Məhkəmə qərarları › İş №3(001)-4874/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4874/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4874/2023 17.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in sahə rəisi, polis polkovnik-leytenantı X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə elektrik işləyən, əvvəllər məhkum olunmuş, Laçın rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu Qaçqınlar şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən bir ədəd samovarı gizli yolla talayaraq zərər çəkmiş X7 95 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 1 ünvanda yaşayan X1 yas mərasimində istifadə etmək üçün bir ədəd samovarı götürüb vəd etdiyi 2 gün müddətində geri qaytarmamaqla C.Tanverdiyevin 300 manat dəyərində əmlakını aldatma yolu ilə ələ keçirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in sahə rəisi, polis polkovnik-leytenantı X10 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş 40-cı PB-in sahə rəisi, polis polkovnikleytenantı X10 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs ərazidə xırda talama ilə məşğul olan şəxs kimi nəzarətdədir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək ev sahibi X7 yas mərasimi olduğunu deyib bir neçə günə qaytarmaq şərti ilə samovarını istəmişdir. K.Bəzirova samovarı ona verməmişdir. Bir qədər sonra K.Bəzirova uşağını məktəbdən götürmək üçün evdən çıxmış, bu zaman həyətin qapısını açarla bağlamamışdır. Evə qayıdıb həyətə daxil olduqda isə samovarın oğurlandığını aşkar etmişdir. Başa düşmüşdür ki, samovarını bir qədər əvvəl yas mərasimi ilə adı ilə ondan istəmiş, lakin vermədiyi şəxs oğurlamışdır. Dərhal DİN-in 102 Zəng Xidmətinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları Şəxs saxlayıb həmin həyətə aparmış, K.Bəzirova Şəxs görən kimi dərhal tanımışdır. K.Bəzirova bildirmişdir ki, evinə gətirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında ondan yas mərasimi adlı ilə bir neçə günə qaytarmaq şərti ilə samovarını istəyən şəxsdir. X7 oğurluq nəticəsində 95 manat ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa, Şəxs xx.xx.2023-cü il tarixdə eyni üsulla ünvan 1 ünvanda yaşayan X2 həyətinə gələrək yas mərasimi olduğunu, orada istifadə etmək üçün samovarını verməsini istəmiş, samovarı iki günə geri qaytaracağını bildirmişdir. C.Tanverdiyev iki günə geri qaytarmaq şərti ilə samovarı ona vermişdir. Lakin Şəxs vədinə əməl etməmiş, C.Tanverdiyevin 300 manat dəyərində samovarını aldatma yolu ilə ələ keçirmişdir. Məhkəməyə gələrkən C.Tarverdiyevlə telefon əlaqəsi yaratmış, C.Tarverdiyev samovarının Şəxs qardaşı tərəfindən təzəlikcə ona qaytarıldığını bildirmişdir. Bununla belə Şəxs ilə barışmamışdır. Vətəndaşların Şəxs haqlı narazı olmalarını nəzərə alıb onun ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən bir ədəd samovarı gizli yolla talamamışdır. X8 tanımır və həmin gün ondan yas mərasimi üçün samovar istəməmişdir. 40-cı PB-in əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə aparılsa da, K.Bəzirova düzgün izahat verməmiş, onu səhv tanımışdır. Odur ki, həmin fakt üzrə özünü təqsirli bilmir. Digər faktla bağlı bildirir ki, təxminən noyabr ayının 11-12 də tanışı Fərid ona müraciət edərək, dostunun yas mərasimi olduğu üçün samovar lazım olduğunu bildirmişdir. Samovarı kimdən tapmağın mümkün oduğunu düşünərkən tanışı Kərimin atası Canyar kişi ağlına gəlmişdir. Bu məqsədlə onların yaşadıqları ünvan 1 ünvana getmişdir. Canyardan tanışının yas mərasimi olduğunu, orada istifadə etmək üçün samovarını verməsini istəmiş, samovarı iki günə geri qaytaracağını bildirmişdir. Canyar iki günə geri qaytarmaq şərti ilə samovarı ona vermişdir. Samovarı götürüb Fəridə versə də, Fərid vədinə əməl etməmiş, samovarı qaytarmamışdır. Canyar isə polisə şikayət etmişdir. İşi məhkəməyə verilərkən qardaşı samovarı Canyara qaytarmışdır. Ona görə də həmin əməldə özünü qismən təqsirli bilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 40-cı PB-yə göndərilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 40-cı PB-yə göndərilmişdir. Materialda olan zərər çəkmiş X9 40-cı PB-yə yazdığı izahatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək ona yas mərasimi olduğunu deyib bir neçə günə qaytarmaq şərti ilə samovarını istəmişdir. Samovarı ona verməmişdir. Bir qədər sonra uşağını məktəbdən götürmək üçün evdən çıxmış, bu zaman həyətin qapısını açarla bağlamamışdır. Evə qayıdıb həyətə daxil olduqda samovarın oğurlandığını aşkar etmişdir. Başa düşmüşdür ki, samovarını bir qədər əvvəl yas mərasimi ilə əlaqədar ondan istəmiş, lakin vermədiyi şəxs oğurlamışdır. Dərhal DİN-in 102 Zəng Xidmətinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları Şəxs saxlayıb həyətə gətirmiş, onu görən kimi dərhal tanımışdır. Həmin şəxs xx.xx.2023cü ildə axşam saatlarında ondan yas mərasimi olduğunu deyib bir neçə günə qaytarmaq şərti ilə samovarını istəyən şəxs, yəni Şəxs olmuşdur. Oğurluq nəticəsində ona 95 manat ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. Zərər çəkmiş X11 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə zərər çəkmiş X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Materialda olan zərər çəkmiş X2 40-cı PB-yə yazdığı izahatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvana yas mərasimi olduğunu, orada istifadə etmək üçün samovarını verməsini istəmiş, samovarı iki günə geri qaytaracağını bildirmişdir. İki günə geri qaytarmaq şərti ilə samovarı Ayhana vermişdir. Lakin Ayhan vədinə əməl etməmiş, 300 manat dəyərində samovarını aldatma yolu ilə ələ keçirmişdir. Buna görə DİN-in 102 Zəng Xidmətinə məlumat vermişdir. Zərər çəkmiş X4 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə zərər çəkmiş X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə işə baxılarkən zərər çəkmiş C.Tanverdiyevlə telefon əlaqəsi yaradılmış, C.Tarverdiyev samovarının Şəxs qardaşı tərəfindən az əvvəl ona qaytarıldığını, bununla belə Şəxs barışıq vermədiyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxslərin izahatları və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən bir ədəd samovarı gizli yolla talamadığına dair izahatını özünümüdafiə kimi qiymətləndirib rədd edir. Belə ki, işin təsvir edilmiş hallarından görünür ki, zərər çəkmiş X3 Ayhan Həkimxan oğlunu görüb tanımış, Ayhanın xx.xx.2023-cü ildə axşam saatlarında yaşadığı həyətə gələrək yas mərasimi olduğunu deyib ondan bir neçə günə qaytarmaq şərti ilə samovarını istəyən şəxs olduğunu bildirmişdir. Halbuki, Şəxs zərər çəkmiş X9 yaşadığı həyətə ümumiyyətlə getmədiyini və ondan samovar istəmədiyini bildirmişdir. Bundan başqa işdən görünür ki, Şəxs özünü təqsirli bildiyi digər fakt üzrə də samovarı eyni üsulla talamışdır. Qeyd olunanlar Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətindən bir ədəd samovarı gizli yolla talamadığına dair izahatının məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verildiyini təsdiq edir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.7-ci maddəsinə əsaslanmaqla bir fakt üzrə törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasını (samovarın sahibinə qaytarılmasını) Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, işdə İXM-in 39.2-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Belə ki, İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşdən görünür ki, Şəxs zərər çəkmiş C.Tarverdiyevin samovarını qaytarsa da, C.Tarverdiyevlə barışmamışdır. Ona görə də onun barəsində İXM-in 39.2-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyanı tam ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, zərər çəkmiş K.Bəzirovaya vurduğu maddi ziyanı ödəməmişdir, zərər çəkmiş şəxslərin heç biri ilə barışığı yoxdur. Təkzibedilməz sübutlar olmasına baxmayaraq bir fakt üzrə əsaslı arqumentlər gətirmədən özünü təqsirli bilmir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar