Məhkəmə qərarları › İş №3(001)-4780/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4780/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4780/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) X2 iştirakı ilə xx.xx.1965-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, təqaüdçü, evli, 3 (üçüncü) qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12.00 radələrində AR DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xidməti otağında polis əməkdaşına yaxınlaşıb bildirmişdir ki, ona məxsus avtomobili idarə edən sürücü Ramiz Nağıyev barəsində Sabirabad rayon ərazisində inzibati protokol tərtib olunmuşdur. Belə ki, polis əməkdaşları Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmanın cavabı barədə onun ünvanına göndərilmiş məktubla tanış etmişlər, bundan sonra o, əsassız tələblər irəli sürməyə başlamış, ona qanunvericiliyin tələbləri izah edilmiş, lakin Şəxs bununla razılaşmayaraq rəhbərliyin qəbuluna gedəcəyini bildimiş, səs-küy salaraq mahiyyətinə aid olmayan danışıqlar aparmağa başlamışdır. Ona təmkinli olmağı bildirilsə də, o qəzəbli şəkildə davranaraq xuliqanlıq hərəkətlərini davam etdirmiş, inzibati idarədə iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X13 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X13 oğlu tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12.00 radələrində AR DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xidməti otağında polis əməkdaşına yaxınlaşıb bildirmişdir ki, ona məxsus avtomobili idarə edən sürücü Ramiz Nağıyev barəsində Sabirabad rayon ərazisində inzibati protokol tərtib olunmuşdur. Belə ki, polis əməkdaşları Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmanın cavabı barədə onun ünvanına göndərilmiş məktubla tanış etmişlər, bundan sonra o, əsassız tələblər irəli sürməyə başlamış, ona qanunvericiliyin tələbləri izah edilmiş, lakin Şəxs bununla razılaşmayaraq rəhbərliyin qəbuluna gedəcəyini bildimiş, səs-küy salaraq mahiyyətinə aid olmayan danışıqlar aparmağa başlamışdır. Ona təmkinli olmağı bildirilsə də, o qəzəbli şəkildə davranaraq xuliqanlıq hərəkətlərini davam etdirmiş, inzibati idarədə iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, yuxarıda göstərilənləri nəzərə alaraq həmin şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən 10.00 radələrində BDYPİ-nin inzibati binasının 3-cü mərtəbəsində polis polkovnik-leytenantı Xaqani Əsgərovun qəbulunda olmuş, 2 ay bunda əvvəl xx.xx.2024-cü il tarixdə Sabirabad –Bakı magistralında əsassız yazılmış cərimənin silinməsi barədə təqdim etdiyi ərizənin cavabı ilə maraqlanmış, ona əməkdaş bildirmişdir ki, “sən axı cəriməni ödəməyə razılaşmısan, get cərimə ödə”. Şahbaz Süleymanov isə bildirmişdir ki, işin hallarının tam araşdırılması üçün AR DİN BDYPİ-nə müraciət etmiş, lakin işin araşdırılması ilə verilən cavab onu qane etməmişdir. Belə ki, o, rəisin qəbuluna daxil olmaq istəmiş, lakin ona bildirilmişdir ki, rəis burda yoxdur. Bununla da, onunla polis əməkdaşlarının arasında insident yaranmış, polis əməkdaşları onu Sumqayıt şəhərinə analiz vermək üçün aparmışlar, orada analiz vermişdir. Daha sonra isə Binəqədi Rayon Polis İdarəsənin 6-cı Polis Bölməsinə gətirib izahatını almışdırlar. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, əməlində inzibati xəta tərkibi olmadığını, eyni zamanda 3-qrup əlil olmasını və yaşını nəzərə alaraq, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçisi X3 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs dedikləri xüsusatları təsdiqləyərək əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirmişdir ki, o, Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsinin baş dövlət avtomobil müfəttişidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabirabad rayon X14 Yol Polis bölməsindən şikayətçi idi. Ş.Süleymanov AR DİN BDYPİ-nə daxil olaraq səs-küy salmış, o isə Sabirabad rayon X14 Yol Polis bölməsi ilə əlaqə saxlamış və ona bildirmişdirlər ki, Şəxs yazılan cərimə qanunidir. O da şikayətçiyə yazılan cərimənin qanuni olmasını izah etmişdir, lakin şikayətçi səs-küy salaraq rəis müavinin otağına girmiş, orada da aqressiv danışmışdır. Şikayətçi polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün onu Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirmişdir ki, o, Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsinin dövlət avtomobil müfəttişidir. Şikayətçi Şəxs Xaqani Əsgərovun qəbulunda səs-küy saldığına görə otağa daxil olmuş, vətəndaşı təmkinli olmağa, nizam-intizama dəvət etmiş, lakin barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Belə olan halda, onu polis bölməsinə dəvət etmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini, müdafiəçinin çıxışını, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidləri dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cəzalandırılmalı, AR İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə Şəxs həmin hərəkətləri ictimai yerdə deyil, inzibati idarənin daxilində törətdiyindən, onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir, 30.2-ci maddəyə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün də izahatından aydın olur ki, o, 3-cü qrup əlildir, lakin əlil olmamasına dair hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda, Şəxs əlillik dərəcəsi “orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər”in kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını yüngülləşdirən hal kimi il ərzində ilk dəfə inzibati xəta törətməsini və İİİ qrup əlil olması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi tam sübuta yetirilmişdir. Belə ki, tərəflərin izahatların və iş materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12.00 radələrində AR DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati xidməti otağında polis əməkdaşına yaxınlaşıb bildirmişdir ki, ona məxsus avtomobili idarə edən sürücü Ramiz Nağıyev barəsində Sabirabad rayon ərazisində inzibati protokol tərtib olunmuşdur. Belə ki, polis əməkdaşları Sabirabad Rayon Polis Şöbəsində aparılan araşdırmanın cavabı barədə onun ünvanına göndərilmiş məktubla tanış etmişlər, bundan sonra o, əsassız tələblər irəli sürməyə başlamış, ona qanunvericiliyin tələbləri izah edilmiş, lakin Şəxs bununla razılaşmayaraq rəhbərliyin qəbuluna gedəcəyini bildimiş, səs-küy salaraq mahiyyətinə aid olmayan danışıqlar aparmağa başlamışdır. Ona təmkinli olmağı bildirilsə də, o qəzəbli şəkildə davranaraq xuliqanlıq hərəkətlərini davam etdirmiş, inzibati idarədə iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşları ilə sözlü mübahisə etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinə rast gəlinmədiyindən həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minumum həddə həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 8 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta tərkibi olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs həbs edilməsinin əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. X1 məhkəmə baxışı zamanı hüquqi xidmətə görə 6 (altı) saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**********0321 701115,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar