Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-49/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, X4-ağa oğlunun, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4-ağa oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4-ağa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4-ağa oğlu tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2024-cü il tarixində ona özünü DYP əməkdaşı kimi təqdim edən şəxs tərəfindən zəng gəlmişdir. Danışıqda xx.xx.2024 tarixində (yəni cərimə yazılan göndən 22 gün əvvəl) Süleyman Vəzirov küçəsində qayda pozduğu və idarəyə yaxınlaşmalı olduğu bildirilmişdir. İXM-nin 121-ci maddəsinə əsasən 122.7, 122,8 və 124.3 maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla YHQ-na aid olan inzibati xətaya gora onun hər-hansı idarəyə çağırılmasının qadağan olduğunu bildirmişdir. Elə həmin gün ərzində, axşam saatlarında ona zəng edən əməkdaşın bildirdiyi cərimə yazılmışdır. Cərimə EQ ilə yazılmalı olduğu halda İXP ilə yazılmışdır. İXP ilə yazılan cərimələr bir başa DYP əməkdaşının gözlə gördükdən sonra saxlama əmri verib yazdığı cərimədir. O, isə həmin gün heç bir əməkdaş tərəfindən saxlanılmamışdır. Cərimənin İXP ilə yazılma səbəbi bundan ibarətdir ki, İXM 38.6-cı maddəsinə əsasən bu məcəllənin 122.1-cİ maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi inzibati xətanın törədildiyi gündən 1 gün müddətində elektron kabinetə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. EQ ilə cərimə yazıldığı halda bir-başa haqsız vəziyyətə düşdüklərinə görə məsələni uzatmaq məqsədi ilə İXP ilə yazılmışdır. Protokoldan da göründüyü kimi inzibati xətanın törədilmə tarixi xx.xx.2024, protokolun tərtib edilmə tarixi isə xx.xx.2024 qeyd olunmuşdur. İdarə tərəfindən şikayətinin araşdırılması üçün bir neçə gün gözləməyinə baxmayaraq ona kimsə tərəfindən zəng edilməmiş və sübut olunması üçün heç bir yerə dəvət olunmamışdır. Məcbur qalıb özü 902 nömrəsi ilə əlaqə saxlamışdır. Ona işin hansı əməkdaşda olduğu və həmin əməkdaşın nömrəsi təqdim olunmuşdur. Nömrə ilə əlaqə saxlamış, Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin yeni binasındakı 27-ci kabinetə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixində qeyd olunan yerə getmişdir. Otağa daxil olduqdan sonra yazılan cərimənin haqsız olduğunu və DYP əməkdaşı tərəfindən qeydə alınan videogörüntü təqdim etmələrini istəmişdir. Təqdim etdikləri videogörüntü TŞK cihazından qeydə alınmışdır. TŞK-dan qeydə alınan cərimə EQ ilə elektron kabinetə yerləşdirilməli olduğunu bildirmişdir. Halbuki İXM 38.6-cı maddəsinə görə bu 1 gün müddətində olmalıdır. Ona "bəlkə DYP əməkdaşı həmin an sizi saxlamağa uyğun olmayıb, sonradan TŞK-dan aşkarlanıb" və s. kimi absurd fikirlər bildirirmişlər. TŞK, sürət həddini təyin edən radarlar və s. bu kimi qurğular xüsusi texniki vasitələrdir. Xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan cərimə isə EQ kimi yazılmalı və elektron kabinetə yerləşdirilməlidir. Sadaladığı bir neçə maddəni əməkdaşlara bildirməyinə baxmayaraq onun haqsız olduğunu israrla təkrarlamışlar. Qeyd edilənlərə əsasən TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4-ağa oğlu şikayəti müdafiə edib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin YPXA-nın inspektoru Vüqar Abbasov xx.xx.2024-cü il tarixdə idarə rəhbərliyinə raportla müraciət edərək həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axınının əksinə etməsini, lakin saxlanmasının mümkün olmadığını məruzə ermişdir. DİN-in “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış görüntülərə əsasən “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-hərəkət qaydasının pozulduğu müəyyən edilmiş və yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinin sürücüsünün müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqında iş üzrə icraata başlanmışdır. İnzibati xəta ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, sürücü X4-ağa oğlu xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində üfüqi nişanlanma xəttinin tələbini pozmuşdur. Bununla bağlı X4-ağa oğlu xx.xx.2024-cü il tarixli, TP 6903341nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 100 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyə əsasən yalnız foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilmiş yol hərəkəti qayda pozuntuları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların və onların əlavələrinin bir gün ərzində nəqliyyat vasitələrinin istifadəçilərinin elektron kabinetinə yerləşdirilməsi nəzərdə tutulmuşdur. X4-ağa oğlu tərəfindən törədilmiş qayda pozuntusu isə YPX inspektoru tərəfindən aşkar edilmiş, qayda pozuntusu DİN-in "Təhlükəsiz Şəhər" xidmətinin müşahidə-nəzarət kameraları vasitəsilə qeydə alınmış görüntülərlə təsdiqini tapmışdır. Odur ki, X4-ağa oğlu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin YPXA-nın inspektoru Vüqar Abbasov məruzə edərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axınının əksinə etməsini, lakin saxlanmasının mümkün olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması barədə” qərardan görünür ki, “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələbinin pozulması faktı aşkar edildiyindən inzibati araşdırılma aparılmağa başlanmışdır. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4-ağa oğlu xx.xx.2024-cü il tarixdə saat 09:10-da Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1,3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X4-ağa oğlunun Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4-ağa oğlu xx.xx.2024-cü il tarixdə saat 09:10-da Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində “Kia Forte minik” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1,3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş, qeyd edilən qayda pozuntusu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” kameraları vasitəsilə qeydə alınmış görüntülərlə təsdiqini tapmış, qeyd edilən faktla bağlı inzibati araşdırma aparılmışdır. Göründüyü kimi X4-ağa oğlu tərəfindən törədilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən aşkar edildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin təsiri altına düşmür. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4-ağa oğlu tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4-ağa oğlunun həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4-ağa oğlunun Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-49/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-49/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver