Məhkəmə qərarları › İş №3(001)-4815/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4815/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4815/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs MMC-in təsərrüfat subyekti olan “ARAZ” marketdə xx.xx.2024-cü il tarixdə 500 ml-lik şüşə qablaşdırmada olan “Sirab” əmtəə nişanlı qazlı suyun piştaxtadakı qiymət kağızında qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq, kassada 1.10 manat hesablanaraq satılmaqla, istehlakçı az miqdarda aldadılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, 05 avqust 2024-cü ildə saat 17:56-da vətəndaş X6 Xidmətin çağrı mərkəzinə zəng edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə ünvan 1 ünvanda yerləşən “ARAZ” marketdən “Sirab” əmtəə nişanlı su almışdır. Məhsulun piştaxtadakı qiymətinin 1.05 manat qeyd olunmasına baxmayaraq, kassada ondan 1.10 manat vəsait alınmışdır. Qeyd olunanları əsas gətirməklə vətəndaş özünün istehlakçı hüquqlarının pozulduğunu, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. X1 müraciəti əsasında Xidmətdə araşdırma aparılmış, zəruri sübutlar götürülmüş,nəticədə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-in təsərrüfat subyekti olan “ARAZ” marketdə xx.xx.2024-cü il tarixdə 500 ml-lik şüşə qablaşdırmada olan “Sirab” adlı qazlı suyun piştaxtadakı qiymət kağızında qiymətinin 1.05 manat göstərilməsinə baxmayaraq, kassada 1.10 manat hesablanaraq satılmaqla, istehlakçının az miqdarda aldadılması öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında xx.xx.2024cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X3 izahatında göstərmişdir ki, vətəndaş X6 onlarla söhbətində qeyd olunan məsələdə anlaşılmazlıq olduğunu bildirmişdir. Onu izahat vermək üçün məhkəməyə dəvət etsələr də, naməlum səbəbdən məhkəməyə gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Çağrı Mərkəzinin müraciət vərəqəsindən görünür ki, 05 avqust 2024-cü ildə saat 17:56-da vətəndaş X6 (FİN 1EMABEX) Xidmətin çağrı mərkəzinə zəng edərək (telefon nömrəsi **********) bildirmişdir ki, xx.xx.2024-cü ildə ünvan 1 ünvanda yerləşən “ARAZ” marketdən “Sirab” əmtəə nişanlı su almışdır. Məhsulun piştaxtadakı qiymətinin 1.05 manat qeyd olunmasına baxmayaraq, kassada ondan 1.10 manat vəsait alınmışdır. Qeyd olunanları əsas gətirməklə özünün istehlakçı hüquqlarının pozulduğunu, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. X1 xx.xx.2024-cü ildə saat 17:35-də Xidmətə göndərdiyi Samsunq markalı Galaxy S23 modelli mobil telefonla çəkilmiş fotoşəkildən görünür ki, 500 ml-lik şüşə qablaşdırmada olan “Sirab” əmtəə nişanlı qazlı suyun piştaxtadakı qiymət kağızında qiyməti 1.05 manat göstərilmişdir. X1 Xidmətə göndərdiyi ünvan 1 ünvanda yerləşən “ARAZ” marketdən verilmiş kassa satış çekindən görünür ki, xx.xx.2024-cü ildə saat 17:40-da 500 ml-lik şüşə qablaşdırmada olan “Sirab” əmtəə nişanlı qazlı suyun qiyməti 1.10 manat olaraq hesablanıb satılmışdır. ünvan 1 ünvanda yerləşən “ARAZ” marketdən verilmiş kassa satış çekində məhsulun kassaya vurulduğu vaxt olaraq saat 17:40 qeyd olunsada bu, mağazadakı kassa aparatında saatın real vaxtdan təxminən 6 dəqiqə irəli olmasından qaynaqlanmışdır. Belə ki, həmin kassa çekində göstərilmiş Fiskal İD nömrəsini Dövlət Vergi Xidmətinin E- Kassa portalında yoxladıqda məlum olur ki, kassa çeki portala xx.xx.2024-cü il tarixdə saat 17:34:35-də daxil edilmişdir. Başqa sözlə, X1 Xidmətə göndərdiyi sübutlardakı məlumatlarda ziddiyyət yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 1-ci hissəsinə görə satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. 21-ci maddəsinə görə bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 447.0, 447.0.1-ci maddəsinə görə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC hüquqi şəxs qismində İXM-in 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə aşağı həddə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar