Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4809/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, inzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 'Tac" MMC-nin direktoru Arzu Yusifova kimi mənə qarşı inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixdə MN1613770 saylı Qərar qəbul etmişdir. İnzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X3 qarşı qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1613770 saylı Qərar qanunsuz və əsassız olduğundan ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni inzibati xətaya görə inzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nə qarşı inzibati xətanın tətbiq edilməsi barədə protokol hazırlanaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərmişdir. Binəqədi rayon məhkəməsinin 3(001)-4995/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə Hüquqi səxs "xxxx" MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 20 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X7 Xidmətinin Bakı səhər idarəsinə geri qaytarılması qərara alınmışdır. İnzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1613770 saylı qərar xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə göndərilmişdir. Buna görə müddət həmin vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1613770 saylı qərarının ləğv edilməsi və inzibati xəta hadisəsi olmadığından icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, verilmiş şikayəti müdafiə edir. Qərar 2024-cü il tarixdə qəbul edilmiş olsa da, onlar icra məmuru tərəfindən bildiriş göndərildikdən sonra məlumatlı olmuşlar. Bundan sonra inzibati tənbeh vermə haqqında qərar onlara 2025-ci ilin iyun ayında göndərilmişdir. Əlavə olaraq hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə X8 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib olunmuş material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4995/2024 qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə verilmiş şikayətin təmin edilməməsi, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq sadəcə portala baxış keçirilməklə qərar qəbul olunduğunu, heç kimdən izahat alınmadığını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə protokol geri qaytarıldıqdan sonra araşdırılma aparılmadığını, yenidən eyni qaydada protokol tərtib olunduğunu, 04 sentyabr 2024-cü il tarixli qərarın 2025-ci ilin iyun ayında göndərilməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, DİN tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X4, Rzazadə Əziz İmamverdi oğlu, X6, X11 adlarına Nazirliyin “Əmək və Məşğulluq” alt sistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, DİN tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X4, Rza-zadə Əziz İmamverdi oğlu, X6, X11 adlarına Nazirliyin “Əmək və Məşğulluq” alt sistemində qüvvəyə minmədən müəyyən edilmiş işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edildiyinə görə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4995/2024 saylı qərardadından görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan tərəfindən xətanı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən şikayət əsaslıdır. Belə ki, AR ƏƏSMN yanında X7 Xidmətinin qərar qəbul edərkən istinad etdiyi yeganə hal Daxili İşlər Nazirliyi tərəfindən əldə olmuş məlumatlardır. Lakin bu məlumatlar "xxxx" MMC-nin direktoru X5 tərəfindən ona istinad olunan inzibati xətanı törətməsi barədə birmənalı və yekun nəticəyə gəlməyə imkan vermir. İnzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilmiş şəxslərin həqiqətən işğaldan azad olunmuş bölgələrdə hər hansı işlərin görülməsinə və məhz hansı işlərin görülməsinə cəlb edilməsi müəyyən edilməmişdir. Hansı ki, bu hallar şəxsin AR İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxılanda müəyyən edilməli olan hallardır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X4, Rza-zadə Əziz İmamverdi oğlu, X6, X11 müəyyən edilərək izahatları alınmamışdır. Onların məhz X5 tərəfindən işlərin görülməsinə, harada, hansı işlərin görülüməsinə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozularaq qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4809/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4809/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver