Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-485/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi ilə, X1 X9 Xidməti Bakı şəhər İdarəsinin 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 X9 Xidməti Bakı şəhər İdarəsinin 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, “X10” MMC-nin ünvanına X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-5/2-51158/2023 saylı bildiriş daxil olmuşdur. Bildirişdə vətəndaşın müraciəti əsasında müəyyən edilmişdir ki, “X10” MMC-də inzibati xəta əlamətləri aşkar edilmişdir və inzibati xəta haqqında Protokol tərtib edilməsi üçün xx.xx.2023-cü il tarixdə dəvət edilməyim qeyd edilmişdir. “X10” MMCnin direktor müşaviri tərəfindən X9 Xidməti Bakı şəhər idarəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış və qeyd edilmişdir ki, hal hazırda direktor məzuniyyətdə olması səbəbilə məktubunuza qənaətbəxş cavab verə bilmirəm. Yenidən “X10” MMC-nin ünvanına X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-5/2- 53086/2023 saylı Bildiriş daxil olmuşdur. Bildirişdə barəmdə xx.xx.2023-cü il tarixdə Protokol tərtib edildiyi və xx.xx.2023-cü il tarixdə həmin Protokol üzrə işə baxılması üçün dəvət edildiyim qeyd edilmişdir. Yenidən “X10” MMC-nin direktor müşaviri tərəfindən X9 Xidməti Bakı şəhər idarəsinə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış və qeyd edilmişdir ki, hal-hazırda direktor məzuniyyətdə olması səbəbilə məktubunuza qənaətbəxş cavab verə bilmirəm. Məzuniyyət əmri də məktuba əlavə edilmişdir. X9 Xidməti Bakı şəhər idarəsi “X10” MMC-nin direktoru vəzifəli şəxs qismində mənim barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 22 dekabr 2023-cü il tarixli MN № ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edərək, həmin Məcəllənin eyni maddəsi ilə İnzibati xəta haqqında 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı Qərar qəbul etmişdir və inzibati məsuliyyət müəyyən etmişdir. Hesab edirəm ki, yuxarıda adları qeyd edilən Protokol və Qərar qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X9 Xidməti Bakı şəhər İdarəsinin 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərarına əsasən vətəndaş X11 əmək müqaviləsinin ləğv olunması ilə bağlı yazılı ərizə ilə müraciət etmədiyi halda işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsas göstərilərək xitam verilmişdir və X6 İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol, qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Məhkəmə qeyd edir ki, şikayətçinin şikayətində qeyd etdiyi hallar inzibati tənbeh tətbiq edilməsinə dair qərarın əsassızlığına səbəb olmur. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 X9 Xidməti Bakı şəhər İdarəsinin 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-485/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-485/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver