “1inci tantuni köftə dönər pizza” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs (VÖEN **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək dayandırılmışdır. Şəxs təsərrüfat subyektləri barədə məlumatlar təqdim olunmur. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində xadimə vəzifəsində işləyən Zərqələm Qarayeva ilə bağlanılmış 3UPMZXJ000600 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində aşpaz vəzifəsində işləyən Gültac Hüseynova ilə bağlanılmış 62CMH88000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində xadimə vəzifəsində işləyən Kənan Mösümlü ilə bağlanılmış 614UBF8001100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində aşpaz vəzifəsində işləyən Nemrud Paşayev ilə bağlanılmış 1PGQBUK000700 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində ofisiant vəzifəsində işləyən Aysun Nəcəfova ilə bağlanılmış 6YJBVA4000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində aşpaz vəzifəsində işləyən Lalə Əliquliyeva ilə bağlanılmış 17RLY9V000800 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 02 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində ofisiant vəzifəsində işləyən Aygün Talıbova ilə bağlanılmış 1HF9ZKR000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 01 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, “Dönərxana” bölməsində ofisiant vəzifəsində işləyən Leyla Məmmədova ilə bağlanılmış 2YYYZKM000800 nömrəli əmək müqaviləsinə, AR ƏM-in 68.2-ci maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Məhkəmə iclasında Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, məhəllə 32/45 ünvanında xx.xx.2023-cü il tarixdə “1inci tantuni köftə dönər pizza” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsiri iş materiallarına əlavə edilmiş müvafiq akt və fotoşəkillər, icrası məcburi olan göstəriş, həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktub ilə sübuta yetirilir. Belə ki, Şəxs Bakı şəhər Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qanun pozuntusunun aradan qaldırılması üçün icrası məcburi olan göstəriş ünvanlanaraq, 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı şəhəri Reklam İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuşdur. Həmin icrası məcburi olan göstəriş 12 yanvar 2023-ü il tarixdə “Şükürov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, göstərişə riayət olunmamış və müvafiq icazə alınmadan reklam yayımı davam etdirilmişdir. Beləliklə, Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olmasına dair gətirdiyi dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdə həmin şəkillərin nə vaxt çəkilməsinin müəyyən edilmədiyini və bu səbəbdən sübut qismində qəbul edilməməsini bildirmişdir. X3 tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə sübut olunur ki, həmin fotoşəkillər 18 yanvar 2023-cü il tarixdə saat 14:37 və 14:38 radələrində , yəni inzibati xəta haqqında protokol tərtib edilən zaman çəkilmişdir. Şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 icrası məcburi olan göstərişin onlar tərəfindən qəbul edilmədiyini, “Şükürov” soyadlı şəxsin kim olması barədə onlarda məlumatın olmadığını bildirmişdir. İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.3-cü sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-nin 57.5-ci maddəsinə əsasən bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. İXM-in 57-ci maddəsinin tələblərindən göründüyü kimi, həmin icrası məcburi olan göstəriş “Şükürov” soyadlı şəxs tərəfindən ünvan sahibinin yəni Şəxs əvzinə qəbul edilmiş və bu barədə xəbərnamədə qeyd aparılmış, o həmin göstərişi imzalamışdır. Göstərilən hal eyni zamanda məhkəmə iclası zamanı şahid qismində izahatı alınmış X1 izahatı ilə təsdiq edilmişdir. Odur ki, həmin icrası məcburi olan göstəriş Şəxs tərəfindən qəbul edilmiş hesab olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi məhkəmə iclasında işçilərlə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilələrinə xitam verilməsi barədə əmrləri təqdim edərək, xx.xx.2023-cü il tarixdən obyektin fəaliyyətini dayandırdığını, Şəxs ünvan 1 ünvanında yerləşən “1inci tantuni köftə dönər pizza” adlı obyektdə 19 yanvar 2023-cü il tarixdə fəaliyyətini dayandırmasını əsas gətirsə də, Şəxs tərəfindən işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi həmin obyektin fəaliyyətinin dayandırılması kimi qiymətləndirilə bilməz. Beləliklə, Şəxs tərəfindən 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş sənədlərlə tam sübuta yetirildiyindən, Şəxs həmin maddənin sanksiyası həddində vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, “Reklam Haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.8-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə şəxs barəsində məsuliyyəti nəzərdə tutmuşdur. Toplanmış iş materiallarından Şəxs tərəfindən ünvan 3əşən “1inci tantuni köftə dönər pizza” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmədə Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin faktiki halları ilə öz təsdiqini taparaq sübuta yetirildiyindən məhkəmə, Şəxs İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-477/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-477/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver