Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-483/2023 08.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Shakirova Altynın etibarnamə üzrə nümayəndəsi X2, X1, Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırovun iştirakı ilə xx.xx.1986-ci il tarixdə Qırğız Respublikasında anadan olmuş, Qırğız Respublikasının vətəndaşı, müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayan borclu "xxxx" MMC-nin direktoru Shakirova Altynın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Binəqədi rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru Shakirova Altynın İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçı X9 cavabdeh "xxxx" MMC –nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X6 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi müəyyən edilmişdir.Borclu icra sənədini 10 (on) gün ərzində icra etməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, o, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov izahatında bildirdi ki, borclu Shakirova Altyn - Binəqədi rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar Emin Babayevə məcburi iş buraxma müddəti üçün əmək haqqını tam ödəməkdən imtina etmişdir.Buna görə də, "xxxx" MMC-nin direktoru Shakirova Altynın İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X9 bildirdi ki, borclu X8 rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar Emin Babayevə məcburi iş buraxma müddəti üçün əmək haqqını tam ödəməkdən imtina etmişdir.Buna görə də, "xxxx" MMC-nin direktoru Shakirova Altynın İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin direktoru Shakirova Altynın etibarnamə üzrə nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" MMC ilə X9 arasında bağlanan əmək müqaviləsi müddətli əmək müqaviləsidir və bu müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir.Eyni zamanda, "xxxx" MMC Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsinə əsasən X7 işə bərpa etmiş və məcburi işburaxma müddəti üçün, yəni xx.xx.2020-xx.xx.2020-ci ilə görə ona müvafiq əmək haqqı məbləğini ödəmişdir.Əmək münasibətlərinin davam etdirilməsi və X6 Binəqədi rayon İcra Şöbəsinin Binəqədi rayon Məhkəməsinə ünvanladığı ərizədə göstərilən 7836,54 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün E.Babayevlə MolBulak BOKT MMC arasında yeni əmək müqaviləsi bağlanmalı idi.Həmin icra sənədində MolBulak BOKT MMC-nin üzərinə X9 ilə yeni əmək müqaviləsi bağlanılması öhdəliyi qoyulmamışdır.AR Konstitusiyasının 35-ci maddəsinə əsasən heç kəs zorla işlədilə bilməz, əmək müqaviləsi sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlanmağa məcbur edilə bilməz. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmiş, daha sonra həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 3(103)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədə saxlanılmışdır.Borclunun nümayəndəsi yuxarıda göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmurunu, tələbkarı, borclunun nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 781/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20ş/h saylı əmri ləğv edilməsi, iddiaçı X9 cavabdeh "xxxx" MMC –nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X6 məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2168/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Shakirova Altyn tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)- 2652/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 2411 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 781/2021 saylı, xx.xx.2021 ci il tarixli icra vərəqəsi tərəflərindən xx.xx.2021-ci il tarixdə tam icra olunmuşdur. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış 2811 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 781/2021 saylı, xx.xx.2021 ci il tarixli icra vərəqəsi tərəflərindən tam icra olunduğundan icra işinə xitam verilməsini xahiş etmişdirlər. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, X1 şikayəti təmin edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «MolBulak Bank olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Şhakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(001)-2237/2022 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2237/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir.Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, X1 şikayəti təmin edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «MolBulak Bank olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Şhakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 3(001)-2237/2022 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "xxxx" MMC-nin direktoru Şhakirova Altyn tərəfindən Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmişdir.Belə olan halda, "xxxx" MMC-nin direktoru Şhakirova Altıyın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir.Bununla da, məhkəmə hesab edir ki, Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-483/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-483/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver