Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4822/2024 19.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 23294.40 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, tərəfindən Şəxs ilə Çin Xalq Respublikasında yerləşən “X1 Technology Co. LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Şəxs ilə "xxxx" MMC arasında yükdaşıma və ekspeditor xidmətləri haqqında müqavilə imzanmış, ekspeditor xidmətinin həyata keçirilməsi həmin şirkətə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə bağlı xx.xx.2022-ci il tarixdə “X1 Technology Co. LTD” şirkətinin hesabına 23294.40 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə mallar Azərbaycan Respublikasına idxal edilmiş və ekspeditor xidmətlərini həyata keçirən şirkət tərəfindən gömrük bəyannamələri tərtib edilmişdir. Lakin tərtib edilmiş gömrük bəyannaməsində texniki səhvlər olduğuna görə köçürməni həyat keçirmiş bank tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunmuş və sonuncu tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gömrük bəyannamələrində düzəlişlər edilməsi ilə bağlı tərəfindən Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirkaçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə olan xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Şəxs ilə Çin Xalq Respublikasında yerləşən “X1 Technology Co. LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin əsasında xx.xx.2022-ci il tarixdə həmin şirkətin hesabına köçürülmüş 23294.40 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar idxal edilmiş və ekspeditor xidmətini həyata keçirən "xxxx" MMC tərəfindən gömrük bəyannamələri verilmiş, lakin həmin bəyannamələrdə texniki səhvlərə yol verilmişdir. Bununla bağlı Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati icraatla bağlı əlavə sübutların toplanması, göstərilən xüsusatların araşdırılması üçün Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4822/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4822/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver