Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4898/2025 23.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsininDövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə Binəqədi rayonunda Binəqədi DYPİ-nin əməkdaşı X4 hal hazırda onun mülkiyyətində olan “GELLY minik” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə guya onun inzibati xəta törətdiyi səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə İXP ******* saylı uydurma, saxta protokol tərtib etmişdir.O, həmin inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxtda Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuş və həmin nəqliyyat vasitəsini idarə etməmişdir. Bir neçə vaxt bundan qabaq “Xalq Sığorta” Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ondan subroqasiya qaydasında 220 manat ziyanı tələb edərkən, gedib sənədləri məhkəmədə görmüş, kiminsə onun əvəzinə izahat belə verdiyini bilmişdir. Hesab edir ki, qərar qəbul edilərkən polis işi tam araşdırmayıb özünə xeyr edən qərar qəbul edərək İXM-in müvafiq normalarının tələblərini pozmuşdur. Ona heç bir sənəd verilməmiş, iştirakçısı olmadığı, hələ də ona məlum olmayan guya qəza olmuş kimi saxta sənədləşmə aparmaqda hansı niyyət güddüklərin səbəblərini özləri bilirlər. O, belə bir qəzanın iştirakçısı olmamamışdır. Bu göstərdiyi səbəblərdən mümkünsüzdür. Ümumiyyətlə parklanma vəziyyətində olan nəqliyyat vasitəsində bu halın baş verməsi qeyri mümkündür. Hadisə ilə əlaqədar protokol tərtib olunan və onun əvəzinə izahatın yazıldığı tarixdə o, heç məzuniyyətdə də olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən və protokolda qeyd edilmiş yol-nəqliyyat hadisəsi baş verərkən yəni xx.xx.2023-cü il tarixdə o, hərbi xidmətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı onun adından izahat verilmiş və onun əvəzinə imza çəkilmişdir. O, qeyd edilən tarixlərdə “GELLY minik” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmişdir. O, xx.xx.2023-cü il tarixdə hərbi xidmətə getmiş, xx.xx.2025-ci il tarixdə tərxis olunmuşdur. Odur ki, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, inzibati xəta haqqında protokol tərtib edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 Axtarış üzrə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid DİN-in 102 xidmətinə zəng edərək Binəqədi rayonu, E.Babayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Şahid bildirmişdir ki, “GELLY minik” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü ara məsafəsini saxlamayaraq onun idarə etdiyi avtomobili arxa hissədən vuraraq maddi ziyan vurmuş, öz mobil telefon nömrəsini verərək vurulmuş ziyanı aradan qaldıracağına söz vermiş, bir neçə saat sonra əlaqə saxladıqda hərbi hissəyə getməli olduğunu demiş, vurduğu zərərə görə ödəniş etməkdən yayınmışdır. Elçin İsmaylovun müraciətindən sonra araşdırma aparılmış, hadisə vaxtı avtomobili idarə etmiş X1 RPİ-nin DYPŞ-yə dəvət olunmuş izahatı alınmışdır. Mirsədi Nağıyev yol-nəqliyyat hadisəsinin onun təqsirinə görə baş verdiyini etiraf etmiş, ailə üzvləri vurulmuş zərəri ödəyəcəklərinə söz vermişlər. Baş vermiş hadisə ilə bağlı sürücü X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və şəxs cəriməni ödəmişdir. Sonradan Şahid dəymiş zərərə görə ödəniş etmiş sığorta şirkəti subroqasiya qaydasında ödənişi almaq üçün məhkəməyə müraciət etmişdir. Odur ki, X5 tərəfindən verilmiş şikayətin əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə “GELLY minik” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, E.Babayev küçəsində idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X5 müraciətində inzibati xəta baş verərkən, inzibati xəta haqqında protokol tərtib edilərkən hərbi xidmətdə olduğunu, izahat vermədiyini, izahatı onun əvəzinə başqa şəxsin imzaladığını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4898/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4898/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver