Məhkəmə qərarları › İş №3(001)-4850/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4850/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4850/2024 16.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-in nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 11 saylı RETSİ) hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına 11 saylı RETSİ-dən hüquqi şəxs Şəxs ASC tərəfindən İXM-in 253-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanda yerləşən Şəxs ASC-in xüsusi mülkiyyətində olan torpaq sahəsində xx.xx.2024-cü ildə yaşıllıqların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş 11 saylı RETSİ-in nümayəndəsi X5 bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən Şəxs ASC-in xüsusi mülkiyyətində olan torpaq sahəsində xx.xx.2024-cü ildə yaşıllıqların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və X1 168 Çağrı Mərkəzinə vətəndaş müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında araşdırma aparılmış, həqiqətəndə cəmiyyət tərəfindən yaşıllıqların qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülmədiyi öz təsdiqini tapmışdır.Qeyd olunanlara əsasən Şəxs ASC barəsində İXM-in 253-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs ASC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-in nümayəndəsi X6 izahatında göstərmişdir ki, təmsil etdiyi cəmiyyət inzibati xətanın törədilməsini qəbul edir. Yaşıllıqların qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməsini təmin ediləcəkdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs ASC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 saylı RETSİ-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 85956 nömrəli Aktın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs ASC-in xüsusi mülkiyyətində olan torpaq sahəsində xx.xx.2024-cü ildə yaşıllıqların qanunla müəyyən edilən mühafizə tədbirləri görülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 253-1.4-cü maddəsinə görə şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə -vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ASC hüquqi şəxs qismində İXM-in 253-1.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə aşağı həddə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar