Məhkəmə qərarları › İş №3(001)-4851/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4851/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4851/2024 30.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X1 iştirakı ilə, , Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100-02146/24 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100- 02146/24 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilən mallarla bağlı təqdim edilən xx.xx.2024-cü il tarixli, **********2181 sorğu nömrəli idxal bəyannaməsində və mallar gömrük ərazisinə daxil olmadan tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********4835 sorğu nömrəli qısa idxal bəyannaməsində malların invoys dəyəri arasında uyğunsuzluq olmuşdur. Ona görə də Şəxs barəsində İXMin 485.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC-nin ünvanına Danimarkadan 27AC615/27ZA088 nömrə nişanlı yük avtomaşınının üzərində olan TTNU ******* nömrəli konteynerdə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********2181 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallarla bağlı **********4835 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsi tərtib edilmişdir. Bakı Baş Gömrük idarəsinə təqdim edilmiş **********2181 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində malların invoys dəyəri 5975.66 ABŞ dolları olaraq qeyd edilmiş, lakin qısa idxal bəyannməsində malların invoys dəyəri səhvən 60231.60 ABŞ dolları olaraq göstərilmişdir. Məhkəmədən qeyd edilənləri nəzərə almağı xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki Şəxs tərəfindən İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli, **********4835 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən ünvanına Danimarka Respublikasından gələn mallar Azərbaycan Respublikası ərazisinə çatmamış, qısa idxal bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 60231.60 ABŞ dolları olaraq göstərilmişdir. xx.xx.2024-cü il tarixli, **********2181 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanına Danimarka Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmiş və bəyannamədə həmin malların ümumi invoys dəyəri 57975,66 ABŞ dolları olaraq göstərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00100- 02146/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Danimarkadan 27AC615/27ZA088 nömrə nişanlı yük avtomaşınının üzərindən olan TTNU ******* nömrəli konteynerdə daxil olmuş və Bakı Bas Gömrük idarəsində **********2181 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl **********4835 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Danimarkadan 27AC615/27ZA088 nömrə nişanlı yük avtomaşınının üzərində olan TTNU ******* nömrəli konteynerdə daxil olmuş malların ümumi invoys dəyəri 57975.66 ABŞ dolları təşkil etmiş, **********2181 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində malların ümumi invoys dəyəri 57975.66 ABS dolları bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********4835 sorğu nömrəli xx.xx.2024-cü il tarixli qısa idxal bəyannaməsində malların ümumi invoys dəyəri 60231.60 ABS dolları qeyd edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına Danimarkadan 27AC615/27ZA088 nömrə nişanlı yük avtomaşınının üzərindən olan TTNU ******* nömrəli konteynerdə daxil olmuş malların ümumi invovs dəyəri 57975.66 ABŞ dolları təşkil etsə də, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına təqdim edilmiş **********4835 sorğu nömrəli xx.xx.2024cü il tarixli qısa idxal bəyannaməsində malların ümumi invovs dəyəri 60231.60 ABŞ dolları qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-in 485.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən onun ünvanına göndərilən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmiş xx.xx.2024-cü il tarixli, **********4835 sorğu nömrəli qısa idxal bəyannaməsində qeyd edilən malların invoys dəyəri ilə xx.xx.2024-cü il tarixli, **********2181 sorğu nömrəli gömrük bəyannaməsində qeyd edilən invoys dəyəri fərqli olmuşdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki Şəxs tərəfindən təhrif olunmuş məlumatın verilməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar