Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4813/2024 02.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüqüqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiallara Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs İXM-nin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 13 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X4 MMC-nin minimum həddə cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndəni iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə MMC-nin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmalıdır. Belə ki, iş materiallarında olan 31 iyul 2024-cü il tarixli qərardan və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışdan görünür ki, "Gülüzlü Dental” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov 8 ünvanında yerləşən özəl tibb təşkilatının xx.xx.2024- xx.xx.2024cü il tarixələrdə fəaliyyətinin yoxlanılması üçün planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” Publik Hüquqi şəxsi tərəfindən planlı yoxlama həyata keçiriləcəyi ilə bağlı "Gülüzlü Dental” MMC-yə bildiriş ünvanlanmışdır. İş materiallarında olan inzibati xəta haqqında MN 02094983 saylı, 13 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 13 avqust 2024-cü il tarixdə saat 12.30-də Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, X5 küçəsi 8 ünvanında fəaliyyət göstərən "Gülüzlü Dental” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada küçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyəti aşkarlanmışdır. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən izibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 13 avqust 2024-cü il tarixdə saat 12.30-də Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, X5 küçəsi 8 ünvanında fəaliyyət göstərən "Gülüzlü Dental” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada küçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyəti aşkarlanmışdır.Bununla da, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Beləliklə Məhkəmə inzibati xəta törədən şəxs hüquqi şəxs ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131, 215.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinsin və 6000 (altı min) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4813/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4813/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver