Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-487/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə 4-cü Polis Bölməsində ictimai qaydanı və iş rejimini pozara polisi təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək, içkili olduğu üçün polis əməkdaşlarını təhqir etdiyini, bölmədə onların iş rejimini pozduğunu qeyd edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. O qeyd etmişdir ki, Şəxs yolda ətrafdakı şəxslərə qarşı nalayiq ifadələr işlətmiş, polis əməkdaşları bunu görüb yaxınlaşdıqda oradakı iaşə obyektlərində işləyən vətəndaşlar ondan şikayət edərək kafelərdə yeyib hesabı ödəməkdən imtina etdiyini, onları təhqir etdiyini söyləmişdirlər. Vətəndaşa yaxınlaşaraq sakitləşdirməyə çalışılsa da onlara tabesizlik edərək təhqir etməyə başlamışdır. Bu səbəbdən onun barəsində məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri xidmət apardıqları 18 saylı piyada marşrutda xidmətdə olarkən Məlikov adına xəstəxanın yanında yerləşən bazarda bir nəfər şəxsin yolda keçən vətəndaşlara nalayiq ifadələ işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman orada müxtəlif iaşə obyektlərində işləyən vətəndaşlar yaxınlaşaraq həmin şəxsin müxtəlif yerlərdə qida qəbul edərək ödəniş etməkdən imtina etdiyini bildirdilər. Bu zaman vətəndaşdan bunu niyə etdiyi soruşulduqda həmin şəxs polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Həmin şəxsin içkili vəziyyətdə olduğunu görüb onu nBinəqədi RPİ-nin 4-cü Polis Bölməsinə aparmışdırlar. İşdə olan 2/2589 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluğu tibbi müayinə edilən zaman dərəcəsi orta kimi qiymətləndirilmişdir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs məhkəmə iclas zalında əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və barəsində ilk dəfə AR İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, araşdırma zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-487/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-487/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver