Məhkəmə qərarları › İş №3(001)-484/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-484/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-484/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işlərinin aparılması cavabdehlər Şəxs, X2 və başqa şəxslərə qadağan edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işlərinin aparılması cavabdehlər Şəxs, X2 və başqa şəxslərə qadağan edilmişdir. İcra sənədi 23 yanvar 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Şəxs icra sənədini icra etmədiyindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Böyük icra məmuru A.Ə.Əhmədov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işləri aparılan ərazidə olmuşdur, tikinti işləri Şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən aparılır, icra sənədində borclu kimi Şəxs adı qeyd edildiyindən inzibati xəta haqqında protokol onun barəsində tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işlərinin aparılması cavabdehlər Şəxs, X2 və başqa şəxslərə qadağan edilmişdir. Halbuki, o sözügedən ünvanda heç vaxt tikinti işləri aparmamışdır. Belə ki, qeyd olunan torpaq sahəsi sənədsizdir və vaxtilə onun istifadəsində olmuşdur. Bir neçə ilə öncə həmin torpaq sahəsini müəyyən ödəniş qarşılığında başqa bir şəxsə satmışdır. Sözügedən torpaq sahəsində tikinti işlərini torpağı alan şəxs aparır. Məhkəmədə iştirakı təmin edilmədiyindən bu barədə məlumat verə bilməmiş, nəticədə bir neçə il öncə başqa şəxsə satdığı torpaq sahəsində həmin şəxsin apardığı tikinti işlərinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işlərinin aparılması cavabdehlər Şəxs, X2 və başqa şəxslərə qadağan edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. İcra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarından, habelə icra işindən görünür ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işləri aparılmamışdır və hazırda da aparılmır, tikinti işlərini aparan başqa şəxsdir. İcra sənədində borclu kimi Şəxs adı qeyd edildiyindən inzibati xəta haqqında protokol onun barəsində tərtib edilmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Belə ki, icra məmuru məhkəmədə təsdiq etmişdir ki, borclu Şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən 12 saylı yaşayış binasının qarşısında tikinti işləri aparmamışdır və hazırda da aparmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarını icra etmədiyini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-22/2023 saylı, 19 yanvar 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar