Məhkəmə qərarları › İş №3(001)-4813/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4813/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4813/2025 15.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən 113571 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14469 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 09 may 2025ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş 14469 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytarılmamasına görə protokol tərtib edilmişdir. Köçürülmüş pulun əvəzinə mallar göndərilə bilməmişdirsə, həmin məbləğ geri qaytarılmalı idi. Həmin pulun əvəzinə daha sonra başqa mal gətirmək doğru deyildir. Çünki qeyd edilən halda eyniləşdirmə aparılması mümkün olmur. Həmçinin hüquqi şəxs qarşı tərəfin verdiyi sənədə istinad edir. Lakin həmin sənədin nə dərəcədə mötəbər olması mübahisə doğuran məsələdir. Kommersiya əlaqələri olan şirkətlərin bir-birlərinə elə məktub verməsi çox sadə bir şeydir. Şəxs tərəfindən verilmiş yazılı etirazda göstərilmişdir ki, Şəxs MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EP0255515 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 113.571,00 ABŞ dolları məbləğində vəsaitin xx.xx.2023-cü il tarixində Şəxs MMC-nin hesabından “NİNJA FOODSTUFF LLC”nin hesabına köcürüldüyünü təsdiq edən sənəd (11-ci səhifə) təqdim etsə də, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 14.469,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətin) ölkəyə idxal edilmədiyini və ya həmin məbləğdə vəsaitin geri qaytarılmadığını təsdiq edən hər hansı sübüt təqdim etməmişdir. Digər tərəfdən işin faktiki hallarına baxılması, məsələnin obyektiv və hərtərəfli araşdırılması zamanı görərik ki, İXM-in 430.4-cü maddəsində bəhs olunan əməllər Şəxs MMC tərəfindən törədilməmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunsa da, əslində onlar tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan hər hansı hərəkət törədilməmişdir. Şəxs MMC ilə “NİNJA FOODSTUFF LLC” arasında 113.571,00 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixli 2023-1378 nömrəli alqı-satqı müqaviləsi (2.1-ci bənd) imzalanmışdır. “NİNJA FOODSTUFF LLC” tərəfindən 2023-1378 nömrəli alqı-satqı müqaviləsi üzrə 113.571,00 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixli hesab-faktura (commercial invoice) təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli OX14 nömrəli ödəniş tapşırıqları ilə “NİNJA FOODSTUFF LLC”nin hesabına 113.571,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. “NİNJA FOODSTUFF LLC” tərəfindən xx.xx.2023-cü il tarixli 2023- 1691/1710/1711/1713 nömrəli ixrac hesab-fakturası/qablaşdırma siyahısı (export invoice/packing list) əsasında 99.102,00 ABŞ dolları dəyərində mallar ixrac olunmuşdur. 99.102,00 ABŞ dolları dəyərindəki həmin mallar xx.xx.2023-cü il tarixli **********6160 nömrəli gömrük bəyannaməsi (22-ci bənd) ilə ölkəyə idxal edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi “NİNJA FOODSTUFF LLC”yə köçürülmüş 113.571,00 ABŞ dolları məbləğində vəsaitdən 99.102,00 ABŞ dolları dəyərində mallar alındıqdan sonra, “NİNJA FOODSTUFF LLC”də Şəxs MMC-yə məxsus 14.469,00 ABŞ dolları (113.571.00 $ - 99.102.00 $ = 14.469 $) məbləğində vəsait qalmışdır. “NİNJA FOODSTUFF LLC”dən ümumi dəyəri 103.236,40 ABŞ dolları (95.606,40 $ + 7.630,00 $ = 103.236,40 $) olmaqla 95.606,40 ABŞ olları və 7.630,00 ABŞ dolları dəyərində xx.xx.2025-ci il tarixli 2025-931-974 nömrəli 2 (iki) Pro forma hesab-faktura (Proforma İnvoice) təqdim olunmuşdur. Bundan sonra, Şəxs MMC ilə “NİNJA FOODSTUFF LLC” arasında ümumi dəyəri 103.236,40 (95.606,40 $ + 7630,00 $ = 103.236.40 $) ABŞ dolları olmaqla 95.606,40 ABŞ dolları dəyərində və 7.630,00 ABŞ dolları dəyərində xx.xx.2025-ci il tarixli 2023-1378 nömrəli (xx.xx.2023-cü il tarixli müqavilənin nömrəsi ilə eyni) 2 (iki) alqı-satqı müqaviləsi (2.1-ci bənd) imzalanmışdır. “NİNJA FOODSTUFF LLC” tərəfindən ümumi dəyəri 378.871,80 BƏƏ dirhəmi və ya 103.234,82 ABŞ dolları ((144.216,80 AED (144.216,80 AED ÷ 3.67 = 39.296,13 $) + 138.670,00 AED (138.670,00 AED ÷ 3.67 = 37.784,74 $) + 95.985,00 AED (95.985,00 ÷ 3.67 = 26.153,96 $) = 378.871,80 AED (378.871,80 AED ÷ 3.67 = 103.234,82 $) 3 məbləğində olmaqla xx.xx.2025-ci il tarixli 2025-931 nömrəli ixrac hesab-fakturası (Export İnvoice) üzrə 144.216,80 BƏƏ dirhəmi (39.296,13 ABŞ dolları) dəyərində və 138.670,00 BƏƏ dirhəmi (37.784,74 ABŞ dolları), həmçinin xx.xx.2025-ci il tarixli 2025-974/987 nömrəli ixrac hesab-fakturası (Export İnvoice) üzrə 95.985,00 BƏƏ dirhəmi (26.153,96 ABŞ dolları) dəyərində (3 (üç) ixrac hesab-fakturası (Export İnvoice) əsasında mallar ixrac edilmişdir. xx.xx.2025-ci il tarixli XV8BSCs4 nömrəli ödəniş tapşırığı ilə 81.137,40 ABŞ dolları və xx.xx.2025-ci il tarixli Xvincv1N4 nömrəli ödəniş tapşırığı ilə isə 7.630,00 ABŞ dolları məbləğində vəsait, ümumilikdə isə 88.767,40 ABŞ dolları (81.137,40 $ + 7.630,00 $ = 88.767,40 $) məbləğində vəsait “NİNJA FOODSTUFF LLC”nin hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli **********4896 nömrəli gömrük bəyannaməsi ilə 144.216,80 BƏƏ dirhəmi (39.296,13 ABŞ dolları) dəyərində, xx.xx.2025-ci il tarixli **********5146 nömrəli gömrük bəyannaməsi ilə 138.670,00 BƏƏ dirhəmi (37.784,74 ABŞ dolları) dəyərində, xx.xx.2025-ci il tarixli **********0171 nömrəli gömrük bəyannaməsi ilə 95.985,00 BƏƏ dirhəmi (26.153,96 ABŞ dolları) dəyərində, ümumilikdə isə 378.871,80 AED (378.871.80 AED ÷ 3.67 = 103.234,82 $) dəyərində mallar Respublikamıza idxal olunmuş və həmin mallar üzrə gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. xx.xx.2025-ci il tarixli **********4896 nömrəli, xx.xx.2025-ci il tarixli **********5146 nömrəli və xx.xx.2025-ci il tarixli **********0171 nömrəli gömrük bəyannamələrinin 44-cü bölməsinin (Təqdim olunan sənədlər) 4011-ci sətrində xx.xx.2023- cü il tarixli 2023-1378 nömrəli alqı-satqı müqaviləsi, 8001-ci sətrində isə müvafiq olaraq 2025-931-974 nömrəli Pro forma hesab-faktura (Proforma İnvoice), həmçinin 2025-931 və 2025-974/987 nömrəli ixrac hesab-fakturaları (Export İnvoice) qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi 2025-ci ildə Şəxs MMC tərəfindən “NİNJA FOODSTUFF LLC”-dən 103.234,82 ABŞ dolları dəyərində mallar alınsa və Respublikamıza idxal olunsa da, “NİNJA FOODSTUFF LLC”nin hesabına 88.767.40 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Nəticədə köçürülmüş məbləğ sifariş məbləğindən 14.467,42 (103.234,82 $ - 88.767.40 $ = 14.467,42 $) ABŞ dolları azdır. 2025-ci ildə “NİNJA FOODSTUFF LLC”yə 14.467,42 ABŞ dolları (konvertasiya ilə bağlı 1,58 ABŞ dolları (bir dollar, əlli səkkiz sent) fərq yaranmışdır) az ödəməklə 2023-cü ildən qalmış 14.469.00 ABŞ dolları məbləğində vəsait əvəzləşdirilmişdir. “NİNJA FOODSTUFF LLC”dən alınmış malların xx.xx.2025-ci il tarixli (inzibati xəta haqqında protokolun tərtib olunduğu gündən 2 (iki) ay əvvəl) **********0171 nömrəli sonuncu gömrük bəyannaməsi ilə idxalından sonra, 2023-cü ildən “NİNJA FOODSTUFF LLC”də qalmış 14.469.00 ABŞ dolları məbləğində vəsait əvəzləşdirilmişdir. Vəsaitin əvəzləşdirilməsi ilə əlaqədar məlumat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektron poçt vasitəsilə təqdim edilmişdir. Göstərilənlərə əsasən, İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP0255515 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 etirazın məzmununa uyğun çıxış edərək nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan, əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 113571 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də ölkəyə həmin vəsaitin 14469 ABŞ dolları miqdarında hissəsi hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli, OX 14 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs 113571 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə 2023-1378 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə və 2023-1378 nömrəli, xx.xx.2023-cü il tarixli invoysa əsasən “NİNJA FOODSTUFF LLC” şirkətinin hesabına köçürmüşdür. 2023-1378 nömrəli, xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə ümumilikdə 113571 ABŞ dolları məbləğində mallar təqdim edilməsinə dair invoys verilmişdir. 2023-1378 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Şəxs və “NİNJA FOODSTUFF LLC” şirkəti arasında 113571 ABŞ dolları məbləğində xx.xx.2024-cü il tarixədək etibarlı olan müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixli, **********4896 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə 144216,8 BƏƏ dirhəmi dəyərində mallar göndərilmişdir. xx.xx.2025-ci il tarixli, **********5146 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə 138670 BƏƏ dirhəmi dəyərində mallar göndərilmişdir. xx.xx.2025-ci il tarixli, **********0171 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə 95985 BƏƏ dirhəmi dəyərində mallar göndərilmişdir. xx.xx.2025-ci il tarixli, XV8BSCs4 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs 81137,4 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 2023- 1378 saylı müqaviləyə əsasən “NİNJA FOODSTUFF LLC” şirkətinin hesabına köçürmüşdür. xx.xx.2025-ci il tarixli, Xvinv1N4 nömrəli ödəniş tapşırığından görünür ki, Şəxs 7630 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, 2023-1378 saylı müqaviləyə əsasən “NİNJA FOODSTUFF LLC” şirkətinin hesabına köçürmüşdür. xx.xx.2025-ci il tarixli, 2025-931-974 saylı invoysdan görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə ümumilikdə 95606,40 ABŞ dolları məbləğində mallar təqdim edilməsinə dair invoys verilmişdir. xx.xx.2025-ci il tarixli, 2023-1378 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şəxs və “NİNJA FOODSTUFF LLC” şirkəti arasında 95606,40 ABŞ dolları məbləğində xx.xx.2026-cı il tarixədək etibarlı olan müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixli, 2023-1378 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Şəxs və “NİNJA FOODSTUFF LLC” şirkəti arasında 7630 ABŞ dolları məbləğində xx.xx.2026-cı il tarixədək etibarlı olan müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, **********6160 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən Şəxsnə ümumilikdə 99102 ABŞ dolları dəyərində mallar göndərilmişdir. xx.xx.2025-ci il tarixli “NİNJA FOODSTUFF LLC” şirkəti tərəfindən verilmiş məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-yəǝ 2023/1378 nömrəli proforma hesab-faktura təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində tərəflər arasında 2023/1378 saylı müqavilə bağlanmışdır. Alqı-satqı zamanı müəyyən səbəblərdən malların miqdarı azaldılıb. Ona görə də, xx.xx.2023-cü il tarixli 2023/1691/1710/1711/1713 nömrəli kommersiya hesab-fakturasına (invoysuna) əsasən, "xxxx" MMC-yǝ 99 102,00 ABŞ dolları dəyərində mal ixrac etmişik. Köçürmə nəticəsində, hesab-faktura məbləğinin 99 102,00 ABŞ dolları olmasına baxmayaraq, Şəxs MMC-dən bank köçürməsi yolu ilə 113 571,00 ABŞ dolları məbləğində vəsait almışıq. Nəticədə, "xxxx" MMC-yə 14 469,00 ABŞ dolları məbləğində borcumuz yarandı. Bu il "xxxx" MMC-dən yeni sifariş almışıq. Biz xx.xx.2025ci il tarixində 2023-1378 saylı müqaviləyə əsasən 2 (iki) müxtəlif proforma hesab-faktura vermişik. Hər 2 (iki) proforma üzrə məbləğlər müvafiq olaraq 95 606,40 və 7 630,00 ABŞ dolları təşkil etmişdir. Ümumilikdə, xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə 378 871,80 BƏƏ dirhəmi (103 234,82 ABŞ dolları) dəyərində mal ixrac edilmişdir. Son sifarişlərin ödənilməsinə gəlincə, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində bank hesabımıza 88 767,40 ABŞ dolları (81 137,40 ABŞ dolları və 7 630,00 ABŞ dolları) köçürülüb. Sifariş invoysunun məbləği ilə müqayisədə "xxxx" MMC-dən 14 467,42 ABŞ dolları az vəsait əldə etmişik. Beləliklə, 2023-cü ildən qalan və "xxxx" MMC-yə məxsus 14 469,00 ABŞ dolları məbləğində vəsait kompensasiya edilib. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş 113571 ABŞ dolları məbləğində vəsaitin 14469 ABŞ dolları təşkil edən hissəsi hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsinə görə cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, **********6160 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs tərəfindən həmin vəsaitin 99102 ABŞ dolları təşkil edən hissəsi hesanına mallar ölkəyə idxal edilmişdir. Protokolda göstərildiyi kimi 14469 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların isə ölkəyə idxalı təsdiqini tapmamışdır. Lakin məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi həmin pulun əvəzinə onlara xarici şirkət tərəfindən növbəti alışlarında artıq malların göndərildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Şəxsnə müvafiq olaraq 81137,4 ABŞ dolları və 7630 ABŞ dolları məbləğində pul köçürmələri etmişdir. Həmin pul vəsaitlərinin müqabilində **********4896, **********5146, **********0171 sorğu nömrəli gömrük bəyannamələri gömrük bəyannamələri ilə ümumilikdə 378871,8 BƏƏ dirhəmi dəyərində mallar idxal edilmişdir. Qeyd edilən hər üç gömrük bəyannaməsində valyuta məzənnəsi “0,4629” olaraq qeyd edilmişdir. Həmin məzənnə əsas götürülərək hesablama aparılsa, Şəxs tərəfindən 103164,56 ABŞ dolları məbləğində mallar idxal edilmişdir. Göründüyü kimi Şəxs 88767,4 ABŞ dolları pulun əvəzinə ölkəyə 103164,56 ABŞ dolları dəyərində, yəni köçürdüyü puldan 14397,16 ABŞ dolları çox məbləğdə mallar idxal etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 2025-ci ildə Şəxs MMC tərəfindən “NİNJA FOODSTUFF LLC”-dən 103.234,82 ABŞ dolları dəyərində mallar alınması, bunun müqabilində “NİNJA FOODSTUFF LLC”nin hesabına 88.767.40 ABŞ dolları məbləğində vəsait köçürülməsi, **********0171 nömrəli sonuncu gömrük bəyannaməsi ilə malların Azərbaycan Respublikasına idxal edilərək 14.469.00 ABŞ dolları məbləğində vəsait əvəzləşdirilməsi barədə hüquqi şəxsin direktorunun etirazda göstərdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən aparılmış hesablamaya uyğun olaraq təqribən 472 ABŞ dolları vəsait hesabına alınmış malların ölkəyə idxalı öz təsdiqini tapmır ki, qeyd olunan məbləğ isə inzibati məsuliyyətə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Qanunvericinin həmin normanı qəbul etməkdə məqsədi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınmasıdır. Lakin hazırki halda hüquqi şəxs tərəfindən xaricə avans yolu ilə ödənilmiş məbləğ hesabına alınan mallar ölkəyə idxal edilmişdir. Belə olan halda, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə görülən tədbirlərlə bağlı olan münasibətlərin pozulmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, İXM-nin 430.4-cü maddəsində inzibati xəta tərkibi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə müəyyən edilmişdir. Hazırki iş üzrə Şəxs tərəfindən bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş 113571 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar 2 il ərzində ölkəyə idxal olunmuşdur. Odur ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu istisna olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar