Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4771/2024 26.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə1, hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1 və 492.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.1 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi bəyan edilən maldan götürülmüş prob və nümunələrdən Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, "Zəngəzur" restoranının arxasında yerləşən anbarda saxlanılmalı olan yüklərin istifadə olunub-olunmaması barədə Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən təqdim olunan məktuba əsasən, həmin anbara baxış keçirilmişdir. Baxış zamanı **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərin anbarda olduğu, lakin AA750840 saylı stikerin olmadığı, gömrük təminatı altında saxlanılmadığı və yükdən istifadə edildiyi faktı qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli aktla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, "Zəngəzur" restoranının arxasında yerləşən anbara həyata keçirilən baxış zamanı "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "şüşə və keramika üçün rəqəmsal printer “Vitro Jet" adlı malın anbarda olduğu, lakin istifadə edildiyi, təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı aşkar edilmişdir. Aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsinin əməkdaşı və "xxxx" MMC-nin müavini tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "şüşə ve keramika üçün rəqəmsal printer Vitro Jet" adlı yükün ümumi gömrük dəyəri barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/014503 nömrəli xx.xx.2024-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/017630 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilmiş yükün dəyərinin 474046.30 AZN olduğu müəyyən edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük nəzarəti altında olan mallardan istifadə edildiyi və anbara vurulmuş gömrük təminatının pozulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi "Zəngəzur" restoranının arxasında yerləşən anbara xx.xx.2024-cü il tarixdə təkrar baxış keçirilmişdir. Baxış zamanı "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "Şüşə və keramika üçün rəqəmsal printer Vitro Jet" adlı malın anbarda olduğu, lakin istifadə edildiyi, təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı aşkar edilmişdir. Aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin əməkdaşları və "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malın ümumi dəyəri 474046.30 AZN təşkil edir. Buna görə də "xxxx" MMC barəsində İXM-in 491.1 və 492.1-ci maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə1 izahat verərək bildirmişdir ki, 2007-ci ildə Bakı şəhərinə gələrək şüşə istehsalı ilə məşğul olmağa başlamış və daha sonra hüquqi şəxs yaradaraq sahibkarlıqla məşğul olur. 2015-2016-cı illərdən banklardan kreditlər götürərək şirkətinə avadanlıqlar almışdır. Hal-hazırda 28 nəfər işçisinin olduğunu, hazırki iş üzrə olan avadanlığı İspaniyadan alıb gətirdiyini bildirmişdir. Bu avadanlıq vasitəsilə şüşənin üzərinə rəngli şəkillər çəkmək mümkün olduğunu bildirmişdir. Bu avadanlığın alınması üçün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə 5 faizlə Kapital Bankdan 340000 manat kredit alaraq bu avadanlığı əldə etmişlər. 248500 yevro satış qiyməti olduğunu və həmin avadanlığın çatdırılması üçün də ödənişlər etdiyini bildirmişdir. Həmin avadanlıq gətirən şirkət avadanlıq Belarusiyada olan zaman ondan gömrük kodu istədiyi üçün o, həmin gömrük kodunu göndərmişdir. Lakin avadanlıq Bakıya çatanda müəyyən edilmişdir ki, Belarusiyada həmin kod sənədlərə qeyd edilməmişdir. 86000 manat ƏDV ödəmiş, daha sonra gömrükdə ondan 5 faiz də əlavə rüsum ödənilməsini tələb etmişlər. Həmin avadanlığı satmaq üçün gətirmədiyi halda ƏDV ödəmişdir. Kod yazılmaması ilə əlaqədar həmin 5 faiz ödənilməsi tələb edildiyi, bu səbəbdən də həmin 5 faiz ödənişi etməyəcəyini gömrük əməkdaşlarına bildirmişdir. Buna görə də ona öhdəliyə imza etdirərək kodla bağlı məsələnin araşdırılması üçün ekspertiza təyin ediləcəyini, ekspertiza rəyinə əsasən həmin 5 faiz rüsumun ödənilməli olması müəyyən ediləcəyi təqdirdə həmin ödənişi etməsi ona bildirilmişdir. O da həmin 5 faiz ödənişi etməyəcəyini bir daha bildirmişdir. Belə ki, bütün başqa xarici ölkələrdə bu avadanlığa görə rüsum ödənilmədiyi üçün həmin ödənişi etməkdən imtina edərək məhkəmə qərarı olduğu təqdirdə həmin ödənişi edəcəyini gömrük əməkdaşlarına bildirmişdir. Həmin malın gömrük rəsmiləşdirilməsində şəxsən özü iştirak etmişdir. Daha sonra avadanlığı anbarına aparan zaman gömrük inspektoru onunla gəlmək istəməmiş, o da buna etiraz etməmişdir. Belə ki, yük gömrükdən çıxdıqdan sonra malı anbara gətirərkən gömrük əməkdaşları hər dəfəsində yükü müşayiət etdikdən sonra geri qayıtmaq üçün ondan taksi pulu istəmişlər. Buna görə də gömrük əməkdaşı, yolda avadanlığa baxış keçirməsi təklifini qəbul etmişdir. Bundan sonra gömrük işçisi gəlməmiş və avadanlıq şəxsən özünün müşayəti ilə anbara aparılaraq boşaldılmışdır. Bundan sonra dəfələrlə gömrük eksperti ilə əlaqə saxlayaraq avadanlığa baxış keçirməsini tələb etməsinə baxmayaraq ekspert müxtəlif bəhanələrlə gəlməyərək vaxtı uzatmışdır. 15 sentyabr 2023cü il tarixdə ekspert kodu təsdiq edərək 5 faiz ödəniş edilməli olması barədə rəy vermişdir. Bu səbəbdən Gömrük Komitəsinin Təhqiqat Şöbəsinə gedərək 5 faiz ödənişi etməyəcəyi ilə bağlı məhkəməyə şikayət edəcəyini bildirmişdir. Daha sonra orda rəhbər şəxslərdən Elçin adlı şəxslə görüşmüş və ona məhkəməyə şikayət etmək üçün tələsməməsini və təkrar ekspertiza təyin ediləcəyini ona bildirmişdir. Vəsatəti əsasında 2-ci dəfə ekspertiza təyin edilmiş, ekspertiza keçirilərkən eksperti anbara dəvət edərək avadanlığıa baxmasını və həmin avadanlığın 5 faiz rüsuma cəlb edilməməli olmasını ona bildirmişdir. 2-ci ekspertin də onu başa düşməyəcəyini anladığından təhqiqatçı Səbahət adlı xanımın yanına getmişdir. Ona ekspertizanın keçirlməsi üçün qərarın Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilməsi bildirildiyindən bununla razılaşmışdır. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən 2-3 ay ərzində heç bir cavab verilməmiş, özü həmin ekspertiza ilə əlaqə saxlamış, ekspert ona, kod ilə bağlı müraciət edilmədiyini, avadanlığın qiyməti barədə müraciət edildiyi ona bildirilmişdir. 2023-cü il başa çatmış, yeni ilə keçdikdən sonra təhqiqatçı ilə əlaqə saxlamış, ondan 5 faiz ödənilməsi tələb edilmişdir. Daha sonra gömrük orqanında aparılan araşdırma zamanı müstəntiqin ondan avadanlığın gömrük təminatına alınıb alınmaması barədə soruşduqda o da müstəntiqə alınmadığını bildirmiş, lakin heç bir nəticə olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, avadanlıq gömrükdə olduğu zaman gömrük əməkdaşları tərəfindən avadanlığa baxış keçirilmişdir. Gömrük tərəfindən avadanlıq plomblanmadığını, stiker vurulmadığını və malın gömrük təminatına alınmadığını, sadəcə ondan malın anbardan buraxılmaması və satılmaması barədə öhdəlik alındığını, onun da malı anbardan kənara buraxmadığını və satmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq AA750840 nömrəli stikerin avadanlığa vurulmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə bildirmişdir ki, BBGİ-nin İpək Yolu gömrük postunun inspektoru Cəngavər Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın saxtadır, onun ümumiyyətlə fəaliyyət göstərdiyi dövrdə “Əliyev Firəddin” adlı nə anbardar nə də başqa işçisi olmamışdır. Belə ki, həmin malı anbara apararkən heç bir gömrük əməkdaşı gəlməmiş, həmin avadanlıq özünün müşayəti ilə onun anbarına aparılmış, həmin avadanlıq gömrük təminatına alınmamış, həmin yükün gömrük təminatına alınması ilə əlaqədar hər hansı akt tərtib edilməmiş və hər hansı stiker vurulmamışdır. 2024-cü il tarixdən etibarən istintaqa dəfələrlə gedib gəldiyini, müstəntiq tərəfindən ondan malın gömrük təminatına alınması barədə sual verildiyini, belə bir şeyin olmadığını müstəntiqə də bildirmişdir. Daha sonra bu ilin aprel ayında ona zəng gəlmiş, zəng edən şəxsin həmin mal ilə birlikdə anbara getməli olan gömrük inspektoru Cəngəvar Abbasov olduğunu, mal ilə birlikdə anbara getmədiyi və akt tərtib etmədiyi üçün onu işdən çıxaracaqlarını, buna görə də ona köməklik etməsini xahiş etdiyini bildirmişdir. O isə cavabında onunla hər hansı bir probleminin olmadığını, onun gətirdiyi mala əlavə rüsum tələb edildiyi üçün mübahsiəsinin gömrük oranı ilə olduğunu bildirmiş və özü gömrük orqanına gedə bilmədiyi üçün işçisini göndərmiş və malın anbara boşaldılması üçün sənədlərə imza etməsini içmisinə tapşırmışdır. Həmçinin Şəxsndə yarandığı 2013-cü ildən etibarən bu günədək bütün işçilər rəsmi qaydada əmək müqaviləsi bağlanaraq işə götürüldüyünü, qeyri-rəsmi qaydada heç bir işçisinin olmadığını, Əliyev Firəddin adlı əməkdaş (anbardar) ümumiyyətlə onun direktoru olduğu cəmiyyətdə işləmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 yazılı izahat təqdim etmişdir. Yazılı izahat onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən İspaniya Respublikasında fəaliyyət göstərən "TECGLASS” şirkətindən 1 ədəd "Vitro Jet 14" markalı şüşə və keramika üçün rəqəmsal printer alınmış və Azərbaycan Respublikasına idxal edilmişdir. Həmin yük xx.xx.2023-cü il tarixdə tərtib olunmuş **********6337 nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmişdir. Gömrük bəyannaməsi ilə bəyan olunmuş mal gömrük əməkdaşı tərəfindən "bəyannamənin tipi" adlanan 1-ci qrafasında İD 40 qeydiyyatı aparılmaqla idxal olunmuş mala sərbəst dövriyyə üçün buraxılş verilmişdir. "xxxx" MMC tərəfindən alınmış mal cəmiyyətin anbarına gətrilmişdir. İdxal olunmuş mala gömrük rüsumunun ödənilməsi ilə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsi ilə "xxxx" MMC arasında mübahisə yaranmışdır. Yaranmış mübahisə ilə əlaqədar olaraq "xxxx" MMC-nin direktoru Nümayəndə1 tərəfindən 07. 09. 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər YGB-də düzəliş edilməsi barədə öhdəlik götrmüşdür. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş öhdəlikdə qeyd olunmuşdur ki, mən **********6337 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş mallardan götrülmüş prob və nümunələrdən Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər malların anbardan buraxılmasına və satışına icazə verməyəcəyimi, rüsum dərəcələri dəyişildiyi zaman yaranan fərqi tam ödəməyi bu öhdəliklə öhdəmə götürürəm. Üzərimə götürdüyüm öhdəliklərə əməl olunmamasına görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən cavabdehlik daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyət daşıdığım barədə xəbərdar edildim. İspaniya Respublikasında fəaliyyət göstərən "TECGLASS" şirkətindən alınmış 1 ədəd şüşə və keramika üçün rəqəmsal printerin alıcı "xxxx" MMC-nə sərbəst dövriyyə üçün buraxılşa verilməsi ilə əlaqədar olaraq Gömrük orqanı tərəfindən malın istifadə olunması və ya işlədilməsinə dair hər hansı bir məhdudiyyət və ya qadağa qoyulmamışdır. "xxxx" MMC tərəfindən idxal olunmuş şüşə və keramika üçün rəqəmsal printerin gömrük rüsumunun ödənilməsinə dair Bakı Baş Gömrük İdarəsinin tələblərinin yerinə yetrilmədiyindən materiallar araşdırılması üçün Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə göndərilmişdir. Həmin şöbə tərəfindən araşdırma aparılmış, 20 fevral 2024-cü il tarixli qərarla aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 25 iyul 2024-cü il tarixdə əməldə cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən material üzrə araşıdrma aparıldığı müddətdə 17. 04. 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsi tərəfindən akt tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, **********6337 nömrəli gömrük bəyannaməsində qeyd olunan 1 ədəd şüşə və keramika üçün rəqəmsal printer yükü öhdəlik əsasında "xxxx" MMC-nin anbarına yerləşdirilmiş və üzərinə AA 750840 saylı stiker vurmaqla gömrük təminatına alınmışdır. Yükə baxış keçrilən zaman bəyannamədə qeyd olunan Biunəqədi rayonu, Binəqədi şossesi ünvanda yerləşən anbarda olduq lakin AA 750840 saylı stikerin olmadığı, yükün istifadə edildiyi aşkar olunmuşdur və bununla bağlı akt tərtib olunmuşdur. Həmçinin 23. 07. 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, 05.
09. 2023-cü il tarixli, **********6337 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 1 ədəd şüşə və keramika üçün rəqəmsal printer "Vitro Jet 14" malına baxış zamanı bəyannamədə qeyd olunan malın anbarda olduğu, lakin istifadə edildiyi, üzərində gömrük təminatının olmadığı aşkar edildi. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən 01 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında 00100-02005/24 nömrəli protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola görə "xxxx" MMC tərəfindən AR İXMnin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. "xxxx" MMC AR İXM-nin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı Baş Gömrük İdarəsininin istinad etdiyi hallar əsassızdır. Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsi tərəfindən tərtib edilmiş aktda "xxxx" MMC-nin anbarına yerləşdirilmiş 1 ədəd şüşə və keramika üçün rəqəmsal printer yükün üzərinə AA 750840 saylı stiker vurmaqla gömrük təminatına alınmasına dair iddiaları uydurmadır və həqiqəti əks etdirmir. "xxxx" MMC tərəfindən idxal olunmuş 1 ədəd şüşə və keramika üçün rəqəmsal printer yükün üzərinə qeyd olunan AA 750840 saylı stiker vurulmamışdır. Əgər 1 ədəd şüşə və keramika üçün rəqəmsal printer yükün üzərinə AA 750840 saylı stiker vurulmuş olsaydı bu barədə akt və ya protokol tərtib olunmalı, tərtib olunmuş aktda və ya protokolda stikerin seriyası, nömrəsi yazılmalı və Cəmiyyətin direktoruna imzalatmaqla xəbərdarlıq edilməlidir. Cəmiyyətin direktoru tərəfindən yuxarıda qeyd olunan xx.xx.2023cü il tarixli Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər YGBdə düzəliş edilməsi barədə öhdəlik tərtib olunmuş və həmin öhdəlik direktor tərəfindən imzalanmışdır. Şəxs MMC tərəfindən idxal olunmuş 1 ədəd "Vitro Jet 14" markalı şüşə və keramika üçün rəqəmsal printer xx.xx.2023-cü il tarixdə, **********6337 nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsinə bəyan edildikdən sonra mal gömrük təminatına alınmamış, gömrük əməkdaşı tərəfindən "bəyannamənin tipi" adlanan 1-ci qrafasında İD 40 qeydiyyatı aparılmaqla mala sərbəst dövriyyə üçün buraxılş verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014 il tarixli, 100/143 sərəncamı ilə təsdiq edilmişdir. Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının ixrac olunan mallar üçün gömrük bəyannaməsinin doldurulması qaydalarından bəhs olunan 2-ci bəndinin qrafa 1- aid “Bǝyanamənin tipi” adlanan bölməsində qeyd olunmuşdur ki, qrafanın birinci yarım bölməsində malların keçirilmə istiqaməti – “İX” göstərilir. Qrafanın ikinci yarımbölməsində malların gömrük sərhəddindən keçirilmə proseduraları təsnifatına uyğun olaraq gömrük prosedurunun iki rəqəmli kodu göstərilir (bu Metodikanın 2 saylı əlavəsi). Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasına 2 saylı əlavənin 4-cü qrafasından göründüyü kimi idxal olunmuş malların Sərbəst dövriyyə üçün buraxılış kodu 40-dır. "xxxx" MMC tərəfindən İspaniya Respublikasında fəaliyyət göstərən "TECGLASS" şirkətindən idxal etdiyi 1 ədəd "Vitro Jet 14" markalı şüşə və keramika üçün rəqəmsal printer Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş, gömrük əməkdaşı tərəfindən "bəyannamənin tipi" adlanan 1-ci qrafasında İD 40 qeydiyyatı aparılmaqla, sərbəst dövriyyə üçün buraxılış verilmişdir. Azərbaycan Respublikası Gömrük Məcələsinin 1.0.47-ci maddəsinə görə sərbəst dövriyyə üçün buraxılış-qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük prosedurudur. "xxxx" MMC tarafindan idxal edilmiş 1 adǝd "Vitro Jet 14" markalı şüşə və keramika üçün rəqəmsal printerin gömrük təminatına alınması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 205 və 206-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli 253 nömrəli qərarı ilə təsdiq edilmiş 31 oktyabr 2012-ci il tarixli 253 nömrəli qərar ilə təsdiq edilmiş "Mallara gömrük təminatının vurulması Qaydaları"nın təsdiq edilməsi haqqında Əsasnamə ilə müəyən olunmuş əsaslara uyğun həyata keçrilməlidir. Gömrük Məcəlləsinin 205.1-ci maddəsinə görə gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər. Gömrük Məcəlləsinin 205.2-ci maddəsinə görə bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar göstərilməlidir. İnzibati xəta haqqında iş materiallarına Bakı Baş Gömrük İdarəsi tərəfindən Gömrük Məcəlləsinin 205.2-ci maddəsi ilə müəyən olunan qaydalarda gömrük orqanının vəzifəli şəxsləri tərəfindən mala gömrük təminatının vurulmasının, dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi halların göstərilməsinə dair sübut əlavə olunmamışdır. İnzibati işin materiallarına əlavə olunmuş sənədlərlə sübut olunur ki, "xxxx" MMC tərəfindən idxal edilmiş 1 ədəd "Vitro Jet 14" markalı şüşə və keramika üçün rəqəmsal printer Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli **********6337 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin tarixdən 25 iyul 2024-cü il tarixinədək araşdırma aparılmış və araşdırmanın nəticəsində Bakı Baş Gömrük İdarəsinin əsassız və qanunsuz olaraq "xxxx" MMC-nin idxal etdiyi mal üçün artıq gömrük rüsumu hesablandığı, əsassız olaraq "xxxx" MMC-nin vəzifəli şəxslərinin qaçaqmalçılıq cinayətinin törədilməsində şübhə altına aldıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcələsinin 8-ci maddəsi ilə gömrük orqanlarının vəzifələri müəyyən olunmuşdur. Məcəllənin həmin maddəsinə görə mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək (mad. 8.0.6), malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq( mad. 8.0.8), gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək (mad. 8.0.17) gömrük orqanlarının vəzifələrinə aiddir. Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsləri əsassız və qanunsuz olaraq qaçaqmalçılıq cinayətinin törədilməsində şübhə altına aldıqları tamamlandıqdan, cəmiyyətdən əsassız və qanunsuz üsul və qaydalarla gömrük rüsumunun alınmasını təmin edə bilmədikdən sonra, əsassız və qanunsuz üsullarla və qaydalarla cəmiyyəti inzibati hüquq pozuntusu törətməkdə təqsirləndirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, gömrük əməkdaşları tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "Şüşə və keramika üçün rəqəmsal printer “Vitro Jet" adlı malın plomblanmadığını, stiker vurulmadığını və malın gömrük təminatına alınmadığını və bununla bağlı akt tərtib edilmədiyini bildirmişdir. Gömrük orqanı tərəfindən malın sərbəst dövriyyəyə buraxıldığını, bununla bağlı bəyannamədə müvafiq qeyd aparıldığını qeyd etmişdir. Hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, həmçinin inzibati xəta haqqında protokolun İXM-nin və Gömrük Məcəlləsinin tələbləri pozulmaqla tərtib edildiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, gömrük bəyannaməsində uyğunsuzluq olduğu üçün malın gömrük rəsmiləşməsindən imtina edildiyini, **********6337 nömrəli yük gömrük bəyannaməsinin 16 sentyabr 2024-cü il tarixdə tərtib edildiyini, həmin müddətdən sonra qaçaqmalçılıq cinayəti faktının araşdırılması nəticəsində cinayət işinin başlanmasının rədd edildiyini bildirmişdir. Malın gömrük təminatına alınması barədə Şəxs MMC-yə heç bir məlumat verilmədiyini, həmçinin malın sərbəst dövriyyəyə buraxıldığını qeyd etmişdir. İş materiallarında olan öhdəlikdə malın gömrük təminatına alınması barədə öhdəlik götürülmədiyini qeyd etmişdir. Qeyd edilən öhdəlikdə mal ilə bağlı ekspertiza rəyinin alınana qədər malın anbardan buraxılmasına və satışına icazə verilməməsi, rüsum dərəcələri dəyişdiyi zaman yaranan fərqi tam ödəməyi öhdəliyə götürülməsi qeyd edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında Şəxsndə sürücü işlədiyini, xx.xx.2023-cü il tarixdə hər hansı aktın tərtib edilməsində iştirak etmədiyini, AA 750840 saylı stikerin vurulduğu AKT-da “2.nümayəndə” yazısının qarşısında olan imzanın ona məxsus olduğunu, həmin imzanı xx.xx.2023-cü il tarixdə deyil, 2024-cü ilin günün dəqiq xatırlamadığı aprel ayında cəmiyyətin direktoru Nümayəndə1 tapşırıığına əsasən gömrük idarəsinə gedərək orda bir əməkdaş tərəfindən ona imzalatdırıldığını, həmin sənədin nə ilə əlaqədar olduğunu soruşmadığını, Nümayəndə1 ona gömrük idarəsində bir sənədə imza atması bildirildiyi üçün həmin imzanı atdığını, həmin aktda adı qeyd edilmiş Əliyev Firəddin adlı şəxsi tanımadığını, ümumiyyətlə işlədiyi cəmiyyətdə elə bir şəxsin işləmədiyini, malın kim tərəfindən anbara gətirilməsindən məlumatlı olmadığını, sözü gedən aktın avadanlığın anbara daxil olduqdan xeyli müddət sonra imzaladığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X2 izahatında bildirmişdir ki, malın stikerlə gömrük təminatına aınmasına dair xx.xx.2023-cü il tarixli aktın inspektorda olması səbəbindən iş materiallarına əlavə edilmədiyini, həmin aktda ağardıcı ilə “2”, yəni 2022 düzəliş edilərək 2023 olduğunu bildirmişdir. Protokol tərtib edilən zaman qeyd edilən aktın iş materiallarında olmadığını, bu iş üzrə istintaq idarəsində araşdırma aparıldığını, lakin yekunda cinayət işinin başlanmasının rədd edildiyini bildirmişdir. Daha sonra 2023-cü ildə akt tərtib edilən zaman onun iştirak etmədiyini qeyd edərək bununla bağlı heç bir məlumatının olmadığını qeyd etmişdir. Cəngavər Abbasovun Şəxs direktoru Nümayəndə1 zəng edib ondan xahiş etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Sərbəst dövriyyəyə icazə verilmədiyi halda maldan istifadə edildiyi üçün inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Nümayəndə1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli öhdəliyin Bakı Baş Gömrük İdarəsində gömrük əməkdaşları tərəfindən tərtib edildiyini və cəmiyyətin direktoruna imzalatdırıldığını, həmin öhdəliyə əsasən malın anbardan buraxılmaması, satışına icazə verilməməsi, rüsum dərəcəsi dəyişdiyi halda yaranan fərqi tam ödəməsi barədə olduğunu bildirmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 491.1 və 492.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi bəyan edilən yüklərin anbarda olduğu, lakin AA750840 saylı stikerin olmadığı, gömrük təminatı altında saxlanılmadığı və yükdən istifadə edildiyi faktı qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli aktla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, "Zəngəzur" restoranının arxasında yerləşən anbara həyata keçirilən baxış zamanı "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "şüşə və keramika üçün rəqəmsal printer Vitro Jet" adlı malın anbarda olduğu, lakin istifadə edildiyi, təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı aşkar edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük nəzarəti altında olan mallardan istifadə edildiyi və anbara vurulmuş gömrük təminatının pozulduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər YGB-də düzəliş edilməsi barədə öhdəliyin surətindən görünür ki, **********6337 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş mallardan götürülmüş prob və nümunələrdən ekspert rəyi alınana qədər malların anbardan buraxılması və satışına icazə verilməyəcəyi, rüsum dərəcələri dəyişdiyi zaman yaranan fərqin tam ödənilməli olması barədə Şəxs direktoru Nümayəndə1 öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixli İpək yolu gömrük postunun inspektoru Ziyad İbayev, ekspert Murad Fərzəliyev və mal sahibi Nümayəndə1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs ünvanına daxil olmuş mallara baxış keçirilməsi ilə əlaqədar 046 nömrəli plomb qırılmış, gömrük baxışı həyata keçirilmiş, yenidən AZDK 038 nömrəli plomb vurularaq təminata alınmışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "Şüşə və keramika üçün rəqəmsal printer Vitro Jet" adlı malın anbarda olduğu, lakin istifadə edildiyi, təminat forması olmadan saxlanıldığı, yəni anbara vurulmuş gömrük təminatının pozulması faktı aşkar edilmişdir. Aktın düzgünlüyü Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin əməkdaşları və "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli AA750840 nömrəli stiker vurulmuş aktdan görünür ki, BBGİ-nin İpək Yolu gömrük postunun inspektoru Cəngavər Abbasov, "xxxx" MMCnin nümayəndəsi Əbləsənov Abdulla və anbardarı Firəddin Əliyev tərəfindən tərtib edilmiş aktdan görünür ki, **********6337 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru (61) altında rəsmiləşən yük AA750840 nömrəli stikerlə gömrük təminatına alınmışdır. xx.xx.2024-cü il tarixli Şəxs tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, Şəxs yarandığı 2013-cü ildən Əliyev Firəddin adlı əməkdaşı (işçisi, anbardarı) olmadığı, həmçinin anbardar ştat vahidi də olmadığı qeyd edilmişdir. Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 33/2-010413/2024 saylı məktubundan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli TB/230060 saylı invoys əsasında İspaniya Krallığında fəaliyyət göstərən “TECGLASS” şirkətindən alınmış 4 ədəd Vitro Jet 14 markalı şüşə və keramika üçün rəqəmsal printer yükünün Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsində xx.xx.2023-cü il tarixli, **********6337 sorğu nömrəli gömrük bəyannaməsi ilə ********** XİF MN kodu altında bəyan edilməsi və X6 İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərinə əsasən həmin qurğunun ********** deyil, ********** XİF MN kodu altında rəsmiləşdirilməli olduğunun müəyyən edilməsi faktına görə Bakı Baş Gömrük İdarəsindən xx.xx.2024-cü il tarixli 3-33-110/2-001000/2024 nömrəli məktubla daxil olmuş materialın araşdırılması zamanı X5 və Dövlət Xidməti üzrə Nazirliyinin Vergilər Agentliyi Gömrük və Aksiz üzrə Araşdırmaya dair Milli İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub, İspaniya Krallığında yerləşən TECGLAS şirkətindən verilmiş xx.xx.2024-cü il tarixli məktub, X7 MMC-nin xx.xx.2024-cü il tarixli 39 saylı rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9-3839 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən sözügedən qurğunun ********** XİF MN kodu altında təsnifləşdirdiyi müəyyən edilmişdir. Odur ki toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından 25 iyul 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hazırki iş üzrə Şəxs əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir. İXM-nin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İXM-nin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 491.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün qanunverici orqan malların gömrük nəzarəti altında olması şərtini müəyyən etmişdir. İXM-nin 492.1-ci maddəsində olan məsuliyyətin yaranması üçün isə qanunverici orqan plomb, möhür və digər eyniləşdirmə vasitələrinin müvafiq icra hakimiyyəti orqanının tətbiq etməsi şərtini müəyyən etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş "şüşə və keramika üçün rəqəmsal printer Vitro Jet" adlı mal anbara təhvil verilərkən gömrük nəzarəti altına verilmədiyi üçün plomb, möhür və digər eyniləşdirmə vasitələri, yəni AA750840 saylı stikerin qeyd edilən malın üzərinə vurulmamışdır. Tərəflərin və şahidin izahatları, iş materialları ilə təsdiq edilir ki, iş üzrə yuxarıda göstərilən qanunvericilik tərəfindən müəyyən edilmiş şərtləri təsdiq edən xx.xx.2023-cü il tarixli AA750840 nömrəli stiker vurulmuş akt sonradan tərtib edilmiş, həmçinin həmin akta düzəliş edilmiş, eyni zamanda həmin aktda "xxxx" MMC-nin əməkdaşı anbardar kimi Firəddin Əliyevin imza etməsi göstərilsə də həmin şəxsin ümumiyyətlə kim olması, onun harada işləməsi, "xxxx" MMC ilə bağlılığı təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs barəsində İXM-nin 491.1 və 492.1-ci maddələri ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan, cəmiyyət tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübut kimi istinad edilən **********6337 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yükün gömrük təminatına alınmasını təsdiq edən AA750840 saylı stikerin vurlduğu qeyd edilən AKT ümumiyyətlə inzibati araşdırma materiallarına əlavə edilməmiş, həmin sübutun məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclası dəfələrlə (ümumilikdə 5 məhkəmə iclası keçirilmişdir) təxirə salındıqdan sonra məhkəmənin israrlı tələbinə əsasən yalnız xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı zamanı isə həmin aktın həqiqətən də xx.xx.2023-cü il tarixdə tərtib edilməsinə əsaslı şübhələr movcud olmuşdur. Belə ki, yuxarıda da göstərildiyi kimi, həmin aktın ilk öncə xx.xx.2022-ci il tarixdə tərtib edilməsi göstərilsə də, daha sonra ağardıcı ilə düzəliş edilərək həmin tarix 2023-cü il kimi göstərilmiş, həmin aktı imzalayan Abdulla Əbləsənov həmin aktı xx.xx.2023-cü il tarixdə deyil, 2024-cü ilin dəqiq gününü xatırlamadığı aprel ayında gömrük orqanında imzaladığını bildirmiş, eyni zamanda həmin aktda cəmiyyətin anbardarı kimi qeyd edilmiş Əliyev Firəddin adlı şəxsin kimliyi isə ümumiyyətlə müəyyən edilməmiş, gömrük orqanı bunları təkzib edəcək sübutları isə məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə xx.xx.2023-cü il tarixli AA750840 nömrəli stikerin vurulması göstərilən aktı mötəbər sübut kimi qəbul etmir. Səlahiyyətli orqan isə bundan əlavə hər hansı digər sübutu məhkəməyə təqdim etməmişdir. Mötəbər sübut kimi qəbul edilmədiyindən AA750840 saylı stikerin qeyd edilən malın üzərinə vurulmadığı, malın gömrük təminatına alınmadığından "xxxx" MMC-nin əməlində qeyd edilən maddələrlə inzibati xətanın tərkibinin olması istisna edilməlidir. Həmçinin iş materiallarında xx.xx.2024-cü il tarixli akt tərtib edilərkən bir çox fotoşəkil çəkilərək inzibati materiala əlavə edilmiş, lakin qeyd edilən stikerin dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə və ya həmin stikerin malın üzərinə vurulmasına dair hər hansı bir izin olması barədə fotoşəkillər çəkilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs direktoru Nümayəndə1 izahatında onlara bu malın istifadə edilməməsi barədə səlahiyyətli orqan tərəfindən hər hansı bir xəbərdarlıq edilməməsi, eləcə də malın anbara aparılarkən onlarla birlikdə heç bir gömrük əməkdaşının getmədiyi üçün malın gömrük nəzarəti altına verilməməsi xüsusatları da bir daha öz təsdiqini tapmışdır. Bununla belə səlahiyyətli orqanın nümayəndəsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər YGB-də düzəliş edilməsi barədə öhdəliklə bağlı məhkəmə qeyd edir ki, öhdəlikdə inzibati məsuliyyətin yaranması üçün tələb edilən şərtlər öz təsdiqini tapmır. Belə ki, öhdəlikdə **********6337 saylı gömrük bəyannaməsi ilə bəyan olunmuş mallardan götürülmüş prob və nümunələrdən ekspert rəyi alınana qədər malların anbardan buraxılması və satışına icazə verilməyəcəyi, rüsum dərəcələri dəyişdiyi zaman yaranan fərqin tam ödənilməli olması Şəxs direktoru Nümayəndə1 tərəfindən öhdəlik olaraq götürülmüşdür. Həmin öhdəlikdə inzibati məsuliyyətlə bağlı xəbərdarlıq, eləcə də malın gömrük nəzarətinə verilməsi və malın üzərinə stikerin vurulması barədə heç bir qeyd aprılmamışdır. Bundan başqa Şəxs tərəfindən alınmış Vitro Jet 14 markalı şüşə və keramika üçün rəqəmsal printer yükünün Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hansı kod ilə rəsmiləşdirilməli olması müəyyən edilmədiyindən malın kodunu müəyyən etmək üçün 2 dəfə ekspertiza təyin edilmiş, heç bir ekspert rəyi ilə hüquqi şəxsin nümayəndəsi razılaşmamış, sonda yenə də əvvəl tələb olunduğu qaydada 5 faiz əlavə rüsum ödənilməsi tələb edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə idxal edilmiş mal üzrə səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən uzun müddətdə lüzumsuz yerə sahibkar barəsində, eləcə də malın hansı kodla idxal edilməli olması barədə araşdırmalar aparılmış, hətta mal idxal olunduqdan tam 9 ay, 20 gün sonra cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar da qəbul edilmiş, 11 ay sonra isə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da məhkəmə, müdafiə tərəfinin qeyd etdikləri Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsləri əsassız və qanunsuz olaraq qaçaqmalçılıq cinayətinin törədilməsində şübhə altına aldıqları tamamlandıqdan, cəmiyyətdən əsassız və qanunsuz üsul və qaydalarla gömrük rüsumunun alınmasını təmin edə bilmədikdən sonra, əsassız və qanunsuz üsullarla və qaydalarla cəmiyyəti inzibati hüquq pozuntusu törətməkdə təqsirləndirmişdir formasında verdikləri izahatı ilə razılaşaraq qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan "xxxx" MMC, bankdan dövlət dəstəyi ilə aşağı fazilə kredit götürərək 474046.30 manat dəyərində avadanlıq almış və ölkəyə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından ötrü, satış məqsədi olmadan idxal etmişdir. Bundan başqa müdafiə tərəfi izahatında onu da qeyd etmişdir ki, idxal etdikləri avadanlıq qeyriişlək vəziyyətdə qalacağı halında xarab olma ehtimalının olması mümkündür. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən, "xxxx" MMC-nin idxal etdiyi avadanlığın istifadə edilməməsinə dair hər hansı bir xəbərdarlığı, bununla bağlı müəyyən edilmiş müddətdə tərtib etdiyi mötəbər aktı mövcud olmadığı üçün məhkəmə hesab edir ki, səlahiyyətli orqanın hüquqi şəxs barəsində tərtib etdiyi protokol əsassız hesab edilməlidir. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, əməllərin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş əlamətlərin hər biri mövcud olmalıdır, yəni həmin əməllərlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, Şəxsnə məxsus olan mal anbara təhvil verilərkən müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi stiker malın üzərinə vurulmamış, bununla da qeyd edilən mal gömrük nəzarəti altına verilməmişdir. Malın gömrük nəzarəti altına verilməsi və stikerin vurulması barədə BBGİ-nin İpək Yolu gömrük postunun inspektoru Cəngavər Abbasov tərəfindən tərtib edilmiş aktın xx.xx.2023-cü il tarixdə tərtib edilməməsi, həmin aktın sonradan tərtib edilməsi müəyyən edilmişdir. Göründüyü kimi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 491.1 və 492.1-ci maddələri ilə inzibati xəta tərkibləri aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 491.1 və 492.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 491.1 və 492.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamiq Bağırov