Məhkəmə qərarları › İş №3(001)-4903/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4903/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4903/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Şikayətdən görünür ki, X3 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayəti müddət ötdükdən sonra vermiş, verdiyi şikayətə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət yuxarıda sadalanmış səbəbə görə geri qaytarılmalı və izah edilməlidir ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. X2 izah edilsin ki, o, şikayətinə müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə şikayət verə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar