Məhkəmə qərarları › İş №3(001)-4782/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4782/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4782/2024 13.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Pərviz İbrahimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Pərviz İbrahimov izahat verərək bildirmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat təxmini 22:20 radələrində Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyeva göz klinikasının qarşısında idarə etdiyi avtomobil yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərdiyindən onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında tərəfindən protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun inzibati məuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “Hyundai” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobil anasına məxsusdur, həmin maşını sürməyə əvvəllər etibarnaməsi olsa da hal-hazırda etibarnaməsi ləğv olunmuşdur. Heç bir avtoxuliqanlıq hərəkətləri etməmişdir. 12 avqust 2024-cü il tarixdə Memar Əcəmi metrosu yaxınlığında YPX-nın əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarına adının Fuad olduğunu qorxduğu üçün yalandan demiş, daha sonra onun idarə etdiyi maşın duracağa aparılmışdır. Daha sonra anası ilə birlikdə maşını götürmək üçün cərimə meydançasına getmiş və orda olarkən polis əməkdaşları ilə mübahisə etmişdir. Buna görə də onu 4-cü Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşlarına adını səhv deyərək onlara tabesizlik göstərdiyinə görə əməlindən səmimi peşman olduğunu qeyd edərək ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 Yol Patrul Xidməti inspektoru X1 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat axşam saat 22:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyeva parkının qarşısından piyada yolu keçərkən **-DE-*** dövlət qeydiyyat nişanlı Hyundai markalı avomobili idarə edən sürücü yüksək sürətlə maşını onun üstünə sürmüş və avtoxuliqanlıq hərəkətləri etmiş, bundan sonra onlar həmin maşının arxasınca hərəkət edərək, həmin maşına çatan zaman sürücü maşını saxlayıb düşüb getməyə çalışmışdır. Onlar sürücüyə yaxınlaşdıqda həmin maşının ona məxsus olub-olmamasını, eləcə də özünü təqdim etməsini bildirmələrinə baxmayaraq sürücü adının Fuad olduğunu, nəqliyyat vasitəsinin ona məxsus olmadığını, sadəcə yol keçən şəxs olduğunu bildirərək oranı tərk edib getmişdir. Onlar nəqliyyat vasitəsinin kimə məxsus olmasını yoxlayaraq həmin nəqliyyat vasitəsinin Şəxs adına etibarnaməsi olduğunu, lakin həmin etibarnaməyə xitam verildiyini aşkar etmişlər. Bu səbəbdən də həmin nəqliyyat vasitəsi onlar tərəfindən cərimə meydançasına aparılmışdır. Təxminən 1 saat sonra cərimə meydançasında olarkən bir nəfər xanım və həmin nəqliyyat vasitəsini idarə edən şəxs ora yaxınlaşmış və Şəxs maşını o idarə etdiyini qeyd edərək nəqliyyat vasitəsinin qaytarılmasını tələb etmişdir. Gecə vaxtı olduğu üçün onlar nəqliyyat vasitəsi ilə bağlı sənədləri DYPŞ-nin inzibati otağına təqdim etdikdən sonra nəqliyyat vasitəsinin buraxılacağı onlara izah edilməsinə baxmayaraq Şəxs anasına da yanlış məlumatlar verdiyi üçün onun anası da onunla birlikdə uca səslə danışmışlar. Daha sonra Şəxs mübahisə yaratmış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsələr də o bu hərəkətlərini davam etdirdiyi üçün Post Patrul Xidmətinə məlumat verilmiş və bununla da o, polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 Yol Patrul Xidməti inspektoru X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat axşam saat 22:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Z.Əliyeva parkının qarşısından piyada yolu keçərkən **-DE-*** dövlət qeydiyyat nişanlı Hyundai markalı avomobili idarə edən sürücü avtoxuliqanlıq hərəkətləri etmiş, bundan sonra onlar həmin maşının arxasınca hərəkət edərək, həmin maşına çatan zaman sürücü maşını saxlayıb düşüb getməyə çalışmışdır. Sürücüyə özünü təqdim etməsini bildirmələrinə baxmayaraq o, adının Fuad olduğunu, nəqliyyat vasitəsinin ona məxsus olmadığını, sadəcə yol keçən şəxs olduğunu bildirərək oranı tərk edib getmişdir. Onlar nəqliyyat vasitəsinin kimə məxsus olmasını yoxlayaraq həmin nəqliyyat vasitəsinin Şəxs adına etibarnaməsi olduğunu, lakin həmin etibarnaməyə xitam verildiyini aşkar etmişlər. Bu səbəbdən də həmin nəqliyyat vasitəsi onlar tərəfindən cərimə meydançasına aparılmışdır. Təxminən 1 saat sonra cərimə meydançasında olarkən bir nəfər xanım və həmin nəqliyyat vasitəsini idarə edən şəxs ora yaxınlaşmış və Şəxs maşını o idarə etdiyini qeyd edərək nəqliyyat vasitəsinin qaytarılmasını tələb etmişdir. Gecə vaxtı olduğu üçün onlar nəqliyyat vasitəsi ilə bağlı sənədləri DYPŞ-nin inzibati otağına təqdim etdikdən sonra nəqliyyat vasitəsinin buraxılacağı onlara izah edilməsinə baxmayaraq Şəxs anasına da yanlış məlumatlar verdiyi üçün onun anası da onunla birlikdə uca səslə danışmışlar. Daha sonra Şəxs mübahisə yaratmış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onu dəfələrlə nizam intizama dəvət etsələr də o bu hərəkətlərini davam etdirdiyi üçün Post Patrul Xidmətinə məlumat verilmiş və bununla da o, polis bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 000080 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 RPİ-nin YPX-nin əməkdaşları tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində təxminən saat 22:30 radələrində Şəxs cərimə meydançasında olarkən uca səslə onların ünvanına nalayiq söyüşlər işlədərək kütləni başına yığmışdır. Onu dəfələrlə nizam intizama dəvət etsələr də o bu hərəkətlərini davam etdirdiyi üçün Post Patrul Xidmətinə məlumat verilmiş və bununla da o, polis bölməsinə aparılmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs yol-patrul xidmətinin əməkdaşlarına özünü təqdim etməkdən yayınaraq maşını saxladığı yerdən yayınmışdır. Daha sonra maşın cərimə meydançasına aparıldıqdan sonra Şəxs cərimə meydançasına gələrək orada səs-küy salmaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların xidməti fəaliyyətinə mane olmaqla qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yol patrul xidmətinin əməkdaşları tərəfindən yönələn tələbin qanuni olubolmamasına münasibətdə qeyd edir ki, İXM-nin 96.1-ci maddəsində fiziki şəxslərin hansı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması konkret olaraq göstərilmişdir. Dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır (İXM 96.1.4) Məhkəməyə verilən ifadələrdən müəyyən edilmişdir ki, Şəxs saxlama əmrinin verilməsi səbəbi onun avtoxuliqanlıq hərəkətləri etməsi olmuş, daha sonra o, maşını saxlamış və orda özünü polis əməkdaşlarına yanlış təqdim edərək nəqliyyat vasitəsinin ona məxsus olmadığını qeyd edərək polis əməkdaşlarından yayınmışdır. YPX-nin əməkdaşları tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Cərimə meydançasında isə o, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmuş, səs-küy salmışdır. Göstərilənlərə əsasən yol-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs nəqliyyat vasitəsinin saxlanması ilə bağlı yönələn tələb tam qanuni olmuşdur. Şəxs yol-patrul xidmətinin əməkdaşlarının saxlama əmrindən sonra maşının ona aid olmadığını bildirərək onlardan yayınmış, daha sonra cərimə meydançasında polis əməkdaşlarının xidməti vəzifələrinin icrasına mane olması ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 22:50-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar