Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4872/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə 17 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin şikayətə baxılması 11 dekabr 2023-cü il tarixə saat 14.30 tarixə təyin olunmuşdur. Məhkəmə iclasında çıxış edən X2 məhkəməyə ərizə təqdim edərək yaranmış zərurətlə əlaqədar şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş inzibati orqan Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şikayətçini dinləyib, şikayətçinin ərizəsini və iş materiallarını araşdırıb, sübutlara məcburi halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hesab edirəm ki, şikayətçi şikayətini geri götürdüyündən və bu fakt iş materiallarında olan ərizəsinə əsasən təsdiq edildiyindən X1 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-4872/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4872/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver