Məhkəmə qərarları › İş №3(001)-4876/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4876/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4876/2025 07.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, “Lider” Vəkil Bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 239-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 239-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 89655 saylı akt ilə təsdiq edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ərazi yurisdiksiyası Abşeron rayonu, Sumqayıt və Xızı şəhərlərinin ərazilərini əhatə edir. Şəxs MMC də Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında fəaliyyət göstərir. İnzibati xəta hadisəsi Abşeron rayonu ərazisində törədilmişdir. Odur ki, statistik məlumatların təqdim edilmədiyini nəzərə alaraq, Şəxs MMC barəsində inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunan zaman İdarənin Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 080124 nömrəli tibbi tullantıların daşınması və utilizasiyası xidmətlərinin göstərilməsinin "xxxx" MMC-yə həvalə olunması barədə məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubda 4 saylı RETSİ tərəfindən TÜRK MED MEDİCAL CENTER” MMC-nin ünvanı olan Abşeron rayonu, Masazır qəsəbəsinə göndərilmiş xx.xx.2024-cü il tarixli 3-14-43/2-1521/2024 nömrəli xəbərdarlıq məktubunun göndərilməsi qeyd olunsa da, iş materiallarına xx.xx.2024-cü il tarixli məktub iş materiallarına əlavə edilməmiş, məktubun təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “Lider” Vəkil Bürosunun vəkili Vəkil inzibati xəta haqqında protokola dair etiraz təqdim edərək göstərmişdir ki, 1. İlk növbədə, hazırki iş üzrə hüquqi qiymət verilməli olan hallardan biri inzibati xəta haqqında protokolun səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib -edilib edilməməsi ilə bağlıdır. Belə ki , AR İXM-nin 109.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilməlidir. Məlum olduğu kimi “ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 12.10-cu , 14.1.2-ci maddələrinə, AR Mülki Məcəllənin 51-ci və AR İXM-nin 112.4-ci maddələrinə uyğun olaraq müəssisənin fəaliyyət ünvanı və ərazi aidiyyəti AZ 1116, Bakı şəhəri Binəqədi rayonu olduğu üçün uyğun olaraq Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(012)-934/2025 nömrəli qərardadına əsasən inzibati xəta haqqında iş aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Lakin hazırki işə məhkəmə tərəfindən baxılmamalı və materiallar orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan da aydın göründüyü kimi həmin protokol AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsi (Sumqayıt şəhəri üzrə) tərəfindən tərtib edilmişdir. Halbuki, müəssisənin ərazi aidiyyəti üzrə (Binəqədi rayonu) onun barəsində yalnız AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsi (Bakı şəhəri üzrə) inzibati xəta haqqında protokol tərib etmək səlahiyyətinə malikdir. Yəni, 4 saylı idarə 11 saylı İdarənin yurisdiksiyasında olan hallarla bağlı hər hansı sənəd tərtib etmək hüququ yoxdur. Belə ki , Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli 126/Ü nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnamənin” 1.2-ci bəndinə əsasən Bakı şəhəri həmin İdarənin xidməti ərazisidir. Həmin Əsasnamənin 1.3-cü , 1.4-cü, 4.0.1-ci, 4.0.8-ci və 5.7-ci bəndlərinə əsasən İdarə məhz öz xidməti ərazisi daxilində hərkət etmək, qərar qəbul etmək, sənəd tələb etmək və protokol tərtib etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2023-cü il 13 fevral tarixli 126/LT nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi haqqında Əsasnamənin” 1.2-ci bəndinə əsasən İdarənin xidməti ərazisi Sumqayıt şəhəri və Xızı inzibati rayonlarını əhatə edir. Aydın olduğu kimi hazırda Bakı şəhəri üzrə yurisdiksiyaya tabe olan Şəxs MMC barəsində yalnız 11 saylı İdarə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malikdi. Əgər inzibati xəta olduğunu iddia edilirsə bu barədə sənədləri 11 saylı İdarə tərtib etməli və Binəqədi rayon Məhkəməsinə göndərməlidir. Lakin hazırki protokol və digər sənədlər qanunvericiliyin tələbi kobud surətdə pozulmaqla tərtib edilmişdir. Bu səbəbdən AR İXM-nin 109.1.6-ci maddəsinə uyğun olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildiyinə görə sənədləri geri qaytarılması barədə qərardad qəbul edilməlidir.

2. Hazırki iş üzrə obyektiv məhkəmə araşdırılması aparılmalı, hazırki protokolun tərtib edilməsinə əsas olan AR İXM-nin 239-cu maddəsi ilə bağlı inzibati xətanın bütün tərkib elementlərinin olub-olmaması dəqiq müəyyən edilməlidir. Belə ki , bəhs edilən maddənin dizpozisiyasına əsasən inzibati məsuliyyətə səbəb olan əməl - Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasıdır. Qeyd edir ki, müəssisə inzibati məsuliyyətə səbəb olan həmin əməli törətməmiş, yəni ətraf mühitin müəssisə (istehsalat) monitorinqi, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmış və tələb edilən bütün sənədlər tərtib edilmişdir. Belə ki , tibbi tullantıların yığılması üçün xüsusi konteynerlər quraşdırılmış , müvafiq səlahiyyətli ixtisaslaşdırılmış qurum (AzəriFood-2007 MMC) ilə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqavilə , akt və digər sənədlər tərtib edilmiş , xüsusi kitabça hazırlanmış, müvafiq statistik hesabat Bakı Statistika İdarəsinə təqdim edilmiş və qanunvericiliklə tələb edilən bütün tədbirlər həyata keçirilmişdir. Buna baxmayaraq inzibati orqan qanunsuz və qərəzli olaraq barələrində inzibati xəta haqqında protokol tərtib etmişdir. Çünki inzibati xətaya səbəb olan hər hansı əmələ yol verilməmişdir. Eyni zamanda qeyd edir ki, müəssisə müalicə profilaktika qurumu olmaqla cərahiyyə əməliyyatlarını həyata keçirmir. Sadəcə tibbi analizlər keçirilir. Yəni, poliklinika xidmətləri göstərilir. Fəaliyyətləri nəticəsində xüsusilə təhlükəli tibbi tullantılar yaranmır. Həmçinin, atmoster havasına və ya su təssərüfatına qarşı müəssisələrinin hər hansı çirklənmə mənbəyi mövcud deyildi. Yalnız fəaliyyət zamanı tibbi tullantılar yaranır və onların uçotu -hesabatı aparılmaqla zərərsizləşdirilir. AR İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) və inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallara aid edilmişdir. Hazırda inzibati xətanın törədilməsi tamamilə istisna edilir. Belə ki, AR İXM-nin 239-cu maddəsinə əsasən monitorinqin , uçot və hesabatın aparılmaması inzibati xəta hadisəsi hesab edilir. Lakin hesabat və uçot, lazimi digər sənədlər müəssisə tərəflərindən tərtib edilmişdir. Bununla belə tərtib edilmiş hesabat və sənədlər yalnız ərazi yurisdiksiyasına əsasən 11 saylı İdarə ilə razılaşdırılmalıdır. Həmin İdarədən isə müəssisələrinə qarşı hər hansı pretenziya irəli sürülməmişdir. Xüsusilə nəzrə alınmaldır ki, tibbi tullantılar ilə bağlı məhz iki əməl inzibati xətaya səbəb olur: 1.Tullantılar ilə bağlı uçot və hesabatın aparılmaması ( AR İXM –nin 239-cu maddəsi) 2. 2 GT ( tibbi tullantılar ) hesabatının rəsmi statistika orqanına təqdim edilməməsi . (İXM-nin 389-cu maddəsi) Birinci əməl , AR İXM-nin 239-cu maddəsi ilə müəyyən edilmiş xətaya yol verilməmiş , yəni hesabat və uçot vaxtı-vaxtında aparılmışdır. İkinci əməl , yəni rəsmi statistik hesabatın (məlumatın) təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi AR İXM-nin 389-cu maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Bu baxımdan nəzərə alınmalıdır ki , "Rəsmi statistika haqqında " qanunun 27-ci maddəsinə əsasən rəsmi statistika materiallarının istehsalı üçün zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim edilməməsinə, hesabatların təhrif edilməsinə, habelə inzibati mənbələrə girişi təmin etmədiklərinə görə cavabdeh şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə AR Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.38-ci bəndinə əsasən AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi baxır. Aydın olduğu kimi hazırda bu iki əməldən heç biri törədilməmişdir. Hətta rəsmi statistik hesabat vaxtında təqdim edilməmiş olsaydı da belə, bu inzibati xətaya dair protokol tərtib etmək 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətinə aid deyildi. Belə ki, qanuna əsasən bu xətaya görə məhz ststistika qurumu inzibati xəta haqqında protokol tərtib edə bilər. Lakin hazırda tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı 21144658 nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsi kimi məhz - uçot və hesabatın aparılmaması göstərilmişdi. Bu hal da məhkəməyə təqdim etdikləri uçot və hesabat sənədləri ilə tam təkzib edilir. Digər tərəfdən inzibati orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarda müəssisənin hesabatları təqdim etməməsi qeyd edilir. Bu əməl AR İXM-nin 239-cu maddəsi ilə əhatə edilmir. Hesabat və uçot sənədlərinin aparılmamasından fərqli olaraq, bu sənədlərin ekeologiya qurumu ilə razılaşdırılmaması inzibati məsuliyyətə səbəb olan əməl deyildi. Nəzərə almaq lazımdır ki, AR İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda uçot və hesabatların ekologiya qurumu ilə razılaşdırılmaması inzibati xətalar qanunvericiliyində inzibati xəta əməli kimi nəzərdə tutulmamışdır. Beləliklə , xx.xx.2025-ci il tarixli MN seriyalı 21144658 nömrəli inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur və iş üzrə icraata xitam verilməlidir.

3. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda həm də, müəssisə tərəfindən münasibətdə “ X2 Fonduna” ödəniş edilməli olduğu qeyd edilir. Bu da tamamilə qanunsuz tələbdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş " Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları"nın 11-ci bəndinə əsasən çirkləndirici maddələrin atılmasına görə ödəniş çirkləndirmə nəticəsində ətraf mühitə vurulan ziyanın kompensasiyasıdır və təbiətdən istifadəçilərin sərəncamında qalan qazancdan (gəlirdən) ödənilir. Həmin Qaydaların 17-ci bəndinə əsasən təbiətdən istifadəçilər ödənişləri 2 ay ardıcıl olaraq ödəmədikdə, bu Qaydaların 4cü hissəsinə müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyi məhkəməyə müraciət edirlər. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş 6 nömrəli əlavəyə əsasən "Tullantıların yerləşdirilməsinə görə ödəniş Normativləri" müəyyən edilmişdir. Həmin normativə əsasən tibbi tullantının zərərsizləşdirilməsi məbləği müəyyən edilmişdir. Ümumiyyətlə, Qaydalarda nəzərdə tutulan təbiətdən istifadəçi anlayışına diqqət yetirmək zəruridir. Belə ki, " X2 haqqında" qanunun 8-ci maddəsinə əsasən : Təbiətdən istifadəçilər hüquqi və fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla), dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər ola bilərlər: xarici istifadəçilər - xarici hüquqi və fiziki şəxslər, beynəlxalq birliklər və təşkilatlar; daimi istifadəçilər - təbiətdən istifadə hüququ müddətsiz verilən istifadəçilər; müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən edən müddətə verilən istifadəçilər; ilkin istifadəçilər - təbiətdən istifadə hüququnu dövlətdən birbaşa alan istifadəçilər; təkrar istifadəçilər - təbiətdən ilkin istifadəçidən müqavilə əsasında hüquq alan istifadəçilərdir. Həmin qanunun 11-ci maddəsinə əsasən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təbiətdən istifadə sahəsində lisenziya və ya icazə təqdim edilir. Aydın olduğu kimi təbiətdən istifadə edənlərin anlayışı və kateqoriyası qanunvericilikdə nəzərdə tutulmuş və bu şəxslərə fəaliyyət göstərməsi üçün lisenziya və ya icazənin tələb olunduğu qeyd edilmişdir. Hazırda tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı müəssisənin AzəriFodd-2007 MMC ilə xx.xx.2024-cü il tarixli 080124 nömrəli müqaviləsi mövcuddur. Müəssisə həmin quruma xidmət haqqı ödəyir. Belə olan halda təbiətdən istifadə edən qismində onların müəssisəsi deyil, məhz tibbi tullantıları zərərsizləşdirməklə ətraf mühitə zərər vuran həmin ixtisaslaşdırılmış qurum çıxış edir. Bu səbəbdən də təbiətdən istifadəyə görə ödəniş həmin qurum tərəfindən ödənilməlidir. Yəni, müəssisənin belə bir ödəniş etmək öhdəliyi yoxdur. Həmçinin qeyd edir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin quruma təqdim edilmiş xx.xx.2020-ci il tarixli ER-22/448 nömrəli X1sının rəyinə əsasən məhz həmin qurum “X2 Fonduna» ödənişləri həyata keçirməlidir, Digər tərəfdən “X2 Fonduna” ödənişlərin edilməməsi AR İXM-nin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməli deyildir və inzibati məsuliyyətə cəlb edilməyə əsas olmur. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli MN seriyalı 21144658 nömrəli inzibati xəta haqqında protokol tamamilə qanunsuzdur və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən Şəxs MMC-yə məxsus klinikada uçot hesabatlarının təqdim olunmaması faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, ətraf mühitə axıdılan, basıdırılan tullantıların dəqiq içot-hesabatının aprılmalı, 2 TG(hava), 2TG – (təhlükəli tullantı) və 2 TG – (su təsərrüfatı) dövlət statistik hesabatları təqdim olunmalı və statistik hesabatlar əsasında ətraf mühitə atılan tullantılara görə hesablanmış ödəniş “X2 üzrə Dövlət Fondu”na ödənilməlidir. 4 saylı RETSİ tərəfindən xx.xx.2024-cü il tarixli 3-14-43/2-1521/2024 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, müəssisə tərəfindən indiyədək uçot-hesabatlar idarəyə təqdim edilmədiyi üçün Şəxs MMC barəsində inzibati qaydada araşdırma başlanılmış və müəssisənin nümayəndəsi inzibati araşdırmada iştirak etmək üçün idarəyə dəvət olunmuşdur. Şəxs MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəsmi statistik hesabatdan görünür ki, 2024-cü il üçün olan təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair rəsmi statistika hesabatı təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli, 080124 nömrəli “tibbi tullantıların daşınması və utilizasiyası xidmətlərinin göstərilməsi” haqqında müqavilədən görünür ki, Şəxs MMC tərəfindən tullantıların daşınması və utilizasiyası xidmətlərinin göstərilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixli lizenziyadan görünür ki, "xxxx" MMC-yə təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasını həyata keçirməyə icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Araz çayının sol sahilində bərk məişət tullantılarının zərərləşdirilməsi üçün istifadə olunan təkmilləşdirilməmiş poliqon ərazisində, "xxxx" MMC tərəfindən tibbi tullantıların termik zərərsizləşdirilməsi məqsədi ilə qurulmuş “İZHTEL-300” markalı insinerator qurğusunun təhlükəli tullantılarının idarə olunmasına dair müvafiq qanunvericilik aktlarının gözlənilməsi şərti ilə sanitariya-gigiyena norma və qaydalarının tələblərinə uyğun istismarına etiraz etmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin xx.xx.2020-ci il tarixli ER-22/448 nömrəli ekoloji ekspertiza rəyindən görünür ki, rəydə qeyd olunan tələblərə ciddi riayət olunması şərtilə qurğunun istifadə olunmasına etiraz olmadığı bildirilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-934/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılmamış və İXM-nin 239-cu maddəsində nəzərdə tutulmuş inziati xəta törədilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəsmi statistik hesabatdan görünür ki, 2024-cü il üçün olan təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair rəsmi statistika hesabatı aparılmış və müvafiq quruma təqdim edilmişdir. Həmçinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs rəhbərliyinə ünvanlanan xx.xx.2025-ci il tarixli inzibati icraatın başlanılması barədə olan məktubda göstərilmişdir ki, MMC-nin ünvanına 4 saylı RETSİ tərəfindən xx.xx.2024-cü il tarixli, 3-14-43/2-1521/2024 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, iş materiallarına xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu və məktubun Şəxs MMC-yə göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə sədrlik edən tərəfindən verilmiş suallara cavab olaraq xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubun məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 15 aprel 2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuş, aparılmış araşdırma nəticəsində 3(012)-934/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarla Şəxs MMC-nin İXM-nin 239-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə məhkəmə iclasları keçirilmiş, keçirilən məhkəmə iclaslarında Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi iştirak etmiş, məhkəmə tərəfindən lazımi araşdırılma aparılmış, lakin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən sözügedən xəbərdarlıq məktubu və onun tərəfə göndərilməsini təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Məhkəmə iclasında Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə şifahi vəsatəti təmin edilməməlidir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli, 080124 nömrəli “tibbi tullantıların daşınması və utilizasiyası xidmətlərinin göstərilməsi” haqqında müqavilədən görünür ki, Şəxs MMC tərəfindən tullantıların daşınması və utilizasiyası xidmətlərinin göstərilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC xx.xx.2021-ci il tarixli lisenziya ilə təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasını həyata keçirilməsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin xx.xx.2020-ci il tarixli ER-22/448 nömrəli ekoloji ekspertiza rəyi ilə, rəydə qeyd olunan tələblərə ciddi riayət olunması şərtilə qurğunun istifadə olunmasına icazə verilmiş qurumdur. xx.xx.2025-ci il tarixli, 080124 nömrəli müqavilənin 2.2-ci bəndindən görünür ki, icraçı ("xxxx" MMC) sifarişçinin (Şəxs MMC) sifariş verdiyi B.C.D sinfinə aid tibbi tullantıların daşınması və utilizasiyası xidmətlərini həyata keçirir. Müqavilənin 3.1.4-cü maddəsindən görünür ki, sifarişçinin üzərinə xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək vəzifəsi, 3.2.1-ci maddəsinə əsasən isə, icraçının üzərinə müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi təbbi tullantıların daşınması və utilizasiyası xidmətlərinin həyata keçirilməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, ətraf mühitə axıdılan, basıdırılan tullantıların dəqiq içot-hesabatının aprılmalı, 2 TG(hava), 2TG – (təhlükəli tullantı) və 2 TG – (su təsərrüfatı) dövlət statistik hesabatları əsasında ətraf mühitə atılan tullantılara görə hesablanmış ödəniş xx.xx.2025-ci il tarixli müqavilə üzrə icraçı – yəni, "xxxx" MMC tərəfindən “X2 üzrə Dövlət Fondu”na ödənilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 239-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar